Məhkəmə qərarları › İş №2(029)-991/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-991/2020

23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-991/2020 23.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Heydərov Rövşən Vaqif oğlu”nun, “X3”nın, “Maraqlı şəxs1”nun və “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:122F KOD 30123038 nömrəli və JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara, yəni Ərizəçi2, Ərizəçi1 və digər mülkiyyətçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o,1987-ci ildə nikahı rəsmi qeyd etdirməklə digər Ərizəçi2 ilə ilə həyatı qurmuş, 1998-ci ildə isə ayrılmışlar. Qusar rayonunda torpaq islahatları keçirilərkən onlara və ailə üzvlərinə Qusar rayonunun Ləyərqışlaq kəndi ərazisindən 2 yerdən 0.08 hektar və 0.12 hektar həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqlarıDövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:122F KOD 30123038 nömrəli və JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə təsdiq edilir. Həmin Şəhadətnamələrdə onun adı səhvən “Rəfiqə”, Ərizəçi2 isə soyadı səhvən “Heydərov” qeyd edilmişdir. Digər mülkiyyətçilərin isə adları, soyadları və ata adları həmin Şəhadətnamələrdə düzgün qeyd edilmişdir. Bu yaxınlarda onlar həmin Şəhadətnamələrdə torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN:122F KOD 30123038 nömrəli və JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN:122F KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X1 xx xxxx 1998ci il tarixli 12/2 nömrəli qərarı ilə Heydərov Rövşən Vaqif oğlunun, X2, Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərinə Qusar rayonu Ləyərqışlaq kəndi ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X1 xx xxxx 1998ci il tarixli 12/2 nömrəli qərarı ilə Heydərov Rövşən Vaqif oğlunun, X2, Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərinə Qusar rayonu Ləyərqışlaq kəndi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 tərəfindən Ərizəçi1 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli **********28 nömrəli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:122F KOD 30123038 nömrəli və JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 745 nömrəli Arayışdan görünür ki, JN-122F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən X3 yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1 yazılışında oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 746 nömrəli Arayışdan görünür ki, JN-122G KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən X3 yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1 yazılışında oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 772 nömrəli Arayışdan görünür ki, JN-122F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən Heydərov Rövşən Vaqif oğlu yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Heydərov Rövşən Vaqif yazılışında oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 745 nömrəli Arayışdan görünür ki, JN-122G KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən Heydərov Rövşən Vaqif oğlu yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Heydərov Rövşən Vaqif yazılışında oxunmalıdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1965-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Ləgər Qışlaq kəndi ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1965-ci il təvəllüdlü Ərizəçi2 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1991-ci il tarixdə Qusar rayonunun Ləyər Qışlaq kəndində anadan olmuş, hazırda ünvan 3i ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1993-cü il tarixdə Qusar rayonunun Ləyər Qışlaq kəndində anadan olmuş, hazırda ünvan 3i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 məxsusdur. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Heydərov Rövşən Vaqif oğlu”nun, “X3”nın, “Maraqlı şəxs1”nun və “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:122F KOD 30123038 nömrəli və JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Heydərov Rövşən Vaqif oğlu”nun, “X3”nın, “Maraqlı şəxs1”nun və “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:122F KOD 30123038 nömrəli və JN:122G KOD 30123038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar