Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-98/2020 23.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, F.Musayev küçəsi ev 44 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin X12 tərəfindən verilmiş Daşınmaz Əmlakın texniki pasportuna əsasən ona düşən 1/3 hissəsinin naturada sərhədlərinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun, Cavabdeh və Narıngül Zeynalovanın mülkiyyətlərində olan Seriya RX № ******* saylı Çıxarışa əsasən mülkiyyətlərində olan ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 33.5 kv.metr olan fərdi yaşayış evinin və 0.0216 torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Qusar rayonu Kirig kənd sakini xx xxxx 1998-ci il tarixdə vəfat etmiş X5 yeganə doğma övladıdır. Bundan əlavə X5 övladlığa götürdüyü və hal-hazırda Qusar şəhərində yaşayan Arzu adlı qızı da var. Atası vəfat edəndən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi miras əmlakı olaraq qalmışdır. Qusar rayonu Notariat Kontoru tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinin əsasında xx.xx.1998-ci ildə vəfat etmiş atası X5 miras əmlakının vərəsələrinin payları bərabər olmaqla X3, Cavabdeh qızına və ona qanun üzrə vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Qusar rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən F.Musayev küçəsində yerləşən 44 saylı fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi reyestr kitabında X2, Cavabdeh qızının və onun adına qeydə alınmışdır. Həmin fərdi yaşayış evinə və 0.0216 ha torpaq sahəsinə mülkiyyət hüquqları Seriya RX № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Ögey anası Narıngül xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. O, birgə mülkiyyətlərində olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona qanun üzrə düşən 1/3 hissəsindən istifadə etmək istəyir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 33.5 kv.metr olan fərdi yaşayış evi və 0.0216 torpaq sahəsi naturada ayrılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 1999-cu il tarixli, 157 inventar işi nömrəli Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, F.Musayev küçəsində yerləşən bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 34.3 kv.metrdən ibarət olan 44 nömrəli yaşayış evi Qusar rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 1999-cu il tarixli vərəsəlik şəhadətnaməsi əsasında X4 və uşaqları Cavabdeh qızının və İddiaçı şəxsi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx xxxx 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən **********00-10301 reystr nömrəli 0.0216 hektar torpaq sahəsi və üzərində yerləşən 33.5 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2, Cavabdeh qızının və İddiaçı ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti X12 tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, 1688 inventar nömrəli Daşınmaz Əmakın Texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subeykti X6, Cavabdeh qızı və İddiaçıdurlar. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, X8 xx xxxx 1998-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1998-ci il tarixdə 61 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, X6 xx xxxxxx 2017-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2017-ci il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 10/1123 nömrəli ekspert rəyindən görünür ki, Seriya RX № ******* saylı Çıxarışa əsasən X2, Cavabdeh qızının və İddiaçı üumumi birgə mülkiyyətində olan 0.0216 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin naturada ölçülərinin hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən olunur. ünvan 3 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin planlı yerləşməsini, o cümlədən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə (yaşayış evləri ilə), yalnız bir tərəfdən küçə ilə əhatə olunduğunu, yaşayış evinin cəmi iki yaşayış otağından ibarət olduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflər arasında hər birinə 1/3 hissədə naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.0189-un 2.2. bəndinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Göründüyü kimi, mübahisə edilən yaşayış evinin və torpaq sahəsinin ayrı-ayrılıqda mülkiyyətçilər arasında hər birinə 1/3 hissədə naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə 50 (əlli) manat təşkil edən ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qızına qarşı yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat təşkil edən ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-98/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-98/2020
23.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver