Məhkəmə qərarları › İş №2(030)-34/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-34/2025

23.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-34/2025 23.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olamayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əriəzçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2006-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu 01 yanvar 2006-cı il təvəllüdlü X5 anadangəlmə ruhi xəstə olmaqla ona əvvəllər müavinət, sonra isə 1-ci qrup əlillik dərəcəsi təyin edimişdir. Oğluna "qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. İQ-22%. Koqnitiv funksiyaların (anlama, qavrama, yaddaş) pozulması. Kvadroplegik spastik serebral iflic. Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Oğlu öz hərəkətlərini idarə edə və mənasını dərk edə bilmir. Ümumiyyətlə hərəkət etmə qabiliyyətindən məhrumdur. Arvadı vəfat etmişdir. Hazırda oğlu onun himayəsində yaşayır. O, oğluna qulluq və qayğı göstərir. Oğlu Elgünə qəyyum təyin edilməsinə ehtiyac vardır. Qəyyumluq təyin edilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə mürcaiət etsə də, ona bununla əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilən faktın məhkəmədən kənar qaydada təmin edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısınınm Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 01 yanvar 2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X1r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 06 may 2009-cu il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməısi barədə arayışdan görünür ki, 01 yanvar 2006-cı ildə doğulmuş X3 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik. İQ-22%. Koqnitiv funksiyaların (anlama, qavrama, yaddaş) pozulması. Kvadroplegik spstik serebral iflic. Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlaməti” diaqnozu qoylmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 X4 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 21 noyabr 2024-cü il tarixli 800 saylı ekspert rəyindən görünür ki, 01 yanvar 2006-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu buraxılış) F71.1 xəstəliyindən əziyyət çəkir. X5 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu buraxılış) F71.1 xəstəliyi keçirilməsi səbəbindən o, hal-hazırda da öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edil ki, 01 yanvar 2006-cı il təvəllüdlü X5 anadangəlmə ruhi xəstə olmaqla ona əvvəllər müavinət, sonra isə 1-ci qrup əlillik dərəcəsi təyin edimiş, ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik. İQ-22%. Koqnitiv funksiyaların (anlama, qavrama, yaddaş) pozulması. Kvadroplegik spastik serebral iflic. Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 X4 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 21 noyabr 2024-cü il tarixli 800 saylı ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, 01 yanvar 2006-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu buraxılış) F71.1 xəstəliyindən əziyyət çəkir. X5 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu buraxılış) F71.1 xəstəliyi keçirilməsi səbəbindən o, hal-hazırda da öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı tələbi mülki qanunvericiliyinin tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə şərh olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını, o cümlədən işdə olan məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, 01 yanvar 2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 yanvar 2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar