Məhkəmə qərarları › İş №2(030)-142/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-142/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-142/2025 06.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6000 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, Göygöl rayonu Bəhrəmbəy kəndində fermer təsərrüfatı ilə məşğul olur. Daşkəsən rayonunda qəssab işləyən Cavabdeh ilə uzun müddət şifahi razılaşma yolu ilə iş birliyi yaratmışlar. 28 sentyabr 2019-cu ildə cavabdeh Göygöl rayonu Bəhrəmbəy kəndində onun fərdi təssərrüfatında kiloqramı 13.50 manata razılaşmaqla 213 kq çəkidə olan düyəni kəsib aparmışdır. Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmamışdır. Bununla belə o, satdığı heyvanın pulunu tələb etməkdə haqlıdır. Cavabdehin hal-hazıradək onun pulunu vaxtında ödəmədiyi üçün maddi ziyan vurmuşdur. Ona görə də 6000 manat tələb edir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 09 avqust 2023-cü il tarixli 2(030)-400/2023 saylı qətnaməsinin surətində görünür ki, İddiaçı Cavabdeh qarşı 2912 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə də iddiaçı kiloqramı 13.50 manata olmaqla satmış olduğu 212 kq çəkidə bir heyvanın pulunu tələb etmişdir. Bu hal iddiaçının izahatı ilə də təsdiqini tapır. Göründüyü kimi iş üzrə tərəflər, iddianın predmeti və əsasları eynidir. Fərq yalnız ondadır ki, iddiaçı hazırkı iddia üzrə 6000 manat tələb edir. Bunu isə, cavabdehin həmin borcu bu vaxtadək ödəməməsi nəticəsində zərərə məruz qalması kimi izah edir. Beləliklə, iddiaçının bildirdiklərindən məlum olur ki, iddiaçı 6000 manat həcmində tələbin 2912 manat hissəsini əsas tələb, qalan hissəsini isə əlavə tələb kimi irəli sürür. Əsas tələbə mahiyyəti üzrə baxılması qanunla yolverilməz olduğu halda, əsas tələbə də mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İşin konkret halı və şərh olunan qanunun tələbi baxımından məhkəmə hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar