Məhkəmə qərarları › İş №2(030)-118/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-118/2023

29.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-118/2023 29.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Pəcəb qızının, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Pəcəb qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququ əsasında miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Pəcəb qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101- 093032 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən mərhum əri X2 miras qalmış Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzilinin birinci növbə vərəsə kimi onun tərəfindən qəbul edilməsi və vərəsəlik hüququ əsasında miras əmlaka mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, 01 fevral 1951-ci ildə Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuşdur. X9 ilə aralarındakı nikahı 14 sentyabr 1973-cü ildə Daşkəsən RİHB-nin Muşavaq İƏDÜNdə 02 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahılarından 4 övladları - 23 oktyabr 1974-cü ildə Cavabdeh3, 15 dekabr 1975-ci ildə Cavabdeh2, 17 may 1978-ci ildə X8 və 11 dekabr 1979-cu ildə X5 anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101-093032 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən 19 mart 2014-cü il tarixdə tərtib edilmiş 8211 inventar nömrəli, **********13-05101-093032 reyestr nömrəli “Mənzilin Texniki Pasport”una əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzili tam mülkiyyət hüququ ilə X4nun adına Daşınmaz əmlakın dövlət reyestrində qeyditta alınmışdır. X4 25 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. O, ərinin dəfninin təşkil etmiş, məzarının üstünü götürmüş, bununla bağlı bütün xərcləri təkbaşına çəkmişdir. Ərinin vəfatından sonra miras əmlak vərəsəlik açılmışdır. O, miras əmlaka sahiblik etmiş, qoruyub saxlamışdır. Ərinin vəfatından xeyli müddət keçməsinə baxmayaraq, övladlarından heç kim miras əmlakla maraqlanmamışlar. Hal-hazırda miras əmlakla bağlı cavabdeh olan övladları ilə aralarında narazılıq yaranmışdır. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi mümkün olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətinə qlamışdır. Məhkəmə prossesinin gedişində ümumi razılığa gələrək cavabdehlər miras əmlakdan onun xeyrinə imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Pəcəb qızı iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, atasından miras qalmış əmlakla bağlı onunla iddiaçı arasında müəyyən narazılıq olmuş, hal-hazırda da iddiaçı ata yurduna nəzarət etməklə qoruyub saxladığını nəzərə alaraq, bütün miras əmlakın anası İddiaçı na verilməsinə dair razılıq vermişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, atasından miras qalmış əmlakla bağlı onunla iddiaçı arasında müəyyən narazılıq olmuş, hal-hazırda da iddiaçı ata yurduna nəzarət etməklə qoruyub saxladığını nəzərə alaraq, bütün miras əmlakın anası İddiaçı na verilməsinə dair razılıq vermişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, atasından miras qalmış əmlakla bağlı onunla iddiaçı arasında müəyyən narazılıq olmuş, hal-hazırda da iddiaçı ata yurduna nəzarət etməklə qoruyub saxladığını nəzərə alaraq, bütün miras əmlakın anası İddiaçı na verilməsinə dair razılıq vermişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 02 fevral 2022-ci il tarixli 05/Q-87/69 saylı arayışından görünür ki, X9 ilə X7 arasında 14 sentyabr 1973-cü il tarixdə nikah bağlanmış və Daşkəsən RİHB-nin Muşavaq İƏDÜN-də 02 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 23 oktyabr 1974-cü ildə Daşkəsən rayonu anadan olmuşdur. X1, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 29 oktyabr 1974-cü il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 15 dekabr 1975-ci ildə Daşkəsən rayonu anadan olmuşdur. X1, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 19 dekabr 1975-ci il tarixdə 389 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X8 17 may 1978-ci ildə Daşkəsən rayonu anadan olmuşdur. X1, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 08 iyun 1978-ci il tarixdə 174 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 11 dekabr 1979-cu ildə Daşkəsən rayonu anadan olmuşdur. X1, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 13 dekabr 1979-cu il tarixdə 411 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101-093032 reyestr nömrəli, RX Seriya ******* nömrəli “Çıxarış”ın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2014-cü il tarixli, **********13-05101-093032 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”unun surətlərindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzili tam mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X9 25 yanvar 2022-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 01 fevral 2022-ci il tarixdə 15 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat ofisinin 09 dekabr 2022-ci il tarixli 132 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum X2 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası faktiki qəbul etmiş vərəsənin notariat ofisinə gələrək vərəsəlik şəhadətnaməsini rəsmiləşdirməsi məcburi olduğu halda, notariat orqanına gəlməkdən imtina etmişdir. Eyni zamanda, miras əmlakı tam həcmdə rəsmiləşdirmək arzusunda olduğu, lakin mirası faktiki qəbul etmiş digər vərəsənin iştirakı olmadan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı üçün məhkəməyə müraciət etmək hüququ nun olması izah edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon dövlət notariat ofisində təsdiq edilmiş 81-645 reyestr nömrəli 13 dekabr 2022-ci il tarixli **********645 nömrəli ərizədən görünür ki, Cavabdeh4 X1 25 yanvar 2022-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan qanunla bütün əsaslar üzrə ona çatası payı bilərəkdən nə rəsmi, nə də fakitki qəbul etməmiş və etmək fikri də yoxdur. Odur ki, gələcəkdə müddətin bərpası ilə bağlı məhkəmə qaydasında iddiası olmayacaqdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istməir. İşə əlavə edilmiş Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə təqdim etdikləri ərzilərdən görünür ki, ataları X2 miras qalmış Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzilindən onlara düşən miras paydan anaları İddiaçı xeyrinə imtina edirlər. Gələcəkdə bununla bağlı heç bir şikayət və tələbləri olmayacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1-152.4-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyayadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə baxışında tərəflərin izahatları, işə əlavə olunmuş sənədlər, habelə işin digər faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə X9 aralarındakı nikahı 14 sentyabr 1973-cü ildə Daşkəsən RİHB-nin Muşavaq İƏDÜN-də 02 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahılarından 23 oktyabr 1974-cü ildə Cavabdeh3, 15 dekabr 1975-ci ildə Cavabdeh2, 17 may 1978-ci ildə X8 və 11 dekabr 1979-cu ildə X5 anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101-093032 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən 19 mart 2014-cü il tarixdə tərtib edilmiş 8211 inventar nömrəli, **********13-05101-093032 reyestr nömrəli “Mənzilin Texniki Pasport”una əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzili tam mülkiyyət hüququ ilə X6 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 25 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən miras əmlaka dair vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 1145-1146cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Odur ki, qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olaraq mirasın açıldığı vaxt 25 yanvar 2022-ci il, mirasın açılma yeri isə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzili hesab olunur. AR MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilməmişdir. Ona görə də mübahisənin həllində qanun üzrə vərəsəliyi nizama salan maddi hüquq normaları tədbiq olunmalıdır. AR MM-nin 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan X3 birinci növbədə vərəsələri arvadı İddiaçı, oğlanları - Cavabdeh3, Cavabdeh2, qızları – X10 və Cavabdeh1dır. AR MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. AR MM-in 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki hallarından göründüyü kimi, miras qoyanın vərəsələrindən heç kim mirasın açıldığı vaxtdan üç ay ərzində mirası qəbul etməsi barədə ərizə ilə ərazi üzrə notariat kontoruna müraciət etməmişdir. Bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Ona görə də, mubahisənin həlli üçün mirası faktiki qəbul edən şəxslərin dairəsi müəyyən edilməlidir. AR MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, birinci növbə vərəsələrdən yalnız arvadı İddiaçı miras qoyanla ümumi təsərrüfat aparmış, miras qoyanın hər cür qayğısına qalmış, miras qoyan vəfat edərkən dəfn və hüzür mərasiminin keçirilməsini təşkil etmiş, miras qoyanın vəfatından sonra da miras əmlakı qoruyub saxlamış, ona sahiblik etməklə idarə etmişdir. Bununla da, İddiaçı mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mərhumun vərəsələri Cavabdeh3, Cavabdeh2, X10 və Cavabdeh1 miras əmlakdan onlara düşən paydan digər vərəsənin, yəni İddiaçı xeyrinə imtina etmişlər. Vərəsəlik haqqında münasibətləri nizama salan maddi hüquq normalarına uyğun olaraq mirası qəbul etməmiş vərəsənin miras əmlakdan imtina edib-etməməsi heç bir hüquqi nəticə doğurmasa da, məhkəmə hesab edir ki, sağ qalan digər vərəsələrin belə bir müraciəti mirası qəbul etmiş vərəsə İddiaçı xeyrinə olan müsbət münasibət kimi qiymətləndirilməlidir. Hazırda sözügedən daşınmaz əmlaka mülkiyyət və ya ondan pay hüququnu iddia edən başqa heç kəs yoxdur. Azərbaycan Respublikası MM-nin 245-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olub həmin sahədə yerləşən bina və ya qurguya mülkiyyət hüququ əldə edən başqa şəxs müvafiq torpaq sahəsinə də mülkiyyət hüququnu əldə etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2. maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 21.1. maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.3-cü maddələrinə müvafiq olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101-093032 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən X6 adına tam mülkiyyət hüququ ilə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzili miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmalı və həmin mənzil üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyedtri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-05101-093032 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən X6 adına tam mülkiyyət hüququ ilə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı evin 10 saylı mənzili miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunsun və mənzil üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınsın. Qətnamədən bir ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar