Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-24/2023 06.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X23, X11, X17 və X9 adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktının “X5” dair hissədə “X6” və “X12” dair hissədə “X13” məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X23 məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə prosessində iştirak edə bilməyəciyi, işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi etibarnamə üzrə nümayəndəsi X23 tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahatında göstərmişdir ki, Ərizəçi onun doğma qızıdır. Ərizəçi 10 fevral 1995-ci ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuşdur. X8, X2 olmuşdur. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 27 aprel 1998ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Əhmədli kəndi sakinləri X23, X11, X17 və X9 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Əhmədli kəndi ərazisindən 3,89 ha pay torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktı yazılmışdır. X1 19 may 2004-cü ildə vəfat etmişdir. Arvadının vəfatından sonra ondan miras qalmış pay torpaq sahəsinə vərəslik açılmışdır. X4 16 sentyabr 2015-ci ildə X10 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşam və ərinin soyadına uyğun olaraq “İbrahimova” soyadını götürmüşdür. Torpaq sahəsinə dair mülkiyyət hüququqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaq üçün 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdikdə, Ərizəçi adının “Aygül” əvəzinə “Aygün, arvadı Nazakət Qafarovanın adı “Nazakət” əvəzinə “Nəzakət” yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sənəddə yol verilmiş yanlışlıqların aradan qaldırılması məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün olmadığı üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinin nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma bacıdır. Ərizəçi 10 fevral 1995-ci ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuşdur. X8, X2 olmuşdur. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 27 aprel 1998ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Əhmədli kəndi sakinləri X23, X11, X17 və X9 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Əhmədli kəndi ərazisindən 3,89 ha hay torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktı yazılmışdır. X2 19 may 2004-cü ildə vəfat etmişdir. Anasının vəfatından sonra ondan miras qalmış pay torpaq sahəsinə vərəslik açılmışdır. Bacısı Ərizəçi 16 sentyabr 2015-ci ildə X10 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşam və ərinin soyadına uyğun olaraq “İbrahimova” soyadını götürmüşdür. Torpaq sahəsinə dair mülkiyyət hüququqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaq üçün 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdikdə, Ərizəçi adının “Aygül” əvəzinə “Aygün, anasının adının “Nazakət” əvəzinə “Nəzakət” yazıldığı müəyyən edilmişdir. O, təsdiq edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktında qeyd edilmiş “X11” “X14”, X19” “X15r”. Məhkəmə iclasında dindirilmiş şahid X10 şahid X17 ilə eyniməzmunlu ifadə verib qeyd olunan xüsusatları təsdiq etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 10 fevral 1995-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuşdur. X8, anası X7r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əmirvar inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 10 fevral 1995-ci il tarixdə qeydə aparılmışdır. İşə əlavə olunmuş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X18 arasında 16 sentyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1957 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. İşə əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-0039 Seriyalı KOD 50603018 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının 27 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Əhmədli kəndi sakinləri X23, X11, X17 və X9 ümumi paylı mülkiyyətinə Daşkəsən rayonu Əhmədli kəndi ərazisindən 3,89 ha hay torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 19 may 2004-cü ildə Daşkəsən şəhərində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 20 may 2004-cü il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 08 dekabr 2021-ci il tarixli **********58 nömrəli məktubundan görünür ki, X20 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədə uyğundur. Məhkəmə ərizəçnin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə baxışı zamanı ərizəçinin izahatı, şahid ifadələri, habelə işə əlavə olunmuş sənədlərlə müəyyən edildi ki, Ərizəçi 10 fevral 1995-ci ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuşdur. X8, X2 olmuşdur. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 27 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə Daşkəsən rayonu Əhmədli kəndi sakinləri X23, X11, X17 və X9 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Əhmədli kəndi ərazisindən 3,89 ha hay torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktı yazılmışdır. X14 19 may 2004-cü ildə vəfat etmişdir. Torpaq sahəsinə dair rəsmi qaydada olaraq Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə rəsmi müraciət etdikdə, qeyd edilən sənəddə Ərizəçi adının “Aygül” əvəzinə, səhvən “Aygün” yazıldığı müəyyən edilmiş, bu səbəbdən də müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktında Ərizəçi adının “Aygül” əvəzinə, səhvən “Aygün” kimi yanlış qeyd olunması ərizəçinin izahatı və şahidlərin ifadələri, habelə işə əlavə olunmuş sənədlərlə, o cümlədən doğum haqqında şəhadətnamə ilə birmənalı təsdiq olunmuşdur. Məhkəmə ərizənin X6 məxsus olma faktının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, onun anası X7r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 10 may 2004-cü ildə ölmüşdür. X3 ərizəçinin anası olması iş materialları ilə müəyyən olunmur. Odur ki, ərizəçinin sənədin X6 məxsus olması ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X23, X11, X17 və X9 adına qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0039 seriyalı KOD 50603018 olan Dövlət Aktının “X12” dair hissədə “X13” məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,307-309 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. X23, X11, X17 və X9 adına qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN- 0039 seriyalı KOD 50603018 olan Dövlət Aktının ““X12” dair hissədə “X13” məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-24/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-24/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver