Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-27/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elburus oğlu, Cavabdeh3 Elburus qızı, X8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı miras əmlakın faktiki qəbul olunması, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elburus oğlu, Cavabdeh3 Elburus qızı, X8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 1999-cu il tarixdə vəfat etmiş X4 adına olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0,36 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsində yerləşən 42.8 kv.m-dən ibarət olan fərdi yaşayış evi, eyni saylı qərarı ilə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun tərəfindən miras əmlakın faktiki qəbulu, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X5 Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,36 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-441A Seriyalı KOD 50605028 olan Şəhadətnamə yazılmışdır. Eyni zamanda, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X5 Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-441A Seriyalı KOD 50605028 olan Şəhadətnamə yazılmışdır. Həmçinin Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X5 Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,20 ha pay torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-242 Seriyalı KOD 50605028 olan Dövlət Aktı yazılmışdır. 0,36 ha həyətyanı torpaq sahəsində 42,8 kv.metr ölçüdə fərdi yaşayış evi inşa edilmişdir. X1 14 avqust 1983-cu ildə vəfat etmişdir. Anasının vəfatından sonra atasına qulluq etmişdir. X2 01 dekabr 1999-cu ildə vəfat etmişdir. Ata və anasının dəfn olunması və dəfnlə bağlı bütün xərcləri ödəmişdir. Onların vəfatından sonra mirası faktiki olaraq qəbul etmişdir. X3 25 fevral 2015-ci ildə, bacısı X10 isə 26 noyabr 2012-ci ildə vəfat etmişdir. Miras əmlakla bağlı aralarında mübahisəı yarandığı üçün məhkəməyə müraciət etmək mcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elburus oğlu, Cavabdeh3 Elburus qızı, X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 qeydiyyat ünvanı Gəncə şəhəri Mehdi Hüseyn küçəsi 12, Cavabdeh2 Elburus oğlu və Cavabdeh3 Elburus qızının qeydiyyat ünvanları Gəncə şəhəri Səfəvilər küçəsi 2-ci döngə ev 17, X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qeydiyyat ünvanları ünvan 3ə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 37-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.7-ci maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-cı maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Odur ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarına habelə, işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 qeydiyyat ünvanı Gəncə şəhəri Mehdi Hüseyn küçəsi 12, Cavabdeh2 Elburus oğlu və Cavabdeh3 Elburus qızının qeydiyyat ünvanları Gəncə şəhəri Səfəvilər küçəsi 2-ci döngə ev 17, X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qeydiyyat ünvanları ünvan 4zrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 31, 35, 36, 44, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elburus oğlu, Cavabdeh3 Elburus qızı, X8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı miras əmlakın faktiki qəbul olunması, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-27/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-27/2024
09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver