Məhkəmə qərarları › İş №2(029)-974/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-974/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-974/2022 01.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nun, “Ərizəçi2 Yuzbek oğlu”nun və “X17” qızının adlarına verilmiş JN:0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X10”na, “Ərizəçi2”ə və “Ərizəçi1”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 12 may 1998-ci tarixli 7/9 saylı qərarına əsasən Ərizəçi2, Ərizəçi1 və X7 Qusar rayonu Sudur-oba kəndi ərazisindən 2.01 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X10 29 dekabr 1998-ci ildə vəfat etmişdir. X19 Ərizəçi1 atasının adı səhvən “X16”oğlu, Ərizəçi2 atasının adı səhvən “Yuzbek" oğlu kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi1 soyadı və atasının adı “Ərizəçi1”qızı, Ərizəçi2 atasının adı “Yüzbəyoviç” ölümünü təsdiq edən sənəddə X1, adı və atasının adı “X18” qızı kimi qeyd edilmişdir. X14 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X19 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 atasının adı səhvən “X16”oğlu, Ərizəçi2 atasının adı səhvən “Yuzbek" oğlu kimi qeyd edildiyi üçün DƏDRX- nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olumnuş JN:0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək ərizəni müdafiə etdiklərini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiklərini göstərmişlər və işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilmişi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30125038 JN-0013 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/9 saylı qərarı ilə Qusar rayonu Sudur-oba kəndində yerləşən 2.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, Ərizəçi2 Yuzbek oğlunun və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1961-ci ildə Qusar rayonu Sudur kəndində anadan olmuş, həmin rayonun Zuxul-oba kənddə qeydiyyatdadır. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1988-ci ildə Rusiya Federasiyası Saratov vilayəti Derqaçev rayonunda anadan olmuş, Qusar rayonu Zuxul-oba kəndində qeydiyyatdadır. İşdə olan V-JQ 331406 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 dekabr 1998-ci il tarixdə Qusar rayonu Zuxul-oba kəndində ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 742 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 may tarixli 7/9 nömrəli qərarı ilə Ərizəçi1 və ailə üzvlərinə verilmiş JN-0013 KOD 30125038 olan Torpağa Mülkiyyət Hüququna dair X15 Səlimovanın və ailə üzvlərinin adları səhv olaraq X9, Ərizəçi2 Yuzbek oğlu və X2 yazılmışdır. Onların adı Ərizəçi1, Ərizəçi2, X3 yazılmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********26 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi1 tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş KOD 30125038 JN- 0013 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlar X19 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30125038 JN-0013 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi1, Ərizəçi2 və mərhum X8r, lakin X19 həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının Ərizəçi1, X12 və mərhum X7 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. “X9”nun, “Ərizəçi2 Yuzbek oğlu”nun və “X17” qızının adlarına verilmiş JN:0013 KOD 30125038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar