Məhkəmə qərarları › İş №2(029)-974/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-974/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-974/2024 02.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X4”na 0,10 ha həyətyanı torpaq sahəsinin satılmasına dair Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 №-li qərarının, həmin torpaq sahəsinə aid 11 yanvar 2006-cı tarixli torpaqların alqı-satqısına dair aktın, həmin torpaq sahəsinə aid yerquruluşu xəritəsinin və digər torpaqayırma sənədlərinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 №-li qərarı ilə ona Qusar rayonu Balaqusar kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin ona satılması barədə Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1- 4 №-li qərarında, həmin torpaq sahəsinə aid 11 yanvar 2006-cı tarixli torpaqların alqısatqısına dair aktda, həmin torpaq sahəsinə aid yerquruluşu xəritəsində və digər torpaqayırma sənədlərində onun adı səhvən “Hüseyn” qeyd edilmişdir. Lakin şəxsiyyətini təsdiq edən bütün sənədlərdə adı “Qussey” qeyd edilmişdir. O, Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 №-li qərarına əsasən ona satılmış həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırıb öz adına çıxarış almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDKR X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 №-li qərarında, həmin torpaq sahəsinə aid 11 yanvar 2006-cı tarixli torpaqların alqı-satqısına dair aktda, həmin torpaq sahəsinə aid yerquruluşu xəritəsində və digər torpaqayırma sənədlərində onun adı səhvən “Hüseyn” qeyd edildiyi üçün DƏDKR X7 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata almaqdan imtina etmişdir. Ona görə də, Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 №-li qərarının, həmin torpaq sahəsinə aid 11 yanvar 2006-cı tarixli torpaqların alqı-satqısına dair aktın, həmin torpaq sahəsinə aid yerquruluşu xəritəsinin və digər torpaqayırma sənədlərinin ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də, onun adının “Qussey” olması şəxsiyyətini təsdiq edən sənədlərlə təsdiq olunur. Bunu çoxlu şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar rayonu Balaqusar Bələdiyyəsinin nümayəndəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayonu Balaqusar bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 saylı qərarından görünür ki, həmin bələdiyyənin ehtiyat fondu torpaqlarından 0.10 torpaq sahəsi X1. İşdə olan Qusar rayon rorpaq şöbəsinbdə 11 yanvar 2006-cı il tarixdə 11 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, X2 rayonu Balaqusar bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, bələdiyyə tərəfindən həmin şəxsə 0.10 ha torpaq sahəsinin satılması barədə 23 dekabr 2005-ci il tarixli 19-1-4 nömrəli qərar qəbul edilmişdir. X4 tərəfindən bələdiyyənin hesabına ******* AZM (köhnə Azərbaycan manatı) haqq ödənilmişdir. İşdə olan Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli 139 saylı arayışdan görünür ki, Qusar rayonu Balaqusar kəndində yerləşən, Qusar rayou Balaqusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19-1-4 saylı qərarı ilə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin sənədində adı qeyd olunmuş “X4” səhv yazılmışdır. Həmin vətəndaşı soyadı, adı və atasının adı AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi “Ərizəçi” yazılmalı və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-10628/2024 saylı məktubdan görünür ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibi Ərizəçi olduğu halda Qusar rayonu Balaqusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19-1-4 saylı qərarında və digər torpaqayırma sənədlərində X4 göstərildiyindən Ərizəçi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Balaqusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19-1-4 saylı qərarı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin qərarda göstərilən torpaq sahəsinə dair sərəncam hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Balaqusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19-1-4 saylı qərarında hüquq sahibi kimi qeyd olunmuş şəxs məhz Ərizəçidur. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin qərarın və ona aid digər sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. “X4”na 0,10 ha həyətyanı torpaq sahəsinin satılmasına dair Qusar rayonu Balaqusar Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli 19-1-4 №-li qərarının, həmin torpaq sahəsinə aid 11 yanvar 2006-cı tarixli torpaqların alqı-satqısına dair aktın, həmin torpaq sahəsinə aid yerquruluşu xəritəsinin və digər torpaqayırma sənədlərinin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar