Məhkəmə qərarları › İş №2(030)-334/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-334/2024

19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-334/2024 19.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras mülkə vərəsəliyin müəyyən edilməsi, miras mülkdən payın müəyyən edilərək mülkiyyət hüququ verilməsi, mülkün natura ilə bölünməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu S.Vurğun, ev 6 a, mənzil 6 saylı mülkün mərhum X1 mülkiyyətində olan miras ½ hissəsinə İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh vərəsəsi tanınmalarına, həmin hissənin ½ hissəsinə İddiaçı2, ½ hissəsinə İddiaçı1, ½ hissəsinə İddiaçı3 və ½ hissəsinə Cavabdeh mülkiyyətçi tanınmasına və natura ilə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsi 1 nüsxə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinə onun cavabdehlərin və üçüncü şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Eyni zamanda, iddia ərizəsində iddiaçıların imzası yoxdur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iş üzrə göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum X1 vərəsəsi hesab edilərək vərəslik haqqında şəhadətnamə verilməsi üçün rəsmi qaydada Notariat Ofisinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 152.1.6- ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras mülkə vərəsəliyin müəyyən edilməsi, miras mülkdən payın müəyyən edilərək mülkiyyət hüququ verilməsi, mülkün natura ilə bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar