Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-164/2024 06.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz оğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası Daşkəsən Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 03 noyabr 2003-cü il tarixli 04 nömrəli reyestr nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mərhum X2 miras qalmış Daşkəsən rayonu Gədəmiş kəndində yerləşən 35,6 kv.metr yaşayış və 19,0 kv.metr örtülü eyvanı olan fərdi yaşayış evinin, “Torpağa mülkiyyət hüququna dair” JN- 0007 Serialı KOD 50608058 olan Dövlət Aktına əsasən mərhum X1 və X3 miras qalmış Daşkəsən rayonu Suqovuşan kəndində yerləşən 0,30 ha pay torpaq sahəsinin və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-004A Serialı KOD 50608058 olan Şəhadətnamə əsasən mərhum X3 miras qalmış Daşkəsən rayonu Suqovuşan kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi və miras əmlak üzərindən mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin müdafiə edib izahatında göstərmişdir ki, atası İddiaçı xx xxxxxx 1964-cü ildə Daşkəsən rayonu Gədəmiş kəndində anadan olmuşdur. X7 İddiaçı yaxın qohumu olmuşdur. Daşkəsən rayonu Gədəmiş kəndində mərhum X5 məxsus fərdi yaşayış evi olmuşdur. X4 övladı olmadığı üçün, Zərəngiz Abbasovaya İddiaçı baxmış, qulluğunda durmuş, xəstələndiyi zaman müalicə xərclərini çəkmişdir. Zərəngiz Abbasova ölən günə kimi iddiaçı ilə birlikdə yaşamışdır. Zərəngiz Abbasova 20 dekabr 2001-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zinzahal inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş, qonşuların iştirakı ilə yazılmaış vəsiyyatnamə ilə özünə məxsus evi, həyətyanı torpaq sahəsini və digər əmlaklarını iddiaçıya vəsiyyət etmişdir. X7 15 aprel 2017-ci ildə vəfat etmişdir. Zərəngiz Abbasovannı uşaqları olmadığı üçün heç kim miras əmlakla maraqlanmamışdır. İddiaçı miras əmlakı qoruyub saxlamış, əkib-becərmiş, faktiki olaraq sahiblik etmişdir. Cavabdedhlər Cavabdeh1 və Cavabdeh2 X4 qardaşı uşaqlarıdır. Cavabdehlər miras əmlakdan onlara düşən paydan iddiaçının xeyrinə imtinia etmişlər. İddiaçı miras əmlaka dair vərəsəlik hüququ əldə etmək üçün Daşkəsən rayon dövlət notariat ofisinə müraciət etməsinə baxmayaraq, qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyü üçün imtina edilmişdir. Qeyd olunan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır. Odur ki, iddiaçı yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəməm Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat ofisinin 24 avqust 2023-cü il tarixli 84 nömrəli məktubundan görünür ki, mərhumə X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras payı faktiki qəbul etmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbəti vərəsələri tələb olunur. İddiaçı müraciət araşdırılarkən birinci növbəli vərəsə olmadığı halda, növbəti vərəsə olmağına dair sübutlar olmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras pay faktikiu qəbul edilməmiş və miras payın qəbulu üçün tələb olunan altı ay müddət buraxılmışdır. Odur ki, miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat ofisinin 24 avqust 2023-cü il tarixli 84 nömrəli məktubundan görünür ki, mərhumə X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras payı faktiki qəbul etmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbəti vərəsələri tələb olunur. İddiaçı müraciət araşdırılarkən birinci növbəli vərəsə olmadığı halda, növbəti vərəsə olmağına dair sübutlar olmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras pay faktikiu qəbul edilməmiş və miras payın qəbulu üçün tələb olunan altı ay müddət buraxılmışdır. Odur ki, miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Göründüyü kimi, İddiaçı 24 avqust 2023-cü il tarixdə Daşkəsən rayon Notariat ofisinə müraciət etmiş, notarius tərəfindən İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən miras pay faktiki qəbul etmədiyi və miras payın qəbulu üçün tələb olunan altı ay müddət buraxıdığı üçün imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşə əlavə edilmiş ərizələrdən göründüyü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ərizəsi ilə notariat ofisinə müraciət edib mirasın qəbulundan imtina etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına və cavabdehlərin notariat ofisinə təqdim etdiyi ərizələrinə əsaslanaraq işə məhkəmədə baxılmalı olmaması barədə qənaətə gəlir və İddiaçı notariat orqanına müraciət etməli olmasını izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 261.0.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-164/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-164/2024
06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver