Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-973/2021 22.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə təsdiq edilmiş X8, Ərizəçi1 və Ərizəçi2 adlarına verilmiş JN-0019 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna X22 mərhum X12, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarına əsasən 01.12.2010-cu il tarixdə ölmüş X12, Ərizəçi1 və Ərizəçi2 Qusar rayonu Çiləgir kəndi ərazisindən 2.28 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 17 mart 1998-ci il tarixli JN-0019 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna X25 ilə təsdiq edilmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən biri olan X16 01.12.2010-cu il tarixdə vəfat etmişdir. Qusar rayon Notariat Ofisinin 08 iyun 2021-ci il tarixli X-584 nömrəli məktubuna əsasən Ərizəçi1 mərhum atası X8 vərəsəsidir. Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət hüququna dair JN- 0019 KOD 30121028 saylı Dövlət Aktında mülkiyyətçilər X8 və Ərizəçi1 soyadları səhv olaraq “Ağaməmmədov”, həmin Dövlət Aktı üzrə digər mülkiyyətçi Ərizəçi2 soyadı isə səhvən “Ələsgərova” kimi qeyd olunmuşdur. 09.06.2021-ci il tarixdə qeyd edilən Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yazılı ərizə ilə müraciət etmişlər, lakin yuxarıda göstərilən Dövlət X1 soyadı səhvən “Ağaməmmədov”, Ərizəçi1 soyadı səhvən “Ağaməmmədov”, Dövlət aktı üzrə payçı Ərizəçi2 soyadı “Ələsgərova” qeyd edildiyi üçün həmin idarə onlara mülkiyyət hüququna dair sənədi- yəni “çıxarış” verməkdən imtina etmiş və qeyd olunan Dövlət Aktında yol verilmiş səhvlərin yalnız məhkəmə qaydasında aradan qaldırılmalı olduğunu bildirmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 17 mart 1998-ci il tarixli JN-0019 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna X22 onlara, yəni ərizəçilərə və digər mülkiyyətçiyə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, ərizəni müdafiə edirlər və ərizənin təmin edilməsini xahiş edirlər. Bundan başqa bildirirlər ki, onlar şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmirlər. Ona görə də işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN-0019 KOD 30121028 saylı Torpağa Mülkiyyət Hüququna X22 surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndində yerləşən 2.28 ha torpaq sahəsi X6, X3 və X7 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 13 iyul 2021-ci il tarixli AZ-İİ 172200 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 23 noyabr 2010-cu il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2021-ci il tarixli 421 saylı arayışdan görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən mərhum X8 adına olan pay torpaq sahəsinə məxsus JN-0019 nömrəli torpağın mülkiyyətə verilməsinə X23 adları səhvən X9, X5 və X10 yazılmışdır. X4, Ərizəçi1 və Ərizəçi2 yazılmalı və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 iyun 2021-ci il tarixli **********88 saylı məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0019 KOD 30121028 saylı Torpağa mülkiyyət hüququna X23 qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış qanunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi1 tövsiyə olunmuşdur. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli X-584 saylı məktubdan görünür ki, Ərizəçi1 X8 vərəsələri sırasına daxildir. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1977-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, həmin kənddə yaşayır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1971-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN-0019 KOD 30121028 saylı Torpağa Mülkiyyət Hüququna X25 həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında onlar həmin dövlət aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-0019 KOD 30121028 saylı Torpağa Mülkiyyət Hüququna X23 hüquq sahibi kimi göstərilmiş şəxslər məhz ərizəçilər və mərhum X13r, lakin həmin aktda həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının ərizəçilərə və mərhum Malik Ağamətova məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı əsasında “X6”, “X3” və “X7” adlarına verilmiş JN-0019 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna X22 ərizəçilər Ərizəçi1, Ərizəçi2 və mərhum X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-973/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-973/2021
22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver