Məhkəmə qərarları › İş №2(029)-989/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-989/2022

02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-989/2022 02.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə aid olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquq müəyyən edən sənədin şəxsə aid olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0044 kod 30120018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində vəfat etmiş X13 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 25 iyun 1969-cu il tarixində Qusar rayonu Sudur kəndində anadan olmuşdur. 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində vəfat etmiş X20 xx.xx.2010-cu il tarixdə həmin kənddə vəfat etmiş onun atası X3 bibisi olmaqla onun atasının ailə üzvü olmuşdur. Qusar rayonu Sudur-oba kəndi ərazisində, JN-0044 kod 30120018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 mülkiyyətində olmuş 1.72 hektar ha torpaq sahəsi miras qalmışdır. X20 vəfat edəndən sonra torpaq sahəsinə vərəsələrdən yalnız o, torpaq sahəsinə faktiki sahiblik etməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsi ilə müəyyən edilmiş qaydada, miras əmlakı qəbul etmiş və torpaq sahəsindən hal hazırda da o, istifadə edir. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X32nın mərhum atası X3 bibisi olmaqla, onunla qohum olması faktı müəyyən edilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum Z.Şixvələdovanın atasının adı “Şixmət” olduğu halda “Camiddin” kimi yazılmışdır. O, Rusiya Federasiyasının vətəndaşıdır və torpaq sahəsini adına dövlət qeydiyyatına aldıraraq, satmaq istəyir. Ona görə də maraqlı tərəf- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publika hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi müraciət edərək Dövlət aktında olan həmin uyğunsuzluğun aradan qaldırılması və ona arayışın (“Forma - 1) verilməsi üçün müraciət etmişdir. Lakin, maraqlı tərəf xx.xx.2022-ci il tarixli məktubla müraciətinə cavab verərək göstərilən uyğunsuzluğun aradan qaldırılmasının onun səlahiyyətinə aid olmadığını bildirmiş və ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1 və 307.2.5-ci maddələrinə əsasən qeyd edilən hüquqmüəyyənedici sənədin mərhum Z.Şixvələdovaya məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. X2 atasının adının Torpağın mülkiyyət hüququna dair Dövlət Aktında səhv olaraq “Camiddin” kimi yazılması və torpaq sahəsinin miras əmlak kimi qəbul etməyi ərizəyə əlavə edilmiş, Qusar RİHB-nin Sudur İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş № 105 olan xx.xx.2022-ci il-ci il tarixli arayış, 01.2022-ci il tarixli Akt, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 255\31 nömrəli arayış, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi, Qusar RİHB-nin İmamqulukənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 723 nömrəli xx.xx.2021-ci il tarixli arayış, ölüm haqqında Şəhadətnamənin surəti və digər sənədlərlə təsdiq olunur. Qeyd edilən hüquqi faktın müəyyən edilməsi vərəsəlik hüququndan istifadə etməsi üçün zəruridir. Rusiya Federasiyasının vətəndaşı olmaqla Qusar şəhərində yaşadığına görə o, MPM-nin 309-cu maddəsinə əsasən göstərilən hüquqi fakın müəyyən edilməsi üçün Qusar Rayon Məhkəməsinə müraciət etməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir, iş üzrə müvafiq sübutları ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim etmişdir, bundan başqa əlavə və vəsatəti yoxdur. Ona görə də təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30120018 JN-0044 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6- 9 saylı qərarı ilə Qusar rayonu Sudur kəndində yerləşən 1.72 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan АZ № 276203 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Mirzəhməd oğlu 25 iyun 1969-cu il tarixdə Qusar rayonu Sudur kəndində anadan olmuşdur. X1r, anası X10r. İşdə olan AZ-İİ 277604 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində ölmüşdür. İşdə olan AZ-İİ 277693 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Qusar rayonu Sudur kəndində ölmüşdür. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş 254/30 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Sudur kənd sovetinin 1957-1959-cu illərin Sudur kəndi üzrə 1 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 30 olan X3 təsərrüfatın ailə üzvlərinin siyahısında bibisi kimi göstərilmiş X9 1926-cı il təvəllüdlü olduğu qeyd edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş 254/30 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki,rayon arxivində Qusar rayon Sudur kənd sovetinin 1957-ci ildən mövcud olan Təsərrüfatbaşına kitablarda X12 adına təsərrüfatın olması və onun hər hansı bir təsərrüfatın üzvü olduğu aşkar edilməmişdir. Ona görə də, X12 doğum və ölüm tarixləri haqqında məlumatların nümayəndəliyə təqdim edilməsi mümkün olmamışdır. Rayon Arxivində saxlanılan Qusar rayon Sudur kənd sovetinin 1969-1971-ci illərin Sudur kəndi üzrə 1 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 32 olan X3 təsərrüfatında aşağıdakı göstərilən ailə üzvlərinin olduğu qeyd edilmişdir. 1. X3 özü, 2. X20- bibisi, 3. X6- qardaşı, 4. X18h.yoldaşı, 5. X14- qardaşı yoldaşı, 6. X7, 7. X15. İşdə olan 01 sentyabr 2022-ci il tarixdə X30, X16 və X8 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Qusar rayonu Sudur kənd sakini X20 10 dekabr 2012-ci il tarixdə vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Qusar rayon X35 12 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə mülkiyyətə verilmiş 1.72 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN- 0044 kod 30120018 olan Torpağa mülkiyyənt hüququna dair X36 Züleyxanın atasının adı “Şixmət” olduğu halda səhv olaraq “Camiddin” kimi qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 105 saylı arayışdan görünür ki, 10 dekabr 2012-ci il tarixdə Qusar rayonunun Sudur kəndində vəfat etmiş X9 Qusar rayon X35 12 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə mülkiyyətə verilmiş 1.72 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-0044 kod 30120018 olan Torpağa mülkiyyənt hüququna dair X36 Züleyxanın atasının adı “Şixmət” olduğu halda səhv olaraq “Camiddin” kimi qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın İmamqulukənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022ci il tarixli 251 saylı arayışdan görünür ki, 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində vəfat etmiş X9 mülkiyyətində, JN-0044 kod 30120018 olan Torpağa mülkiyyənt hüququna dair Dövlət Aktına əsasən Qusar rayonunun İmamqulukənd İƏD-ə aid Sudur-oba kəndi ərazisində 1.72 hektar torpaq sahəsi olmuşdur. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-538/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, 10 dekabr 2012-ci il tarixdə Qusar rayonu Sudur kəndində ölmüş X9 Ərizəçi 16 aprel 2010-cu il tarixdə vəfat etmiş atası X3 doğma bibisi olması faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********06 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən hazırlanmış JN-0044 (kod ********) Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahibinin ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-0044 kod 30120018 olan Torpağa mülkiyyənt hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-0044 kod 30120018 olan Torpağa mülkiyyənt hüququna dair Dövlət Aktında hüquq sahibi kimi qeyd olunmuş şəxs məhz X17r, lakin həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının mərhum X13 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. JN-0044 kod 30120018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 10 dekabr 2012-ci il tarixində Qusar rayonu Sudur kəndində vəfat etmiş X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar