Məhkəmə qərarları › İş №2(030)-317/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-317/2023

19.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-317/2023 19.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vərəsəliyin və mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, X1 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kənində yerləşən kənd təsərrüfatı təyinatlı 0,0656 ha və 0,5156 ha torpaq sahələrinə dair vərəsəliyin və mirasın onun tərəfindən qəbul edilməsinin, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsində Cavabdeh qeydiyyat ünvanı ünvan 1M-nin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda İddiaçı iddiasına baxılması Daşkəsən Rayon Məhkəməsinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yeri üzrə Göygöl Rayon Məhkəməsinə müraciət etməli olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı vərəsəliyin və mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, həmin tələblə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Göygöl Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar