Məhkəmə qərarları › İş №2(030)-158/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-158/2025

30.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-158/2025 30.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Daşkəsən rayon Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilib torpağın ilkin vəziyyətə gətirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Daşkəsən rayon Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ində yerləşən 0,51 ha torpaq sahəsinə dair Daşkəsən rayonu Notariat ofisinin (kontorunun) vermiş olduğu 07 iyun 2023-cü il tarixli 2V-55 reyestr nömrəli vərəslik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilib torpağın ilkin vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh2 onun böyük bacısıdır. Mübahisələndirdiyi ünvan 2ində yerləşən 0,51 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi anasına məxsus olmuşdur. O, qardaş və bacısı həmin evdə doğulub, boya-başa çatmış ailə quranadək həmin evdə yaşamışlar. 1979-cu ildə ailə qurandan sonra Gəncə şəhərinə köçüb getmişdir. Ev və torpaq sahəsi əvvəl atasının, atası vəfat etdikdən sonra isə anasının adına qeydiyyata alınmışdır. Həmin evdə anası və qardaşı yaşamışlar. Sonra ev yanaraq yararsız hala düşmüşdür. Anası bir müddət Rusiyada yaşamış, deportasiya olunduqdan sonra isə Azərbaycana qayıtmış və cəmi iki il cavabdehin yanında qalmışdır. 2018-ci ildə anası vəfat etmiş, anasının yas mərasimi Minayənin evində olmuş, lakin dəfn xərcini qardaşı çəkmişdir. Anasının vəfatından sonra vərəsəliklə bağlı notariat ofisinə müraciət etməmişdir. Anasından miras qalmış əmlakı cavabdeh öz adına əsassız olaraq rəsmiləşdirmişdir. Hazırda o, cavabdehdən ev deyil, yalnız öz payına düşən torpaq sahəsini tələb edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən ev yandığı üçün yaşayış olmamışdır. Cavabdeh2 sadəcə torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 1998-ci ildə cavabdehin atası, 2018-ci ildə isə anası vəfat etmişdir. Cavabdehin anası bir müddət Rusiya Federasiyasında, ölənədək isə cavabdehin yanında yaşamışdır. İddiaçı 1979-cu ildə ailə qurduqdan sonra Gəncə şəhərinə köçüb getmiş, qeyd edilən torpaq sahəsindən istifadə etməmişdir. İddiaçı anasının vəfatından sonra da, miras əmlakı mübahisələndirməmiş, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişdir. İddiaçı mirasın qəbul edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini rədd olunmasını xahiş etdiyi üçün məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxx 1956-cı ildə ünvan 2ində doğulmuşdur. X1, anası X7r. Bu barədə ünvan 2 sovetində doğum haqqında akt qeydləri kitabında 29 oktyabr 1956-cı il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1960-cı ildə ünvan 2ində doğulmuşdur. X1, anası X7r. Bu barədə ünvan 2 sovetində doğum haqqında akt qeydləri kitabında 02 sentyabr 1960-cı il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əmirvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 aprel 2025-ci il tarixli 5-42-9/2-31/2025 nömrəli arayışından görünür ki, Cavabdeh2 mərhum anası X8 məxsus olmuş ünvan 2ində yerləşən 0,51 ha həyətyanı torpaq sahəsindən vəfat etdikdən hal-hazıradək istifadə etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnaməbib surətindən görünür ki, X10 25 sentyabr 2018-ci ildə ölmüşdür. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 25 sentyabr 2018-ci il tarixdə 1767 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Cavabdeh2 07 iyul 2023-cü il tarixli **********512 nömrəli ərizəsindən görünür ki, 25 sentyabr 2018-ci ildə vəfat etmiş anası X4 miras qalmış ünvan 2ində yerləşən 0,51 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş X2 07 iyul 2023-cü il tarixli **********512 nömrəli ərizəsindən görünür ki, anası X10 25 sentyabr 2018-ci ildə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan qanunla bütün əsaslar üzrə ona çatası payı bilərəkdən nə rəsmi, nə də faktiki qəbul etməmiş və etmək fikri yoxdur. Odur ki, gələcəkdə müddətin bərpası ilə bağlı məhkəmə qaydasında olmayacaq, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyi bildirmişdir. İşə əlavə olunmuş Cavabdeh1ndə təsdiq edilmiş 07 iyul 2023-cü il tarixli 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 sentyabr 2018-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak- ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 31 iyul 2018-ci il tarixdə X8 verilmiş **********00 reyestr nömrəli, **********2 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,51 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhrum X10 31 iyul 2018-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi məsələsi mirasla bağlı yaranan hüquq münasibətlərində mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də, vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona pay bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Miras qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərədə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya ənlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirir. İşin halları ilə müəyyən olunur ki, miras qoyan X5 31 iyul 2018-ci il tarixdə vəfatından sonra onun qızı Cavabdeh2 ünvan 2ində yerləşən 0,51 ha torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. Belə ki, həmin torpaq sahəsindən X5 vəfatından hal-hazıradək istifadə etmiş olması barədə sübut mövcuddur. İddiaçı eyni zamanda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş qaydada notariat kontoruna mirasın qəbulu ilə bağlı yazılı müraciət etmişdir. İddiaçı isə miras qalmış torpaq sahəsindən ibarət əmlakı nə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmiş, bununla da mirasdan pay almaq hüququna malik olmamışdır. Qeyd olunanlar onu da deməyə əsas verir ki, bir halda ki iddiaçı mirası qəbul etməmiş və mirasdan pay almaq hüququna malik olmamışdır, belə olan vəziyyətdə o, həmin torpaq sahəsi ilə bağlı olaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, həmçinin torpaq sahəsi üzərində qeydə alımış hüquqlar barədə çıxarışı mübahisələndirməkdə subyektiv hüquqa malik deyildir. Çünki, iddiaçı əmlak üzərində hüquqlara sahib olmadığından həmin əmlakla bağlı sənədlərin verilməsi onun hüquqlarının pozulmasına səbəb ola bilməzdi. Belə ki, öncə hüquq yaranmalı və mövcud olmalıdır ki, onun pozulması halı da baş vermiş olsun. Mövcud olmayan hüququn pozulmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: Öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin iddiaçının mübahisə predmetinə aid mənzilin təmirinə hər hansı məbləğdə xərc çəkmiş olması da sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3-cü maddəsinin tələbinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar