Məhkəmə qərarları › İş №2(030)-216/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-216/2025

22.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-216/2025 22.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əriəzçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 əmək qabiliyyətsiz əlil olduğunu və daimi kənar şəxsin köməyinə ehtiyacı olduğuna görə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qızı X5 02 yanvar 1978-ci il tarixdə Daşkəsən şəhərində doğulmuşdur. Kifayət İbrahimovaya ağır dərəcəli əqli gerilik lal-karlıq diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qızına 1 qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Hazırda qızı onun himayəsində yaşayır. O, qızına qulluq və qayğı göstərir. Qızı Kifayətə qəyyum təyin edilməsinə ehtiyac vardır. Qəyyumluq təyin edilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona bununla əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilən faktın məhkəmədən kənar qaydada təmin edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısınınm Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 yanvar 1978-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. Bu barədə Daşkəsən rayon Qabaqtəpə kənd sovetində doğum haqqında akt qeydləri kitabında 18 yanvar 1978-ci il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməısi barədə arayışdan görünür ki, 02 yanvar 1978-ci ildə doğulmuş X4 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu.İQ22. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, anadagəlmə lalkarlıq” diaqnozu qoylmuşdur. X4 birinci dərəcəli əllilik müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi X8 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 08 avqust 2025-ci il tarixli 527 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X2 “Lal-karlıqla müşayət olunan ağır dərəcəli əqli gerilik” F72. Xətəliyi aşkar olunur. Bunu anamnestik məlumatlar (orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, xəstəliyinə görə ona İ dərəcəli əlillik təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, lal-karlığı ilə əlaqədar onunla kontakt yaratmaq mümkün olmaması, verilən suallara heç bir reaksiya verməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibəti bəsləməməsi və sair) sübut edir. Yoxlanılan şəxs X5 hazırda lal-karlıqla müşayət olunan ağır dərəcəli əqli gerilik xətəliyindən əziyyət çəkir. Yoxlanılan şəxs X5 hazırda lal-karlıqla müşayət olunan ağır dərəcəli əqli gerilik xətəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini süurlu ifdarə etmək qabiliyyətində deyildir. Yoxlanılan şəxs X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edil ki, X5 02 yanvar 1978-ci il tarixdə Daşkəsən şəhərində doğulmuşdur. X9 ağır dərəcəli əqli gerilik lal-karlıq diaqnozu qoyulmuşdur. Azərbaycanm Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qızına 1 qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi X8 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 08 avqust 2025-ci il tarixli 527 saylı ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, 02 yanvar 1978-ci ildə doğulmuş X5 hazırda lal-karlıqla müşayət olunan ağır dərəcəli əqli gerilik xətəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini süurlu ifdarə etmək qabiliyyətində olmadığı üçün, X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı tələbi mülki qanunvericiliyinin tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə şərh olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını, o cümlədən işdə olan məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, 02 yanvar 1978-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə ((hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 02 yanvar 1978-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar