Məhkəmə qərarları › İş №2(029)-97/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-97/2021

30.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-97/2021 30.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X18 məxsus olmaqla ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 46,4 kv.metr olan fərdi yaşayış evinə Cavabdeh1 notariusu tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1978-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X5, anası X25 ilə birinci nikahından xx.xx.1978-ci il tarixdə o- İddiaçı və xx.xx.1981-ci il tarixdə doğma bacısı X30 doğulmuşlar. X11 ikinci dəfə xx xxxxxx 1986-cı il tarixdə X12 ilə nikaha daxil olmuş və həmin nikahdan da onun 3 uşağı-1987-ci ildə Cavabdeh2, 1988-ci ildə Pirverdiyeva (Aslanova) Aysel Akif qızı və 1991-ci ildə X31 doğulmuşlar. Atası X8 şəhəri M.Paşayev küçəsi 5 saylı ünvanda 0.06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra həmin əmlak miras qalmışdır. Qeyd olunan miras əmlak atasına öz valideynlərindən miras qalmış və nikahda olduğu müddətdə əldə edilmiş birgə əmlak deyildir. X11 tərəfindən qeyd olunan miras əmlak barəsində vəsiyyətnamə qoyulmadığı üçün həmin əmlak barəsində qanun üzrə vərəsəliyin müddəaları qüvvəyə minir. O, Rusiya Federasiyası vətəndaşı olmaqla işi ilə əlaqədar vərəsəliyin açıldığı Qusar rayonuna gələ bilmədiyi üçün qeyd olunan miras əmlakı qəbul etməyi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə-yəni 6 ay müddət keçməmiş-xx xxxxxx 2019-cu il tarixdə etibarnamə üzrə nümayəndəsi olan bibisi X16 vasitəsilə Cavabdeh1nə ərizə ilə müraciət etmişdir. Cavabdeh1 onun yazılı müraciətinə həmin tarixdə, yəni xx xxxxxx 2019cu il tarixli X-110 nömrəli cavab məktubu ilə bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün mümkün deyildir. Hesab edir ki, Cavabdeh1 notariusu qanunla müəyyən edilmiş 6 ay müddəti gözləmədən miras əmlak barəsində digər vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə ifadə olunan notariat hərəkətləri etməklə digər 1-ci növbəli vərəsələr-onun və bacısı X6 üzrə vərəsəlik hüquqları pozulmuşdur. Belə ki, xx xxxx 2019-cu il tarixdə, yəni miras əmlaka vərəsəliyin açıldığı gündən cəmi 24 gün sonra Cavabdeh2 adına həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas Qusar RİHB-nın Qusar şəhər İƏDÜ nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 1999 nömrəli arayışı olmuşdur. Qeyd olunan arayışda miras qoyan X15 vəfatından sonra qalmış vərəsələrin siyahısında vərəsələrin dairəsi naməlum səbəbdən tam müəyyən edilməmiş, yəni birinci dərəcəli vərəsələr kimi onun və bacısı X22 adları qeyd edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, işi ilə əlaqədar Rusiya Federasiyasında çıxışına məhdudiyyət qoyulduğuna görə X5 dəfnində iştirak edə bilmədiyinə görə dəfn xərclərini bibisi Mütəllibova Gülafər ilə Qusar rayonuna göndərmişdir. Atasının yas mərasimi ilə məşğul olduqları müddətdə vərəsəlik məsələsi barədə fikirləşməmişlər. Bu müddət ərzində iş üzrə Cavabdeh2 ataları Akif Pirverdiyevin vəfatından cəmi 18 gün sonra saxta sənədlər əsasında atalarından miras qalmış yuxarıda qeyd olunan ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki bir mərtəbəli yaşayış evi barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa müvəffəq olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, miras əmlak üzərində onun və bacısı X22 vərəsəlik hüquqları bərpa edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında göstərmişdir ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşayır və xüsusi xidmət orqanlarında xidmət edir. İşi ilə əlaqədar İddiaçı Azərbaycana buraxmırlar və ona görə də, həmin şəxs öz atası Akif Pirverdiyevin dəfn və yas mərasimlərində iştirak edə bilməmiş, lakin dəfn və yas üçün pul göndərmişdir. İddiaçının atası Akif Pirverdiyevin mirasına dair vərəsəlik müəyyən olunarkən İddiaçı və onun bacısı Leyla Pirverdiyeva miras qoyan Akif Pirverdiyevin 1-ci dərəcəli vərəsələrinin siyasından çıxarılmışlar. Mülki Məcəllənin tələblərinə əsasən mirasın qəbul edilməsi üçün 6 ay müddət nəzərdə tutulmuşdur. İddiaçı isə 5 aydan sonra mirasın qəbulu ilə əlaqədar müraciət etmişdir. Qusar rayon məhkəməsinin icraatında olmuş X16 Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki iş barədə İddiaçı məlumatının olub-olmamasından xəbəri yoxdur. Hesab edir ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsassız verilmişdir və ona görə də etibarsız hesab edilməlidir. Cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı onu bildirir ki, iddiaçı Rusiya Federasiyasında olduğundan özü məhkəmədə hazırkı iddianı qaldırmamış, nümayəndə ola biləcək yaxın qohumu olmamış və hazırkı iddianı qaldırmaq üçün vəkillə danışıqlar aparmış, ona görə də, iki ay müddətində iddia qaldıra bilməmişdir. Ona görə də, iddia müddəti bərpa olunmalıdır. Vəkil2 qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil1 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, İddiaçı miras qoyan X15 mirasını qəbul etmək barədə miras açıldıqdan 5 ay sonra notariat ofisinə ərizə versə də, həmin vaxt miras artıq Cavabdeh2 adına rəsmiləşdirilmiş və bu barədə qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Elvina Pirverdiyevin ögey-yəni ata bir ana ayrı qardaşıdır. X42 Pirverdiyevin miras qoyan Akif Pirverdiyevin vərəsəsi olması barədə məlumat olmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən vərəsəlik şəhadətnaməsi 6 aydan tez müddətdə də verilə bilər. Ona görə də, Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi qanuni və əsaslı olmuş, etibarsız hesab olunması üçün heç bir səbəb yoxdur. Bu səbəbdən də, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Bundan başqa, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə bilmişdir ki, artıq Cavabdeh2 adına məlum vərəsəlik şəhadətnaməsi vardır. Həmin şəhadətnamənin etibarsızlığı ilə bağlı o, 2 ay müddətində iddia qaldıra bilərdi. Lakin, o, həmin müddət ərzində iddia qaldırmamış və həmin müddəti ötürmüşdür. Bundan başqa, Qusar rayon məhkəməsinin İddiaçı bibisi X16 hazırkı iş üzrə Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki olmuş və Emin Piverdiyev həmin işdə üçüncü şəxs olmaqla işdə iştirak edən şəxs olmuşdur. Bu, isə miras barədə mübahisənin mövcud olmasından, mirasa dair vərəsəlik şəhadətnaməsinin verilməsindən həmin şəxsin məlumatının olmasını təsdiq edir. Emin X3ması isə ötürülmüş iddia müddətinin bərpası üçün əsas ola bilməz. Həmin şəxs özünün nümayəndəsi və ya vəkili vasitəsi ilə də, iddia qaldıra bilərdi. Onun iddia qaldırmaq üçün vəkil axtarması da səbəb kimi qəbul edilə bilməz. Ona görə də, hazırkı iddia üzrə iddia müddəti tətbiq edilməklə iddia həm də həmin iddia müddətinin ötürülməsi əsasına görə rədd olunmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək Emin X1, Azərbaycan Respublikasına gələ bilmədiyini göstərmiş və həmin şəxsin məhkəmədə iştirakının təmin olunması məqsədi ilə işin başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Hazırkı işin məhkəmə baxışı bir neçə dəfə təxirə salındığından və iddiaçının iştirakı zəruri olmadığından, vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan, vəkilinin iştirakı ilə baxılmasını, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə Cavabdeh2, Cavabdeh1 notariusunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X15 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 990083 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1999 saylı arayışın surətindən görünür ki, X15 aşağıdakı vərəsələrinin-yəni X4, Cavabdeh2 Akif qızının, Aslanova (Pirverdiyeva) Aysel Akif qızının və X19 qaldığı qeyd edilmişdir. İşdə olan X4, Aslanova (Pirverdiyeva) Aysel Akif qızının və X19 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətlərindən görünür ki, həmin şəxslər X14 miras qalmış əmlakların onlara çatası məcburi payı nə faktiki, nə də ərizə ilə müraciət edərək qəbul etməmişlər. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X14 miras qalmış ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qanun üzrə vərəsəlik qaydasında Cavabdeh2 verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Vİ-JQ 341027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1978-ci ildə anadan olmuş, X11dur. İşdə olan Cavabdeh1 tərəfindən İddiaçı nümayəndəsi X21 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1110 saylı məktubun surətindən görünür ki, həmin şəxsə bildirilmişdir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün mümkün deyildir. İşdə olan Cavabdeh1 tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli X-763 saylı məktubdan görünür ki, xx xxxxxx 2019-cu ildə İddiaçı Akif oğlunun etibarnamə üzrə nümayəndəsi X9 rayon notariat ofisinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir. Lakin, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Akif qızına vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün İddiaçı Akif oğlunun adına vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)-401/2020 saylı qətnaməsinin surətindən görünür ki, X16 Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X10, X13, İddiaçı Akif oğluna və X23 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)- 2441/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)-401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(102)-1120/2021 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2441/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 16/6443 saylı məktubdan və ona əlavə olunmuş “Giriş-çıxış və qeydiyyat” X2 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasından çıxmış, geri qayıtması barədə məlumat isə yoxdur. İşdə olan Cavabdeh2 vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, iddiaçı tərəfindən hazırkı iddia üçün nəzərdə tutulmuş 2 ay iddia müddətinin ötürüldüyünü göstərərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, iddiaçının Rusiya Federasiyasında olduğunu, Azərbaycan Respublikasında həmin şəxsin adından məhkəmədə nümayəndə qismində iştirak edə biləcək yaxın qpohumunun olmadığını, hazırkı iddianın qaldırılması üçün vəkillə danışıqlar aparılmaqla müqavilə bağlanması üçün vaxt tələb olunduğunu göstərmiş, bu səbəbdən də, iddiaçının 2 ay müddətində iddia qaldıra bilmədiyini göstərmiş və iddia müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X18 məxsus olmuşdur. Akif Pirverdiyev xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin vaxtdan Akif Pirverdiyevin mirası açılmış, onun qızı Cavabdeh2 mirasın qəbul edilməsi barədə Cavabdeh1nə müraciət etmiş, miras əmlakla bağlı və miras qoyanın vərəsələrinin X7, Cavabdeh2 Akif qızı, Aslanova (Pirverdiyeva) Aysel Akif qızı və X31 olması barədə müvafiq sənədləri təqdim etmişdir. Miras qoyanın vərəsələri olan X7, Aslanova (Pirverdiyeva) Aysel Akif qızı və X31 mirasdan pay istəmədikləri və bu barədə iddia qaldırmayacaqları barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər və bu səbəbdən də, miras qoyan X34 şəhəri M.C.Paşayev küçəsi 5 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirası qanun üzrə vərəsəlik qaydasında bütövlükdə Cavabdeh2 verilməklə adına xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında isə Cavabdeh2 adına xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı 2008-ci ildən Azərbaycan Respublikasını tərk etmiş, həmin vaxtdan indiyədək, o cümlədən miras qoyan Akif Pirverdiyev vəfat etdiyi vaxt Azərbaycan Respublikasına gəlməmiş, o cümlədən miras qoyanın miras əmlakının faktiki qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Məlum şəhadətnamə verilərkən İddiaçı adı vərəsələrin siyahısında olmadığından miras qoyanın vərəsələrinin dairəsi barədə yuxarıda göstərilən arayışda qeyd olunmuş vərəsələrdən başqa digər vərəsələrin olması barədə notariat ofisində məlumat olmamış və ona görə də, miras bütövlükdə Cavabdeh2 verilmişdir. İddiaçı miras açıldıqdan təxminən 5 ay sonra-yəni xx xxxxxx 2019-cu il tarixdə mirasın qəbulu barədə Qusar rayon Notariat Kontoruna ərizə vermiş, lakin miras bütövlükdə Cavabdeh2 verildiyindən ona pay verilmişi mümkün olmamış, bu barədə notariat ofisi tərəfindən ona bildirilmişdir. Həmin vaxtdan təxminən 10 ay keçdikdən sonra o, hazırkı iddianı vermişdir. Bununla da, həmin şəxsin tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İddia müddətinin üzürlü səbəblərdən ötürülməsi barədə heç bir mötəbər sübut isə məhkəməyə təqdim edilməmişdir. X24ması və vəkillə danışıqlar aparması barədə dəlillərini isə məhkəmə iddia müddətinin bərpası üçün mötəbər dəlil hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, Cavabdeh2 miras qoyan Akif Pirverdiyevin qanun üzrə birinci dərəcəli vərəsəsi olaraq mirası qəbul etmiş, mirasın qəbul edilməsi müddətini ötürməmiş, notariat ofisinə məlum olan digər vərəsələr mirası qəbul etməmişlər, bu barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər və Akif Pirverdiyevin hər hansı digər vərəslərinin olması barədə məlumat olmadığından miras bütövlükdə Cavabdeh2 verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin şəxsin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsaslı olmuş və etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bundan başqa, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı məlum mirasa dair Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xx xxxxxx 2019-cu il tarixdə bilsə də və bununla da həmin şəhadətnamənin onun maraqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 2 aydan artıq müddət keçdikdən sonra-yəni təxminən 10 ay keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Bundan başqa, Qusar rayon məhkəməsinin icraatında olmuş X16 Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə İddiaçı üçüncü şəxs olsa da, o, həmin vaxt da hər hansı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Onun Rusiyada olması və vəkillə danışıqlar aparması səbəbindən iddia müddətini ötürməsi barədə dəlilləri isə iddia müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Həmçinin, yuxarıda göstərilən səbəblərə görə iddia müddətinin bərpasına dair iddiaçı tərəfin ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar