Məhkəmə qərarları › İş №2(030)-290/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-290/2024

06.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-290/2024 06.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsinin Cavabdeh qarşı Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı X2 1.5 ha torpaq sahəsinin icarəyə verilməsi, həmçinin Aydın Həsənova 0.20 ha torpaq sahəsinin satılması barədə qərarların ləğv edilməsi, həmin torpuq sahəsi ilə bağlı X1 Pervaz Aydın oğlu ilə "Azersell” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı X2 1.5 ha torpaq sahəsinin icarəyə verilməsi, həmçinin Aydın Həsənova 0.20 ha torpaq sahəsinin satılması barədə qərarların ləğv edilməsi, həmin torpuq sahəsi ilə bağlı X1 Pervaz Aydın oğlu ilə "Azersell” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 3-cü maddəsinə əsasən, bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Ona görə də, iddiaçı özünün tərəfindən qəbul etdiyi qanunsuz inzibati aktı ləğv etmək səlahiyyəti olduğundan və tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsinin Cavabdeh qarşı Daşkəsən rayonu Çanaqçı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı X2 1.5 ha torpaq sahəsinin icarəyə verilməsi, həmçinin Aydın Həsənova 0.20 ha torpaq sahəsinin satılması barədə qərarların ləğv edilməsi, həmin torpuq sahəsi ilə bağlı X1 Pervaz Aydın oğlu ilə "Azersell” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar