Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-106/2024 27.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Daşkəsən Xidməti Sahəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz" X1 Xidməti Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Daşkəsən Xidməti Sahəsi tərəfindən əsassız hesablanmış 576 manat məbləğində pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, ünvan 1 evin 2 saylı mənzilində yaşayır. Hal-hazıradək qazla bağlı hər hansı problem və müdaxilə olmamışdır. 25 may 2023-cü il tarixdə X8 İdarəsinin bir qrup işçiləri tərəfindən ona məxsus olan qaz sayğacına baxış keçirilmiş və nöqsanlar olması barədə qeydlər aparılmış, guya qaz sayğacında xətalar normadan artıq olduğunu, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyini, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyini, buna görə də, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. Bundan başqa, 31 may 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuş və qeyd olunan idarənin məsul şəxsləri tərəfindən imzalanmışdır. 26 aprel 2023-cü il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması, istismara qəbulu haqqında akt tərtib olunmuşdur. 03 may 2023-cü il tarixli qaz sayğacının yoxlanılması barədə akt ilə idarənin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın istismara yarasızlığı barədə məlumat qeyd olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan müxtəlif vaxtlarda tərtib olunmuş sənədlərin heç bir sübutu və mötəbərliyi yoxdur. Ona məxsus olan qaz sayğacına tətəfindən hər-hansı bir müdaxilə olmamışdır. Əslində qaz sayğacı qanunla müəyyən edilmiş müddətlərdə yoxlamadan keçirilməlidir. Sayğacın işlək vəziyyətdə olmamasına görə o, məsuliyyət daşımır. Buna baxmayaraq, ona birbaşa borc hesablanaraq hüquqdan sui-istifadə edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh “Azəriqaz" X4 X9 İdarəsi Daşkəsən Xidmət Sahəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00020 olan İddiaçı məxsus ünvan 1 evin 2 saylı mənzilinə quraşdırılmış “Zenner G4” markalı, **********4 nömrəli sayğac, “Elster G-4” markalı, 10332269 nömrəli sayğacla əvəzləşdirilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İşə əlavə edilmiş “Azəriqaz" X4 X9 İdarəsi Daşkəsən Xidməti Sahəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 may 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Şəmkir X9 İdarəsi Daşkəsən XS üzrə TQQS-nin mühəndisi X3, qai üzrə çilingər X2 və istehlakçının nümayəndəsi İddiaçı iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istifadəçinin istifadəsində olan “Zenner G-4” markalı, zavod № **********84, plomb № 10732841 olan qaz sayğacına baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar - Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanması barədə ARN № 14-2-2/3-5-4783/Q001 saylı aktına əsasən sayğaca baxış keçirilmiş, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İşə əlavə edilmiş Şəmkir X9 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması aşkar edilməsi barədə 03 may 2023 tarixli 14-2-2/3-5-4783/Q001 №-li Akta əsasən G-4 markalı **********4 №-li sayğaca baxış keçirlidi. Xətalar normadan artıqdır. Sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayağcın daxilində baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır, nətcədə qaz itkisi yaranmışdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qəran ilə təsdiq edilmiş “Qazdan istfadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vezrfələrinən icra edilməməsi һəmin dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsəsən, itirilmiş qaz bərpa edilsin. Əsəs: xx.xx.2023-ci il tarixli “AKT” № 0389872 Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x30=2880m3 İşə əlavə edilmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi Kamran Qasımovun məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, Daşkəsən rayon Məhkəməsinin icraatında olan 2(030)-106/2024 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək 345,60 manat (üç yüz qırx beş manat altmış qəpik) borcun əsassız olduğu üçün ləğv olunmasını qeyd etmişdir. İş üzrə cavabdeh olaraq aşağıdalara əsasən iddia ərizəsinə etiraz edirlər. Belə ki, ünvan 1 ünvanında yaşayan İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına baxış keçirilən zaman sayğacın minimal sərfiyyat 100% nisbi xəta ilə işləməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Daşkəsən XS-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 2880 m3 təbii qaz sərfi — 345,60 manat (üç yüz qırx beş manat altmış qəpik) dəymiş ziyan məbləği hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasənistehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq halhazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunanlara əsasən, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********00020 olan İddiaçı 2023-cü ilin may ayı üşün aktlar üzrə 345,60 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, elektrik sayğacı İddiaçı yaşadığı ünvan 1 evin 2 saylı mənzilindən kənarda, yəni küçədə quraşdırılmış, sayğac köhnə tipli olduğu üçün iddiaçının iştirakı olmdan 26 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında Cavabdeh Şəmkir X7 İdarəsi tərəfindən müvafiq qaydada yenisi ilə əvəz edilmişdir. 31 may 2023-cü il tarixdə sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması aşkar edilmiş barədə 03 may 2023 tarixli 14-2-2/3-5-4783/Q001 №-li Akta əsasən G-4 markalı **********4 №-li sayğaca baxış keçirlimiş, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, kamera ilə sayağcın daxilində baxış keçirilməsi, kənar təsir izlərnini aşkar edilməməsi, sayğacın istismara yararsız olması, nətcədə qaz itkisinin yaranması barədə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, 23 may 2023-ci il tarixli 03898752 № Akta əsasən Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, abonentin 4x24x30=2880m3 qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən sayğaca müdaxilə edildiyi sübuta yetirilmədən abonent hesabına 345,60 manat məbləğində borc yazılmışdır. Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğacvlarının quraşdırılması və istismarı barədə məlumatın 1.7-ci bəndinə əsasən, mənzillərində (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri Cavabdeh İB-nin müvafiq struktur bölmələri tərəfindən, G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri isə “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən yerinə yetirilir. Həmin məlumatın 1.8-ci bəndinə görə, sayğacların (plombların) quraşdırılması, çıxarılması və əvəz olunması ilə əlaqədar bütün hallarda “Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib edilir. Həmin məlumatın 2.1-ci bəndinə əsasən, sayğac, ona xidmət edilməsi və göstəricilərinin qeydə alınması mümkün olan, zədələnməsini istisna edən yerlərdə quraşdırılmalıdır. Sayğac şaquli vəziyyətdə qaz kəmərinə sərbəst, yəni hər hansı bir əlavə fiziki qüvvə istifadə edilmədən və yer səthindən sayğacın alt hissəsinə qədər 1,8-1,6 metr hündürlükdə quraşdırılmalıdır (Sayğacın zədələnmədən istisna hallarında quraşdırılma hündürlüyü nəzərə alınmalıdır). Həmin məlumatın 2.2-ci bəndinə görə, vibrasiyadan, titərişdən əmələ gələ bilən təsirdən və korroziyadan mühafizə məqsədi ilə sayğacın quraşdırılması sivarlara toxunmamaq şərti ilə aparılmalıdır (Quraşdırılan sayğacın divarla ara məsafəsi 3-5 sm olmalıdır). Həmin məlumatın 2.3-cü bəndinə əsasən, günəş şüalarının birbaşa düzdüyü yerlədə, açıq havada və ya kənar şəxslərin müdaxilə edə biləcəyi yerlərdə quraşdırılan qaz sayğacları xüsusi mühafizə qurusuna yerləşdirilməli və qutunun açarı abonentə təhvil verilməlidir. Həmin məlumatın 2.2-ci bəndinə görə, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmni Qanunun 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Göründüyü kimi, Qаydаlаrın 4.8-ci bəndinə əsаsən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya məxsus qaz sayğacında aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, işdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00020 olan İddiaçı məxsus ünvan 1 evin 2 saylı mənzilinə quraşdırılmış “Zennis” G4 markalı, **********4 nömrəli sayğac çıxarılmış əvəzinə “Elster G- 4” markalı, 10332269 nömrəli sayğacla quraşdırılmışdır. Sayğacın quraşdırılması səbəbi əvəzləmədir. Aktda digər qeydlər hissəsində yalnız kütləvi sözü yazılmışdır. Aktda çıxarılan sayğacda gözlə görünən hər hansı qüsurun olması barədə heç bir qeyd yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək yuxarıda qeyd olunan maddi-hüquq normalarını rəhbər tutaraq hesab edir ki, xətaların normadan artıq olmasında, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsində, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsində və istismara yararsız vəziyyətə salınmasında İddiaçı təqsirini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, İddiaçı qaz təhcizatı təşkliatına dəymiş ziyana görə cavabdehlik daşıya bilməz. İddiaçı Cavabdeh Daşkəsən XS tərəfindən əsassız hesablanmış 576 manat məbləğində pulun silinməsi tələb etsə də, 23 may 2023-ci il tarixli 03898752 № Akta əsasən Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, abonentin 4x24x30=2880m3 qaz sərfiyyatı hesablanmış və 345,60 manat məbləğində borc yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Şəmkir X9 İdarəsinin qaz satışı bazasında **********00020 saylı abonent kodu altında istehlakçı kimi qeydiyyatda olan ünvan 1 evin 2 saylı mənzilində yaşayan İddiaçı hesablanmış 345,60 manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin 345.60 manatdan artıq hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona 570 manat borc hesablandığını qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 345.60 manatdan artıq hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilməli olan dövlət rüsumunun 18 manatı cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən **********3100020 saylı abonent kodu ilə istehlakçı kimi qediyyata alınmış ünvan 1 evin 2 saylı mənzilində yaşayan İddiaçı hesablanmış 345,60 manat məbləğində borc silinsin. 18 (on səkkiz) manat dövlət rüsumu Cavabdehndən alınıb dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-106/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-106/2024
27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver