Məhkəmə qərarları › İş №2(030)-325/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-325/2024

11.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-325/2024 11.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 və etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı 08 oktyabr 2023-cü il tarixdə bağlanmış 4Ə-620 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onunla cavabdeh arasında bağlanmış 08 oktyabr 2023-cü il tarixli 4Ə-620 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsini satmaq niyyəti olmamışdır. Müqavilə formal olaraq bağlanmışdır. Başqa əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 2023-cü ildə özünə məxsus olan tikilini satmaq istəmişdir. Cavabdeh obyektə baxdıqdan sonra bəyəndiyini və almaq istədiyini bildirmişdir. Lakin obyektə dair hüquq müəyyənedici sənədlər, o cümlədən çıxarış olmadığı üçün alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Həmin sənədləri rəsmiləşdirmək üçün imkanın olmadığını, bunun üçün ona pul lazım olduğunu bildirərək cavabdehdən əvvəlcədən ona pul verməsini xahiş etmişdir. Cavabdeh də buna razı olmuş, lakin pulun müqabilində daşınmaz əmlakın girov qoyulmasını tələb etmişdir. Bundan sonra cavabdeh ona 15000 manatın əvəzinə “Subari” markalı minik avtomobilini, 15000 manat, sonra isə 4500 manat məbləğində pul vəsaiti vermişdir. Cəmi olaraq ona 28 minə yaxın pul və vəsait vermişdir. Cavabdeh pulu verdikdən sonra iddiaçı ilə cavabdeh arasında 08 oktyabr 2022ci il tarixdə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdilmiş fərdi yaşayış evinə dair müqavilə bağlamışdır. Müqavilənin adı alqı-satqı olsa da, onlar həmin müqaviləni girov müqaviləsi kimi bağlamışlar. Bu müqavilə bağlandıqdan sonra, cavabdeh torpaq sahəsi və evi qaytarcağına dair öhdəlik götürmüşdür. Obyektə dair sənədləri rəsmiləşdirmək üçün təxminən 8-9 ay müddət keçmişdir. Sənədin hazır olmasına 1 ay müddət qalmış cavabdehin yaxın dostu ona zəng edərək cavabdehin ona məxsus torpaq sahəsi və fərdi yaşayış evini satdığını bildirmişdir. O, qeyd edilən əraziyə gəlmiş və həqiqətən mülkün satıldığını görmüşdür. Qeyd edilən mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, onun torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini satmaq niyyəti olmamışdır. Müqavilənin məzmununu bilməmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Gəncə şəhəri 6 saylı notariat ofisində tərəflər arasında 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı şəxsən özü müqaviləni imza etmiş və müqavilənin 15-ci bəndinə yazılanlarla razı olduğunu bildirmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, iddiaçı müqavilənin şərtlərini dərk edərək öz iradəsi ilə qəbul etmişdir. Nümayəndə cavabdehin ona məxsus obyekti satın alacağı üçün torpaq sahəsi və fərdi yaşayış evinə dair girov müqaviləsi bağlandığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Alqı-satqı müqaviləsi tam qanuna müvafiq qaydada bağlanmışdır. Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu X8 məktub ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, İddiaçı taıyır. Cavabdeh tanımır. 2021-ci ildə özünə məxsus 0,06 ha torpaq sahəsini 22000 manata Ceyran Xankişiyavaya satmışdır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Alqı-satqıdan sonra İddiaçı qeyd edilən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda qeyd edilən evdə başqa şəxs yaşayır. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır, onunla qonşudurlar. Cavabdeh tanımır. İddiaçı onun evinin qarşısında yerləşən torpaq sahəsini satın almışdır. Torpaq sahəsində Ceyran xanım tərəfindən tikinti işləri aparılmışdır. Alqı-satqıdan xəbəri yoxdur. Hazırda həmin torpaq sahəsndə kimi yaşadığını bilmir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh tanımır. O, X3 tanıyır. Bir neçə il bundan əvvəl Fərhad müəllim torpaq sahəsi aldığını bildirmişdir. Fərhad müəllim evin bünövrəsini onun iştirakı ilə tökmüşdür. Fərdi yaşayış evi onun gözü önündə inşa edilmişdir. Ev iki mərtəbəli inşa edilmiş, yalnız dam örtüyü qalmışdır. Hazırda evi kimin aldığını bilmir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(030)- 109/2024 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh X4 və üçüncü şəxs Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X5 qarşı 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satı müqaviləsinin ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, ləğv etmə və etibarsızlıq fərqli anlayışlar olduğundan hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 13 noyabr 2021-ci il tarixli A 661196 nömrəli, **********48 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Göygöl rayon Qızılqaya qəsəbəsi ərazisində 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-620 reyestr nömrəli, 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ƏMDK-nin yanında Gəncə Ərazi İdarəsi tərəfindən 13 noyabr 2021-ci il tarixdə İddiaçı adına verilmiş, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Müqavilənini 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir. Müqavilənin 15-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədənicranı gecikdirdikdə o, bununlka bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdari əmlakın ümumi məbləğinin 6 qatı müqabilində müəyyən edilmişdir. Məhkəmə iddiaçını və tərəflərin nümayəndələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İşin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-620 reyestr nömrəli, 08 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı tam mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən, kənd təsərrüatı təyinatlı 0,06 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Məhkəmə qeyd edir ki, arzu olunan hüquqi nəticəni əmələ gətirmək xüsusiyyəti olmayan və ya belə bir nəticəni yaratmaq qabilyyətindən məhrum olan əqd etibarsız sayıla bilər. İddiaçı iradə ifadəsini açıq şəkildə ifadə edərək mübahisəli torpaq sahəsini qanuna müvafiq qaydada cavabdehə satmış və həmin torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ yaranmışdır. Bununla da əqd üzrə öhdəliklər hər iki tərəfə münasibətdə tam icra olunmuş və hüquqi nəticə yaranmışdır. İddiaçı iradə ifadəsinin torpaq sahəsinin satılmasına deyil, satılma ilə bağlı olmayan başqa bir əqdin bağlanmasına yönəlmiş olmasını müəyyən edən və əqdin etibarsız hesab olunmasına əsas verən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-ci maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-ci maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 347.1-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.[355] 354.2 -ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilə “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar