Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-996/2025 18.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Gündüzqala Bələdiyyəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon Gündüzqala bələdiyyəsi tərəfindən verilmiş ilkin torpaq sənədlərinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Gündüzqala bələdiyyəsi tərəfindən 19 mart 2007-ci il tarixli 04 saylı qərarı verilmiş 0.12ha həyətyanı torpaq sahəsinin ilkin bələdiyyə sənədlərində (qərar,DT vəXK Qusar rayon Şöbəsinin rəyində, kassa mədaxil orderin qəbzində,alqı-satqısına dair aktda,torpaq sahəsinin yerquruluşu planında) Ərizəçi adı səhvən “Maya”kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə Ərizəçi adı “Mahiyə” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, həmin bələdiyyənin ilkin sənədlərində olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ərizəçinin adı Gündüzqala bələdiyyəsi tərəfindən verilmiş ilkin torpaq sənədlərində səhv qeyd edildiyi üşün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Qusar rayon İmamqulukənd bələdiyyəsinə müraciət olunub, lakin İmamqulukənd bələdiyyəsi tərəfindən həmin sənədlərdə düzəlişlərin edilməsi mümkün olmadığını bildirərək Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Qusar rayon Gündüzqala bələdiyyəsi tərəfindən verilmiş ilkin torpaq sənədləri ərizəçiyə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də Ərizəçi adının “Maya”kimi qeyd edilməsi bir səhv olduğu bir çox şahidlər də təsdiq edə bilər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Gündüzqala Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarələrin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tixli 310 saylı Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş 2007-ci ilə aid torpaqların alqı-satq sənədlərinin surətlərindən görünür ki,xx.xx.2007-ci l tarixli Qusar rayonun Gündüzqala Bəldiyyəsinin 4 nömrəli qərarında, torpaqların alqı-satqısına dair aktda və fırdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayılması (satılmas) barədə DT və XK Qusar rayon şöbəsinin rəyində X1 0.12 ha torpaq saəsi fərdi evin tikintisi üçün satılmışdır. İşdə olan Qusar RİHB-ın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 798 saylı arayışdan görünür ki, Qusar rayonun Gündüzqala bələdiyyəsi tərəfindən fərdi evin tikilməsi üçün ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin ilkin sənədlərində X2 əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli 59 saylı Gündüzqala Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, Ərizəçi Maraqlı şəxs1 xx.xx.2007-ci il tarixli iclas protokolunun 04 saylı qərarı qüvvədədir. Ərizəçi dövlət çıxarışının verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qusar rayon Gündüzqala bələdiyyəsi tərəfindən 19 mart 2007-ci il tarixli 04 saylı qərarı verilmiş 0.12ha həyətyanı torpaq sahəsinin ilkin bələdiyyə sənədlərində (qərar,DT vəXK Qusar rayon Şöbəsinin rəyində, kassa mədaxil orderin qəbzində,alqı-satqısına dair aktda,torpaq sahəsinin yerquruluşu planında) Ərizəçi adı səhvən “Maya”kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə Ərizəçi adı “Mahiyə” kimi qeyd edilmişdir. Lakin həmin qərarda yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin ilkin torpaq sənədlərinin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Qusar rayon Gündüzqala bələdiyyəsi tərəfindən verilmiş ilkin torpaq sənədlərinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM:ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-996/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-996/2025
18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver