Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-26/2023 18.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və vəkili X3 iştirakı ilə, İddiaçılar X10 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X11 və X12 qarşı vərəsə tanınma və mirasa pay müəyyən edilməsi, ümumilikdə mülkiyyətdə olan evdən payının müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar X23 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X11 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların X8 qanun üzrə vərəsəsi tanınmaları, ondan qalan və Daşkəsən rayonu Əmirvar kəndində 0,2320 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72,2 kv.m olan yaşayış evindən 5/6 paylarının və ümumi mülkiyyətdə olan 0,2320 ha torpaq sahəsindən 2/3 paylarının naturada ayrılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında iddiaçı X23 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, Daşkəsən rayonu Əmirvark kəndində yerləşən 0,2320 ha torpaq sahəsi 1/3 payla ona və uşaqları Cavabdeh və İddiaçı2 məxsusdur. Həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 72,2 kv.m olan yaşayış evi mülkiyyət hüququ ilə əri X13 məxsus olmuşdur. Əmirxan Bayramovla 20 avqust 1966-cı ildə rəsmi nikaha daxil olmuşlar. Daşkəsən rayonu Əmirvar kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə əri X8 adına qeydiyyata alınmışdır. Daşkəsən rayonu Əmirvar kəndində yerləşən fərdi yaşayış evi 1978-ci ildə tikilmiş, 1 mərtəbəli, 2 yaşayış otağı olmaqla, 72,2 kv.m ümumi sahədən, 54 kv.m yaşayış sahəsindən, 18,2 kv.m köməkçi sahədən, 27,6 kv.m yarımzirzəmidən və 6,8 kv.m açıq eyvandan ibarətdir. Tikilən gündən o, həmin evdə yaşamış, idarə etmiş, uşaqları həmin evdə doğulub boya-başa çatmışlar. X36 01 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. O, oğlu Cavabdeh və qızı İddiaçı2 qanun üzrə Əmirxan Bayramovun birinci növbəli vərəsələridirlər. Digər övladları X11 və X20 mirası qəbul etməmişlər. Son bir ildə oğlu Cavabdeh ona qarşı münasibətini dəyişdiyindən aralarında ixtilaflar yaranmış, cavabdeh onunla dalaşmış, bacısı Vüsaləni döymüş, məsələ polis orqanı tərəfindən araşdırılmışdır. Hazırda o, qızı Vüsalənin evində yaşayır. Odur ki, məhkəmədən mirasın qəbul edilməsi, payların müəyyən edilməsi və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X17 vəkili X14 iddiaçı X23 ilə eyniməzmunli iahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı2 üzürlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyi üçün, məhkəmə işə iddiaçının işrtiarkı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 anası, İddiaçı2 isə bacısıdır. Mübahisəli torpaq sahəsi 1/3 hissə ilə İddiaçı1 1/3 hissə ilə İddiaçı2 və 1/3 hissə ilə ona məxsusdur. Fərdi yaşayış evi isə X2na məxsus olmuşdur. O və anası İddiaçı1 qeyd edilən fərdi yaşayış evində yaşamışlar. İddia tələbi əsasız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər X11 və X20 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş “Evlənmə haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X21 ilə X25 arasında 20 avqust 1966-cı il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Əmirvar kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X22 22 may 1967-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuşdur. X2, anası X18r. Bu barədə Daşkəsən rayonu Əmirvar kənd sovetində doğum haqqında akt qeydləri kitabında 10 avqust 1967-ci il tarixdə 26 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X11 03 iyul 1970-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuşdur. X2, anası X18r. Bu barədə Daşkəsən rayonu Əmirvar kənd sovetində doğum haqqında akt qeydləri kitabında 03 iyul 1970-ci il tarixdə 23 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X15 05 avqust 1980-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuşdur. X2, anası X18r. Bu barədə Daşkəsən rayonu Əmirvar kənd sovetində doğum haqqında akt qeydləri kitabında 05 oktyabr 1980-ci il tarixdə 17 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X21 01 yanvar 1996-cı ildə Daşkəsən rayonu Əmirvar kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Qabaqtəpə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 02 yanvar 1996-cı ildə 01 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis mayoru X9 08 iyun 2021-ci il tarixli HK-1/291 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X10 və İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Əmrixan oğlu 30 may 2021-ci il tarixdə anası X19 döyərək fiziki ağrı yetirməklə və bacısı İddiaçı2 döyərək onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Daşkəsən RPŞ-nin X6 göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 13 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 0,23 ha torpaq sahəsinin 1/3 hissəsi İddiaçı2, 0,23 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh və 0,23 ha torpaq sahəsinin 1/3 hissəsi X10, 72,2 kv. tikili bütövlüklə X8 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən 18 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır Xüsusi qeydlər: DTXK-nin xx.xx.2022-ci il tarixli JN-179A saylı şəhadətnamə. 0,5596 ha torpaq sahəsi zəbtdir. TİK “C” 10,1 kv.m sanitar qovşağı, TİK “H” talvar 10,7 kv. icazəsizdir. X5 “A” – tik “H” bütövlüklə, X23, Cavabdeh, X15 0,2320 torpaq sahəsi ümumi birgə. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 12 may 2022-ci il tarixli, 16212 inventar nömrəli, **********61-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”unun surətindən görünür ki, Daşkəsən rayonu Əmirvar kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X8 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat Ofisinin 26 avqust 2022-ci il tarixli 94 saylı məktubundan görünür ki, mərhum X7 miras qalmış əmlaka vərəslik hüququ haqqında şəhadətnamə veirlməsi üçün miras payı faktiki qəbul etmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbəli vərəsələrin razılıq ərizələri tələb olunur. X10 müraciəti araşdırılarkən vərəsələr arasında bununla bağlı mübahisə mövcud olduğu müəyyən edilmişdir. odur ki, miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 11 yanvar 2023-cü il tarixli 3-21-3-33/2-243/2023 saylı məktubundan görünür ki, Daşkəsən rayonu Qazaxlı (indiki Əmirvar) kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli pasport X8 adına işlənmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 0,23 ha torpaq sahəsinə dair JN-179A, KOD 50613018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1, Cavabdeh və X4 adına işlənmişdir. Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 0,23 ha torpaq sahəsinə dair JN- 179A, KOD 50613018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Əmirvar inzibatiu ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 60 nömrəli arayışına əsasən X10 (0,23 ha torpaq sahəsinin 1/3 hissəsi), İddiaçı2 (0,23 ha torpaq sahəsinin 1/3 hissəssi), Cavabdeh (0,23 ha torpaq sahəsinin 1/3 hissəsi), X8 (72,2 kv.m tikili bütövlükdə) payları göstərilməklə adlarına xx.xx.2022-ci il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi 1978-ci ildə tikilmiş, 1 mərtəbəli 72,2 kv.m ümumi sahəsi, 54 kv.m yaşayış sahəsi, 18,2 kv.m köməkçi sahəsi, 27,6 kv.m yarımzirzəmi, 6,8 kv.m açıq eyvan, iki yaşayış otağından ibarətdir. Məhkəmə iddiaçıın və vəkilin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş sənədlər, habelə işin digər faktiki halları ilə müəyyən edildi ki, X21 ilə X25 aralarındakı nikahı 20 avqust 1966-cı il tarixdə Daşkəsən rayon Əmirvar kənd sovetində 07 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. X21 ilə X25 birgə nikah dövründə Daşkəsən rayon Əmirvar kəndində 1978-ci ildə, 1 mərtəbəli, 2 yaşayış otağı, 72,2 kv.m ümumi sahəsi, 54 kv.m yaşayış sahəsi, 18,2 kv.m köməkçi sahəsi, 27,6 kv.m yarımzirzəmi və 6,8 kv.m açıq eyvandan ibarət olan fərdi yaşayış evi inşa etdirmişlər. Birgə nikalarından X22, X11, X15 və Cavabdeh anadan olmuşdur. X21 01 yanvar 1996-cı ildə Daşkəsən rayonu Əmirvar kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 13 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 12 may 2022-ci il tarixli, 16212 inventar nömrəli, **********61-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”una əsasən Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 0,2320 ha torpaq sahəsinin 1/3 hissəsi İddiaçı2, 0,2320 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh və 0,2320 ha torpaq sahəsinin 1/3 hissəsi X10, 72,2 kv.metr tikili bütövlüklə X8 adına qeydiyyata alınmışdır. X8 vəfatından sonra birgə nikah dövründə əldə etdikləri Daşkəsən rayonu Əmirvar kəndində 0,2320 ha həyətyanı torpaq sahəsində yerləşən 72,2 kv.metr fərdi yaşayış evi miras qalmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, X21 ilə X25 aralarındakı nikahı 20 avqust 1966-cı il tarixdə nikaha daxil olduqlarından və X21 01 yanvar 1996-cı ildə öldüyündən həmin münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə nikahdövrdə əldə edilmiş əmlakla və vərəsəlik münasibətləri ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. 2000-ci il iyunun 1-dən qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin (1969-cu il redaksiyqasında) 23-cü maddəsinin birinci hissəsinə əsasən, ər-arvadın hər birinin nikah müddətində qazandığı əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən cavahiratdan və digər zinət şeylərindən başqa, fərdi istifadə şeyləri (paltar, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ər-arvaddan hansı birinin istifadəsində olmuşsa, onun şəxsi əmlakı sayılır. Ər-arvadın pul və ya digər maddi vəsait, habelə başqa cür əmlak şəklində aldığı şəxsi mükafatlar və digər həvəsləndirici mükafatlar (adlı saatlar, avtomaşınlar, ov silahı və s.) onların hər birinin ayrıca (şəxsi) əmlakı hesab edilir. İş üzrə göründüyü kimi, X21 ilə X25 aralarındakı nikahı 20 avqust 1966-cı il tarixdə Daşkəsən rayon Əmirvar kənd sovetində 07 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikah dövründə Daşkəsən rayonu Əmirvar kəndində 0,2320 ha həyətyanı torpaq sahəsində 1978-ci ildə 1 mərtəbəli, 2 yaşayıı otağı, ümumi sahəsi 72,2 kv.m, yaşayış sahəsi 54 kv.m, köməkçi sahəsi 18,2 kv.m, yarımzirzəmisi 27,6 kv.m və açıq eyvanı 6,8 kv.m olan fərdi yaşayış evi inşa etmişlər. Məhkəmə hesab edir ki, Daşkəsən rayonu Əmirvar kəndində 0,2320 ha həyətyanı torpaq sahəsində yerləşən 72,2 kv.metr fərdi yaşayış evi ər-arvadın birgə nikah dövründə inşa etdilmiş ümumi əmlak kimi fərdi yaşayış evinin ½ hissəsi X8, ½ hissəsi isə X10 ümumi birgə mülkiyyəti hesab olunur. İş üzrə müəyyən edilmişdir ki, X21 01 yanvar 1996-cı ildə Daşkəsən rayonu Əmirvar kəndində vəfat etmişdir. X8 vəfatından sonra Daşkəsən rayonu Əmirvar kəndində 72,2 kv.metr fərdi yaşayış evinin ½ hissəsinə vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin məcəllənin 529-cu maddəsinə əsaən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Odur ki, qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olaraq mirasın açıldığı vaxt 01 yanvar 1996-cı il, mirasın açılma yeri isə Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 72,2 kv. metr fərdi yaşayış evinin ½ hissəsi hesab olunur. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyanlardan heç biri tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilməmişdir. Odur ki, mülki mübahisənin həllində qanun üzrə vərəsliyi nizamlayan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan X8 birinci növbədə vərəsələri X23, X22, X11, X15 və Cavabdehdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. İşin faktiki hallarından göründüyü kimi, miras qoyanın vərəsələrindən heç kim mirasın açıldığı vaxtdan üç ay ərzində mirası qəbul etməsi barədə ərizə ilə ərazi üzrə notariat kontoruna müraciət etməmişdir. Bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Ona görə də mubahisənin həlli üçün mirası faktiki qəbul edən şəxslərin dairəsi müəyyən edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, miras qoyanın sağlığında onun birinci növbədə vərəsələri X22 və X11 ailə quraraq başqa yaşayış yerinə köçmüş, ayrıca evə və təsərrüfata malik olmaqla miras qoyandan ayrılmışlar. Birinci növbə vərəsələrdən X23, X15 və Cavabdeh miras qoyanla ümumi təsərrüfat aparmış, miras qoyanın vəfatından sonra da miras əmlakı qoruyub saxlamış, ona sahiblik etməklə idarə etmişdir. Bununla da, X23, X15 və Cavabdeh mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, X7 miras qalmış Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 72,2 kv. metr fərdi yaşayış evinin ½ hissəsi miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsələr X23, X15 və Cavabdeh tərəfindən qəbul edilməsi müəyyən olunmalı və həmin fərdi yaşayış evi üzərində X23, X15 və Cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınmalıdır. X7 miras qalmış Daşkəsən rayonu Əmirvar kəndində yerləşən 72,2 kv. metr fərdi yaşayış evinin ½ hissəsi vərəslər arasında bərabər paylara bölünməli, həmin evin 5/6 hissəsində X10, 1/6 hissəsində X4 və 1/6 hissəsində Cavabdeh payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, şərh olunanlara, habelə yuxarıda qeyd olunan maddi hüququ normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 13 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa uyğun olaraq Daşkəsən ryonu Əmirvar kəndində 0,2320 ha həyətyanı torpaq sahəsində yerləşən, mərhum X7 miras qalmış 72,2 kv.m fərdi yaşayış evinin ½ hissəsi üzərində qanun üzrə birinci növbə vərəsələr 5/6 hissəsi üzərində İddiaçı1, 1/6 hissəsi üzərində İddiaçı2 Əmrixan qızının və 1/6 hissəsi üzərində Cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilməli və İddiaçı1 Daşkəsən rayonu Əmirvar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarsənin 13 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa uyğun olaraq Daşkəsən ryonu Əmirvar kəndində 0,2320 ha həyətyanı torpaq sahəsində yerləşən, mərhum X7 miras qalmış 72,2 kv.m fərdi yaşayış evinin ½ hissəsi üzərində qanun üzrə birinci növbə vərəsələr İddiaçı1 payı 5/6 hissə, İddiaçı2 Əmrixan qızının payı 1/6 hissə və Cavabdeh payı 1/6 hissə müəyyən edilsin və İddiaçı1 Daşkəsən rayonu Əmirvar kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-26/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-26/2023
18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver