Məhkəmə qərarları › İş №2(030)-259/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-259/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-259/2023 24.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X11, X16, X26, X17, X27 və X18 adına tərtib edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 mart 2021-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışın “X19” dair hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, o, 31 yanvar 1985-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuşdur. X8 ilə anası X5 faktiki nikah münasibətləri əsasında ailə qurmuş, faktiki münasibətlərindən dörd uşaqları anadan olmuşdur. Rəsmi nikah qeydiyyatları olmadığı üçün onun soyadı anasının soyadına uyğun olaraq “Bayramov” yazılmışdır. Daşkəsən rayonu Astaf kəndində X8nun, anası X4, bacıları X9, X10, X15 və qardaşı X18 paylı mülkiyyət hüququ ilə 0,7296 ha torpaq sahəsi hər birinin mülkiyyətinə 1/6 hissə ilə bölünmüşdür. Torpaq sahəsinin hər birinə 1/6 hissə ilə mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 mart 2021-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarış almışlar. Çıxarışda onun soyadı atasının soyadına uyğun olaraq “Orucov” yazılmışdır. Rəsmi sənəddə soyadında yol verilmiş yanlışlıq səbəbindən o, mülkiyyətçi kimi 1/6 hissə torpaq sahəsi üzərində sərbəst surətdə hüquqularını həyat keçirə bilmir. Bu səbəbdən də soyadında yanlışlığın düzəldilməsinə ehtiyac yaranmışdır. Odur ki, məhkəmədən 09 mart 2021-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olan “Dövlət Aktının” “X19” dair hissədə “Ərizəçi” məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 10 iyun 1964-ci ildə Xanlar rayonu Astaf kəndində anadan olmuşdur. X3, anası X12r. Bu barədə Daşkəsən rayon Qabaqtəpə kənd sovetində doğum haqqında akt qeydləri kitabında 03 iyul 1964-cü il tarixdə 73 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi 31 yanvar 1985-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuşdur. X1r. Bu barədə Daşkəsən rayon Qabaqtəpə kənd XDS-də doğum haqqında akt qeydləri kitabında 14 fevral 1985-ci il tarixdə 24 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Aqrar islahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 11 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, rayonun Qabaqtəpə kənd X39 Komissiyasının Dəvrallı, Tapan, Güneykənd kəndlərində püşkatma nəticəsi barədə 10 dekabr 1997-ci il tarixli 9 nömrəli və Astaf kəndində püşkatmanın nəticəsi barədə 15 dekabr 1997-ci il tarixli 10 nömrəli iclas protokolları olduğu kimi nəzərə alınaraq təsdiq edilmiş, rayon Torpaq şöbəsinə Dəvrallı, Tapan, Güneykənd və Astaf kəndlərində torpaq islahatı ilə əlaqədar olaraq keçirilmiş püşkatmanın nəticəsi barədə bütün sənədlərin Respublika Dövlət Torpaq Komitəsinə təqdim edilməsi tapşırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayonu Astsaf kənd yaşayış məntəqəsində yerləşən şəxsi həyətyanı təsərrüfatların sahəsi və sakinlərinin faktiki qeydiyyatı vəziyyəti barədə 15 dekabr 1997-ci il tarixli siyahıdan görünür ki, Daşkəsən rayonu Astaf kəndi ərazisindən X14, X4, X9, X15, X18 və X10 adına 0,07 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0007 serialı KOD 50609078 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 11 nömrəli qərarı ilə Daşkəsən rayonu Astaf kənd sakinləri X14, X4, X9, X15, X18 və X10 paylı mülkiyyətində 0,77 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 06 apreı 2010-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Astaf kəndində yerləşən 0,7296 ha torpaq sahəsinin 1/6 hissəsi X4, 1/6 hissəsi X9, 1/6 hissəsi X15, 1/6 hissəsi X10, 1-6 hissəsi X14 və 1/6 hissəsi X18 adına paylı mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən 27 iyun 2019-cu il tarixli, A 394911 nömrəli, **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Gəncə “ASAN xidməti mərkəzinin dövlət notariusunun 31 may 2019-cu il traixli 4Ə-1606 nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən 0,7296 ha torpaq sahəsi X14 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “3 saylı Gəncə Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli **********66 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatlarında X15 ata adında olan uyğunsuluğun araddan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3- 2.4-cü maddələrinin müddəalarına əsasən Daşınmaz əmlakın üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə ərizəçnin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Müki-Prоsеssuаl Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci mаddəsinə əsаsən məhkəmə fiziki вə hüquqi şəхslərin şəхsi вə yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, хitаm веrilməsinin аsılı оlduğu fаktlаrı müəyyən еdir. Mящкямя бахышы заманы ərizəçinin izahatı, şahid ifadələri, habelə işə əlavə olunmuş sənədlərlə мцяййян едилди ки, Ərizəçi 31 yanvar 1985-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuşdur. X8 ilə anası X5 olmuşdur. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 11 saylı qərarı ilə Daşkəsən rayonu Astaf kəndi sakinləri X27, X11, X16, X26, X29 və X13 0,07 ha torpaq sahəsi verilmiş və bu barədə Daşkəsən rayon Aqrar islahat Komissiyası tərəfindən Daşkəsən rayonu Astsaf kənd yaşayış məntəqəsində yerləşən şəxsi həyətyanı təsərrüfatların sahəsi və sakinlərinin faktiki qeydiyyatı vəziyyəti barədə 15 dekabr 1997-ci il tarixli siyahı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Astaf kəndində yerləşən 0,7296 ha torpaq sahəsinin 1/6 hissəsi X4, 1/6 hissəsi X9, 1/6 hissəsi X15, 1/6 hissəsi X10, 1-6 hissəsi X14 və 1/6 hissəsi X18 adına paylı mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ərizəçi soyadı 15 dekabr 1997-ci il tarixdə tərtib edilmiş siyahıda və 9 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışda “Bayramov” əvəzinə, səhvən “Orucov” yazılmışdır. Hazırda iddiaçı sənəddə yol verilmiş yanlışlığın aradan qaldırılmasını xahiş edir. Аzərbаycаn Rеspublikаsı 308-ci mаddəsinə əsаsən məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən еdə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq еdən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yахud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu mаddəsinə əsаsən ərizədə həmin fаktın müəyyən еdilməsinin ərizəçiyə nə üçün lаzım оlduğu, hаbеlə lаzımi sənədləri ərizəçinin аlа bilməməsini, yахud itən sənədlərin bərpаsının mümkünsüzlüyünü təsdiq еdən sübutlаr gюstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Daşkəsən rayon Aqrar islahat Komissiyası tərəfindən tərtib edilmiş 15 dekabr 1997-ci il tarixdə siyahıda və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışda Ərizəçi soyadı “Bayramov” əvəzinə, səhvən “Orucov” kimi yanlış qeyd olunması ərizəçinin izahatı, habelə işə əlavə olunmuş sənədlərlə, o cümlədən doğum haqqında şəhadətnamə ilə birmənalı təsdiq olunmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X14, X4, X9, X15, X18 və X10 adına qeydə alınmış ““Torpağa mülkiyyət hüququna dair” JN-0007 serialı KOD 50609078 olan Dövlət Aktının “X21” dair hissədə “Ərizəçi” məxsus olması faktı müəyyən edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,307-309 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X14, X4, X9, X15, X18 və X10 adına qeydə alınmış ““Torpağa mülkiyyət hüququna dair” JN-0007 serialı KOD 50609078 olan Dövlət Aktının “X21” dair hissədə “Ərizəçi`” məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar