Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-975/2021 21.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 25 iyun 1934-cü il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş X3 29 may 2020-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X2 25 iyun 1934-cü il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuşdur. X16 29 may 2020-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində vəfat etmiş və həmin qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Lakin, X3 29 may 2020-ci il tarixdə ölməsi barədə müvafiq qeydiyyat aparılmamış və bu səbəbdən də, onun ölümü haqqında şəhadətnamə almaq mümkün olmamışdır. X1 29 may 2020-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində vəfat etməsi və həmin qəsəbə qəbirstanlığında dəfn edilməsi faktı ərizəyə əlavə etdiyi sənədlərlə tam sübuta yetirilir. Ərizəyə əlavə etdiyi Maraqlı şəxs 23.07.2020-ci il tarixli məktubu ilə X3 ölümünün qeydə alınmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək ərizəni müdafiə etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan АЗ ******* saylı 30 oktyabr 1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1967-ci il tarixdə Qusar rayonun Yuxarı Tahircal kəndində anadan olmuşdur. X2, anası X4r. İşdə olan 20 oktyabr 2020-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X7 25 iyun 1934-cü il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuşdur. Atası Ərizəçi Ağarəhim oğlu, anası X9r. İşdə olan X5 məxsus pasportun surətindən görünür ki, həmin şəxs 25.06.1934-cü ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuşdur. İşdə olan “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Samur qəsəbə ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, 25 iyun 1934-cü il tarixdə anadan olmuş X7 29 may 2020-ci il tarixdə qocalıq, miokardın degenerasiyası səbəbindən vəfat etmişdir. İşdə olan X6, Ərizəçi, X15, X10 və X8 tərəfindən tərtib edilmiş 23 iyul 2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Qusar rayonun Samur qəsəbəsində müvəqqəti yaşamış 1934-cü il təvəllüdlü X7 29 may 2020-ci il tarixində vəfat etmiş və Qusar rayonu Samur qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş 18 fevral 2020-ci il tarixli 291 saylı arayışdan görünür ki, X7 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan 14 oktyabr 2020-ci il tarixli 650 saylı Qusar rayon İHB-nın Samur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Qusar rayonun Samur qəsəbəsində müvəqqəti yaşamış 1934-cü il təvəllüdlü X7 29 may 2020-ci il tarixində vəfat etmiş və Qusar rayonu Samur qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 23.07.2020-ci il tarixli 05/Q-123/13 saylı məktubdan görünür ki, X3 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X3 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də, ərizəçinin X2 29 may 2020-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində ölmüş və həmin qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X16un ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 25 iyun 1934-cü il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş X3 29 may 2020-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 25 iyun 1934-cü il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində olmuş X3 29 may 2020-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-975/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-975/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver