Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-976/2021 21.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 13 oktyabr 1955-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuş X5 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası Cəbrayılova (Həmzətova) Fizabani Abdurza qızı 13 oktyabr 1955-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuşdur. Həmin şəxs 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, X5 30 oktyabr 2001-ci il tarixdə ölməsi barədə müvafiq qeydiyyat aparılmamış və həmin səbəbdən də onun ölümü haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Maraqlı şəxs 212/15 saylı, 23.10.2020ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxsndə və şöbənin arxivində Cəbrayılova (Həmzətova) Fizabani Abdurza qızının ölümü haqqında akt qeydiyyatı tapılmamışdır. X2 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində vəfat etməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi faktı ərizəyə əlavə etdiyi sənədlərlə tam sübuta yetirilir. Ərizəyə əlavə etdiyi Maraqlı şəxs 03.02.2021-ci il tarixli məktubu ilə X5 ölümünün qeydə alınmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və izahatında göstərmişdir ki, mərhum X9 onun anasıdır. Onun anası 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, bu barədə müvafiq qeydiyyat aparılmamış və bu səbəbdən də, onun ölümü haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Anası ölən zaman onun 16 yaşı olmuşdur. Odur ki, yuxarıda qeyd edilən halları nəzərə alıb ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İ-ИЕ 052237 saylı 24 oktyabr 1955-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 oktyabr 1955-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuşdur. Ata qrafası boş buraxılmış, anası X10r. İşdə olan X-ЖГ 358945 saylı 20 oktyabr 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxxxx 1984-cü il tarixdə Qusar rayonun Cibir kəndində anadan olmuşdur. X4, anası X6r. İşdə olan İ-ЖГ 370808 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X13 26 sentyabr 1976-cı il tarixdə nikah bağlamışlar. Bundan sonra qadına “Cəbrayılova” soyadı verilmişdir. İşdə olan Qusar rayon mərkəzi xəstəxanası “X27” Piral həkim məntəqəsi tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Qusar rayonun Cibir kənd sakini 13 oktyabr 1955-ci il tarixdə anadan olmuş X9 30 oktyabr 2001-ci il tarixdə Kəskin leykoz diaqnozu ilə vəfat etmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 245 saylı arxiv arayışdan görünür ki, Qusar rayon Piral kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin Cibir kəndi üzrə 12 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 750 olan təsərrüfatın ailə üzvləri siyahısında göstərilmiş X1, adı, atasının adı qeyd edilmiş yazların üstündən göy rəngli qələmlə çarpaz xətt çəkilmişdir. X5 ölümü haqqında qeydiyyat aparılmamışdır. İşdə olan X12, X8 və X24 tərəfindən tərtib edilmiş 13 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, mərhum Qusar rayonu Cibir kənd sakini X9 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində vəfat etmiş və Cibir kənd Qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 2121/15 saylı arayışdan görünür ki X3 qızı haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan 13 oktyabr 2020-ci il tarixli 659 saylı Qusar rayon İHB-nın Piral kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X9 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində vəfat etmişdir və Cibir kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03.02.2021-ci il tarixli 05/Q-13/15 saylı məktubdan görünür ki, X5 ölümünün qeydə alınması barədə X7 müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X5 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan X5 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 13 oktyabr 1955-ci il tarixdə anadan olmuş, 30 oktyabr 2001-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin anası X9 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum anası Fizabani Cəbrayılovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 13 oktyabr 1955-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuş X5 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonun Cibir kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 13 oktyabr 1955-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuş X5 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-976/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-976/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver