Məhkəmə qərarları › İş №2(030)-30/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-30/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-30/2023 25.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Məhəmməd oğlunun, X6, X1, X2, X4 və X3 adına tərtib edilmiş “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamənin “Ərizəçi Məhəmməd oğluna” dair hissədə “Ərizəçi” və “X11” dair hissədə “X12” məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahatında göstərmişdir ki, o, 01 iyul 1955-ci ildə Daşkəsən rayonu Təzəkənd kəndində anadan olmuşdur. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 25 saylı qərarı ilə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbə sakinləri Ərizəçi Məhəmməd oğlunun, X6, X1, X2, X4 və X3 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamə yazılmışdır. Şəhdətnamədə onun ata adı “Məmməd” əvəzinə, səhvən “Məhəmməd”, X7 ata adı isə “Ədil” əvəzinə, səhvən “Adil” yazılmışdır. Ata adlarında yol verilmiş yanlışlığın düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmiş, lakin səhv yazılmış ata adında düzəliş edilməsinin 3 saylı Gəncə ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirimiş və ona aidiyyəti üzrə məhkəməyə mürcaiət etməsi izah edilmişdir. Şəhadətnamə yol verilmiş yanlışlıq səbəbindən o, bir sıra hüquqlarını həyata keçirə bilmir. Sənəddə yol verilmiş yanlışlıqların aradan qaldırılması məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün olmadığı üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinin nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş “Nigahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X14 arasında 26 aprel 1979-cu il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Qabaqtəpə kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşə əlavə olunmuşAZE Seriyalı 03189631 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyul 1955-ci il təvəllüdlü Məmmədov X10 rayonu Yuxarı Daşkəsən qəsəbəsi M.Hüseynzadə küçəsi 5 ünvanında qeydiyyatadır. İşə əlavə olunmuş “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 25 saylı qərarı ilə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbə sakinləri Ərizəçi Məhəmməd oğlunun, X6, X1, X2, X4 və X3 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 04 fevral 2014-cü ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Yuxarı Daşkəsən inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 11 iyul 2014-cü il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X16 18 aprel 2016-cı ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21 aprel 2016-cı il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17 avqust 2022-ci il tarixli **********31 nömrəli bildirişdən görünür ki, Ərizəçi “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D nömrəli Şəhadətnamədə hüquq sahiblərinin adlarında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin fərqli olduğu və digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşdüyü aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 dekabr 2022-ci il tarixli **********05 nömrəli məktubdan görünür ki, 3 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 25 saylı qərarına əsasən, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair JN-271D KOD 50600018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Ərizəçi Məhəmməd oğlu, X17, X8, X9, X15 və X5 adına işlənmişdir. Lakin bu torpaq sahəsinə dair çıxarış verilməmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-271D, KOD 50600018 saylı şəhadətnamənin ləğv edilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. Məhkəmə ərizəçnin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə baxışı zamanı ərizəçinin izahatı, habelə işə əlavə olunmuş sənədlərlə müəyyən edildi ki, Ərizəçi 01 iyul 1955-ci ildə Daşkəsən rayonu Təzəkənd kəndində anadan olmuşdur. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 25 saylı qərarı ilə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbə sakinləri Ərizəçi Məhəmməd oğlunun, X6, X1, X2, X4 və X3 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamə yazılmışdır. Şəhdətnamədə Ərizəçi ata adı “Məmməd” əvəzinə, səhvən “Məhəmməd”, X7 ata adı isə “Ədil” əvəzinə, səhvən “Adil” yazılmışdır. Sənəddə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin səhv yazılmış ata adında düzəliş edilməsinin 3 saylı Gəncə ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş, bu səbəbdən də müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamədə Ərizəçi Məhəmməd oğlunun ata adının “Məmməd” əvəzinə, səhvən “Məhəmməd”, X7 ata adının “Ədil” əvəzinə, səhvən “Adil” kimi yanlış qeyd olunması ərizəçinin izahatı, habelə işə əlavə olunmuş sənədlərlə, o cümlədən nikah haqqında və ölüm haqqında şəhadətnamə ilə birmənalı təsdiq olunmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Qurban qızının, X2, X4 və X3 adına tərtib edilmiş “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamənin “Ərizəçi Məhəmməd oğluna” dair hissədə “Ərizəçi” və “X11” dair hissədə “X12” məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,307-309 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Məhəmməd oğlunun, X6, X1, X2, X4 və X3 adına tərtib edilmiş “Torpağa mülkiyyətə verilməsinə dair” JN-271D seriyalı KOD 50600018 olan Şəhadətnamənin “Ərizəçi Məhəmməd oğluna” dair hissədə “Ərizəçi” və “X11” dair hissədə “X12” məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar