Məhkəmə qərarları › İş №2(030)-339/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-339/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-339/2024 30.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X37 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 doğum və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X13 ərizə ilə məhkəməyə müraciət edib, babası X14 15 noyabr 1906-cı il tarixdə Daşkəsən rayonu Almalı kəndində anadan olması və 09 iyul 1974-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X13 ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, X8, X4 olmuşdur. X4 25 yanvar 1947-ci ildə Xanlar rayonunun Çıraxlı kəndində anadan olmuş, X7, anası X17 olmuşdur. X6 15 noyabr 1906-cı ildə Daşkəsən rayonu Almalı kəndində anadan olmuş və 09 iyun 1974-cü il tarixdə həmin kəndə, X4 isə yol-nəqliyyat hadisəsində aldığı xəsarətdən 22 oktyabr 2016-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Sığorta şirkəti tərəfindən anasının vərəsələrinə, yəni ona pul ödənilməlidiir. Bunun üçün ondan mərhum anasının atası X14 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. X27 doğumu və ölümü haqqında ilkin akt qeydləri aparılmadığı üçün qeyd edilən akt qedydinin əldə edilməsi mümkün olmamışdır. Akt qeydinin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibb şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi isə qeyri-mümkündür. Odur ki, yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxx 1939-cu ildə Daşkəsən rayonu Kollu kəndində doğulmuşdur. Hazırda həmin kənddə yaşayır. Kollu kəndi ilə Almalı kəndi qonşu kəndlərdir. X5 ana babası X3 rayonu Almalı kəndində yaşamışdır. Rza Abdullayev 1974-cü ildə vəfat etmişdir. O, Rza Abdullayevin dəfnində iştirak etmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, X18 tanımışdır. X28 rayonu Almalı kənidnə yaşamışdır. Gülnaz X1 Abdullayevin isə nəvəsidir. Rza Abdullayev 1974-cü ildə vəfat etmişdir. O, Rza Abdullayevin dəfnində iştirak etmişdir. Rza Abdullayevi onun əmisi dəfn etmişdir. Lakin maddi imkansızlıqdan qəbir üstü götürlməmişdir. Qəbrin üzərinə baş daş qoyulmuşdur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 25 yanvar 1947-ci ildə Xanlar rayonunun Çıraxlı kəndində anadan olmuşdur. X7, anası X11r. Bu barədə Xanlar rayonu Tülallar kənd sovetində doğum haqqında akt qeydləri kitabında 25 yanvar 1947-ci il tarixdə 35 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X8, X4dır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 12 iyun 1968-ci il tarixdə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 22 oktyabr 2016-ci ildə vəfat etmişdir. Bu barədə Gəncə “ASAN xidmət” mrkəzi qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 26 oktyabr 2016-cı il tarixdə 1759 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 17 noyabr 2023-cü il tarixli 3-16-5/8-69-428/2023 saylı məktubundan görünür ki, X22 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, ərizəçi X13 xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X8, X4 olmuşdur. Ərizəçinin X4 25 yanvar 1947-ci ildə Xanlar rayonunun Çıraxlı kəndində anadan olmuş, X7, anası X17 olmuşdur. X24 09 iyun 1974-cü il tarixdə, X16 isə 22 oktyabr 2016-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Ərizəçinin anasının vəfatında sonra sığorta şirkəti tərəfindən mərhumun vərəsəsinə sığorta ödənişi ödənilməmiş, ərizəçidən mərhum anası Dilbər Abdullayevanın atası X19 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Ərizəçi Gülnaz Abdulayeva babası Rza Abdulayevin adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də X13 babası Rza Abdulayevin 15 noyabr 1906-cı il tarixdə Daşkəsən rayonu Almalı kəndində anadan olması və 09 iyul 1974cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə X14 15 noyabr 1906-cı il tarixdə Daşkəsən rayonu Almalı kəndində anadan olması faktının müəyyən edilməsinə münasibət olaraq qeyd edir ki, ərizənin şəxsin vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədin əldə edilməsi ilə bağlı olduğundan ölümlə bağlı sənədin verilməsi ərizəçinin maraqlarına uyğundur. Bundan başqa, işə əlavə edilmiş keçmiş Xanlar rayonu Tülallar kənd sovetində doğum haqqında akt qeydləri kitabında 25 yanvar 1947-ci il tarixdə 35 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə ilə X15 X10 atası olduğu təsdiq edilmişdir. Şəxsin doğulduğu ayı, günü və yeri konkret olaraq müəyyən etmək mümkün olmasa da, bu sənəd onu deməyə əsas verir ki, X22 1947-ci ildə atalıq hüququna malik olmaqla yaşına çatmış şəxs olmuşdur. Bu fakt onun 1906-cı ildə doğulmuş olmasına kifayət qədər əsas verir. iş üçün əhəmiyyətli deyildir. Çünki, həmin tarixdə və yaxud müəyyən edilməsinə dair məhkəməyə bu halı təsdiqləyən hər hansı sübut təqdim etmədiyindən, ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçi X5 babası X14 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, X14 09 iyul 1974-cü il tarixdə Daşkəsən rayonu Almalı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. X14 1906-cı ildə doğulması və 09 iyul 1974-cü il tarixdə Daşkəsən rayonu Almalı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar