Məhkəmə qərarları › İş №2(029)-99/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-99/2021

28.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-99/2021 28.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən iş üzrə Cavabdeh1 adına işlənmiş JN-3xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, həmin Dövlə Aktına əsasən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, xx xxxx 2007-ci il tarixli Çıxarışın və Cavabdeh1 adına olan MH ******* seriyalı, xx xxxx 2007-ci il tarixli Çıxarışa əsasən Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4.04 hektar torpaq sahəsinin Cavabdeh2 satılması barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və JN-00xx xxx 30107038 olan xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş 4.78 hektar torpaq sahəsinin 3.11 hektar hissəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclası İddiaçı nümayəndəsi X1 və iddiaçının vəkili X2 iştirakları keçirilmiş və işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə İddiaçı, iddiaçının nümayəndəsi və vəkili, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlmədiklərinə görə işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmış, həmin tarixdə işin məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmışdır. Bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun nümayəndəsi və vəkili, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar