Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-157/2025 16.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “miras mülk olan ünvan 2 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X1nun adına ünvan 2 ünvanında miras əmlak olan yaşayış evi vardır. X1 30 iyun 2013-cü ildə, anası X6 isə 2018-ci ildə vəfat etmişdir. O, qanun üzrə vərəsə kimi atasının mülkündən ona düşən payı almaq istəyir. O, vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmişdir. Bu məsələ ilə əlaqədar 3 saylı Gəncə Ərazi İdarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi xahiş edilmişdir. Lakin, o, böyük əminliklə öncədən bilmişdir ki, Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına imkan verməyəcəkdir. Bu vəziyyəti öncədən həmin əməkdaşlara bildirmişdir. Onlar isə əraziyə getməmişlər. Evə dair məhrum atasının adına sənəd yoxdur. Miras əmlak atasının adına sənədləşdikdən sonra vərəsələr arasında bölgü aparıla bilər. Cavabdeh daim mübahisəli evdə yaşamışdır. Hazırda da qeyd edilən evdə yaşamaqda davam edir. Evdə bir qədər artırmalar da etmişdir. Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsə də, həmin ev özəlləşdirilməmişdir. Evin Texniki pasportu olsa sa, Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv sənədlərində qeydə alınmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin işçiləri onun ünvanına gəlməmişlər. Həmin ev onun özü tərəfindən inşa edilmişdir ki, iddiaçı orada ölçü işlərinin aparılmasını tələb edə bilməz. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 02 avqust 1963-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində dogulmuşdur. X1, anası X5r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 1963-cü ildə 67 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 20 mart 1992-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Dəmiryolaltı ərazisi kv.B-Vİ sahə 15”A” ünvanında yerləşən ev X3 adına olmuşdur. İşə əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 17 aprel 1992-ci il tarixli 1875 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş N.H.Nağıyevin adına olan “Dəmiryolaltı” küçəsi kv.B-Vİ sahə 15”A” №-li ünvanda yerləşən mülkdə sahəsi lit. “A”-da 23,8 kv.m, 23,8 kv.m yaşayış otaqları, 56,6 kv.m xidmət otaq və 400 kv.m torpaq sahəsinin qanuniləşdirilməsi və həmin tikililərin vətəndaşın mlükiyyətinə verilməsi, 47,6 kv.m yaşayış sahəsindən, 56,6 kv.m qeyri-yaşayış sahəsindən və 400 kv.metr torpaq sahəsindən ibarət olan “Dəmiryolaltı” ərazisi kv.B-Vİ sahə 15”A” ünvanında yerləşən mülkə dair qəbul edilmiş sərəncama əsasən vətəndaşın yeni hüquqverici sənədlərlə təmin edilməsi və artıq qalan 59,0kv.m torpaq sahəsi yerli torpaq fonduna verilməsi Gəncə zona texniki inventarlaşdırılma bürosuna tapşırılmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 iyun 2013-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 01 iyul 2013-cü il tarixdə 547 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 mart 2018-ci ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 mart 2018-ci il tarixdə 568 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu tərəfindən Daşınmaz Əmlakın Dövləgt Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış 14 may 2024-cü il tarixli 482 nömrəli məktubdan görünür ki, Daşkəsən rayonu, ünvan 4i ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2013-cü ildə vəfat etmiş X1ndan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Dəmiryolaltı ərazisi ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən İddiaçı, mərhum X3 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı, həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X3 adına Gəncə şəhəri Kəpəz rayonu Natavan qəsəbəsi, Dəmiryolaltı ərazisi ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun arxivdə olan sənədlərinin surətlərinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış verilməsinə müvafiq göstəriş verməsini xahiş edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə 05 iyul 2024-cü il tarixli 3-21-3-32/2-6576/2024 nömrəli bildirişin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə 31 may 2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı, həmçinin əmlak üzərində mübahisə olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 31 iyul 2024-cü il tarixli 1835 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən "Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla " da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə “əsasən "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, mirasın qəbul müddətini keçirilmişdir. Həmçinin İddiaçı xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası - X2 qalmış miras əmlaklara, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uygun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən: “Miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisəyə məhkəmə baxır. Odur ki, məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər bir iddia tələbinin öz məqsədi, predmeti arzu olunan nəticəsi olmalıdır. Ən başlıcası odur ki, şəxsin subyektiv hüququ normativ hüquqi aktlarda ifadə olunduqda hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi və ya etməməyi tələb edə bilər. Bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə bağlı hüquqi imkan müəyyən edilmədikdə subyektiv hüququn mövcudluğu qeyri-mümkün olur. Mülki qanunvericiliyə əsasən müəyyən hərəkətləri etməyi və ya etməməyi, həmçinin əmlakından istifadəyə törədilən maneələrə son qoymağı tələb tələb etmək hüququ mülkiyyətçiyə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə aid edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı mübahisə predmetinə aid daşınmaz əmlakın mülkiyyətçisi deyildir, həmçinin əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs hesab olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İddiaçı hazırkı tələbi mülkiyyətçi və ya mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxs qismində irəli sürmək səlahiyyətinə malik deyildir. Lakin, nəzərə alaraq ki, iddiaçı həmin əmlak üzərində vərəsəlik hüquqlarının həyata keçirilməsini təmin etmək məqsədlə notariat ofisinə və daşınmaz əmlak üzərində hüquqları qeydə alan orqana müraciətlər etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması, həmçinin əmlak üzərində mübahisə olması göstərilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməsinin səbəbi kimi müvafiq arayışın verilməsindən bu xüsusatlara görə imtina edilmə olmuşdur. Göründüyü kimi iddiaçının əsas məqsədi müvafiq arayışın əldə edilməsindən ibarətdir və iddiaçı hesab edir ki, cavabdeh onun üçün əhəmiyyətli ola biləcək arayışın verilməsinə mane olmuşdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması daşınmaz əmlak üzərində hüquqları qeydə alan orqanın fəaliyyətinə aid məsələdir. Həmçinin cavabdeh buna mane olduğu halda, bu hərəkətlər birbaşa iddiaçıya qarşı deyil, müvafiq idarənin əməkdaşlarının iş fəaliyyətinə qarşı yönəlmiş olur. Bunun iddiaçının mənafe və maraqlarına dolayısı ilə toxunması məsələsinə gəldikdə isə, məhkəmə onu qeyd edir ki, manə real olmalıdır, güman və ehtimal olunacağı halda hüquqlara toxunulma baş vermir. Bundan əlavə, toxunan mənafe və maraq qanundan irəli gələn olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hazırkı iş üzrə iddiaçının mənafe və maraqlarının qanundan irəli gələn olubolmaması məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia tələbinin məzmunundan belə görünür ki, cavabdeh iddiaçı üçün əhəmiyyətli ola biləcək arayışın verilməsinə mane olmuşdur. Bu maneolmanı iddiaçı öz mənafe və maraqlarına toxunulmuş hesab edə bilər. Lakin, toxunulan mənafe və maraqların qanundan irəli gələn olub-olmaması üçün iddiaçının həmin arayışın verilməsini tələb etməkdə haqlı olması, həmçinin bu arayışın verilməsindən imtinanın səbəblərinin qanuni və əsaslı olması kimi məsələlərə aydınlıq gətirilməsi tələb olunur ki, bunlar inzibati orqanla vətəndaş arasında münasibətlərdən irəli gələn olmaqla inzibati mübahisənin predmetini təşkil edir. İlk növbədə subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır, bundan sonra hüququn pozulubpozulmaması ilə bağlı məsələlər həmin norma əsasında yoxlanılmalıdılr. Yaranmayan və mövcud olmayan hüququn pozulması halının baş verməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-157/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-157/2025
16.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver