Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-256/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 12 dekabr 2016-cı il tarixdə vəfat etmiş X4 01 iyul 1940-cı il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olması və 1900-cu il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuş X9 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, o, 07 iyul 1974-cü ildə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuşdur. X2, anası X14 olmuşdur. X2 anası X14 faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 5 övladı - 09 sentyabr 1968-ci ildə X12, 13 mart 1970-ci ildə X7, 11 oktyabr 1971-c ildə X13, 07 iyul 1974-cü ildə mən və 12 may 1979-cu ildə X16 anadan olmuşdur. Ata nənəsi 1900-cu il təvəllüdlü X17 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etmişdir. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışlar. X25 ilə anası Tamam İbrahimova aralarındakı nikahı 08 aprel 1992-ci ildə Daşkəsən VVAQ şöbəsində 03 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Ata babası X20 08 may 1994-cü ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Daşkəsən rayonu Quşçu kəndi ərazisindən X2nun adına 0,38 ha pay torpaq sahəsi ayrılmış və “Torpağa mülkiyyət hüququna dair” JN – 155 Seriyalı KOD 50600038 olan Dövlət Aktı yazılmışdır. Eyni zamanda, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Daşkəsən rayonu Quşçu kəndi ərazisindən X2nun adına 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 194F Seriyalı Şəhadətnamə yazılmışdır. X2 12 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra 0,38 ha pay torpaq sahəsi və 0,03 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Miras əmlakı anasının adına rəsmiləşdirmək istəsə də, atasının doğumu və ata nənəsi X9 ölüm haqqında şəhadətnamələri olmadığı üçün miras əmlakı rəsmiləşdir bilməmişlər. Atasının doğum və nənəsinin ölüm haqqında ilkin akt qeydləri Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində aparıldığı üçün məlum hadisələrlə əlaqədar olaraq qeyd edilən akt qedylərinin əldə edilməsi mümkün olmamışdır. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi isə qeyri-mümkündür. Odur ki, yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində göstərmişdir ki, X11 ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 5 övladı - 09 sentyabr 1968-ci ildə X12, 13 mart 1970-ci ildə X7, 11 oktyabr 1971-c ildə X13, 07 iyul 1974-cü ildə mən və 12 may 1979-cu ildə X16 anadan olmuşdur. Qayınanası 1900-cu il təvəllüdlü X17 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etmişdir.1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışlar. X1 08 may 1994-cü ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Daşkəsən rayonu Quşçu kəndi ərazisindən X3nun adına 0,38 ha pay torpaq sahəsi ayrılmış və “Torpağa mülkiyyət hüququna dair” JN – 155 Seriyalı KOD 50600038 olan Dövlət Aktı yazılmışdır. Eyni zamanda, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Daşkəsən rayonu Quşçu kəndi ərazisindən X3nun adına 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 194F Seriyalı Şəhadətnamə yazılmışdır. X3 12 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən həyətyanı və pay torpaq sahələrinə dair vərəsəlik açılmışdır. Vərəsəliklə bağlı aidiyyəti orqanlara müraciət edərkən X3nun doğumu, X9 ölüm haqqında şəhadətnamələri olmadığı üçün qeyd edilən miras əmlaklara dair hər hansı vərəsəlik hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Ərizəçi baldızıdır. X1 08 may 1994-cü ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. X9 tanımamış, lakin X9 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etməsini eşitmişdir. İşə əlavə edilmiş SSR pasportunun surətindən görünür ki, X17 1900-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadna olmuşdur. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 07 iyul 1974-cü ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. X2, anası X10r. Bu barədə Ermənistan SSR Krasnoselo rayonunun Cil kənd sovetində doğum haqqında akt qeydləri kitabında 07 iyul 1974-cü il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 1940-cı ildə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuş X11 ilə 02 aprel 1940-cı ildə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuş X14 arasında 08 aprel 1992-ci il tarixdə Daşkəsən rayon VVAQ şöbəsində 02 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 06 may 1994-cü ildə vəfat etmişdir. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi üzrə nümayəndəsliyində ölüm haqqında akt qeydləri kitabında 08 may 1994-cü il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 15 dekabr 2016-cı il tarixli 10 nömrəli Ölüm haqqında akt qeydinin təsdiq eidlmiş surətindən görünür ki, 01 iyul 1940-cı ildə Ermənistan SSR Krasnoselo rayonunda anadan olmuş X11 12 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi üzrə nümayəndəsliyində ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2016-cı il tarixli 10 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 12 dekabr 2016-cı ildə vəfat etmişdir. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi üzrə nümayəndəsliyində ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2016-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 16 mart 2023-cü il tarixli 3-16-5/8-69-125/2023 saylı məktubundan görünür ki, X17 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İşə əlavə edilmiş Maraqlı şəxs 30 mart 2023-cü il tarixli 3-16-5/8-İ-1-137/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13 və 14-cü bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərixə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi 07 iyul 1974-cü ildə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuşdur. X2, anası X14 olmuşdur. X11 ilə X14 faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 5 övladı - 09 sentyabr 1968-ci ildə X12, 13 mart 1970-ci ildə X7, 11 oktyabr 1971-c ildə X13, 07 iyul 1974-cü ildə ərizəçi və 12 may 1979-cu ildə X16 anadan olmuşdur. Ərizəçi ata nənəsi 1900-cu il təvəllüdlü X17 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etmişdir. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar Ərizəçi ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışlar. Ərizəçinin atası 01 iyul 1940-cı il təvəllüdlü X11 ilə anası 02 aprel 1940cı il təvəllüdlü X14 aralarındakı nikahı 08 aprel 1992-ci ildə Daşkəsən VVAQ şöbəsində 03 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Ərizəçinin ata babası X20 08 may 1994-cü il tarixdə, X2 12 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Nurəddin İbrahimovun vəfatından sonra Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,38 ha pay və 0,03 ha həyətyanı torpaq sahələrinə dair vərəsəlik açılmışdır. Ərizəçi atası Nurəddin İbrahimovdan miras qalmış əmlakı anasının adına rəsmiləşdirmək istəsə də, X2nun doğum və ata nənəsi X9 ölüm haqqında şəhadətnamələri olmadığı üçün miras əmlakı rəsmiləşdirməsi mümkün olmamışdır. X5 doğum və X9 ölüm haqqında ilkin akt qeydləri Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində aparıldığı üçün məlum hadisələrlə əlaqədar olaraq qeyd edilən akt qedylərinin əldə edilməsi mümkün olmamışdır. Ərizəçi doğum və ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə doğum və ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi atası 12 dekabr 2016-cı il tarixdə vəfat etmiş X4 01 iyul 1940-cı il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olması və nənəsi 1900-cu il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuş X9 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin Ərizəçi atası X4 doğumu və nənəsi X9 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 12 dekabr 2016-cı il tarixdə vəfat etmiş X4 01 iyul 1940-cı il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olması və nənəsi 1900-cu il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuş X9 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 12 dekabr 2016-cı il tarixdə vəfat etmiş X4 01 iyul 1940-cı il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olması və 1900-cu il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində anadan olmuş X9 04 yanvar 1988-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Cil kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-256/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-256/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver