Məhkəmə qərarları › İş №2(030)-349/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-349/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-349/2025 10.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X22 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X10 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X5 dair hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraiət edərək ərizəçi qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Ərizəçi X3 razılığı ilə Ərizəçi ilə əvəz olunmuşdur. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxxxxx 1995-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X2, anası X6r. Valideynlərinin birgə nikahından iki övladları o və bacısı X11 doğulmuşdur. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X13, X10, X11 və X4 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,37 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN 457 A seriyalı KOD 50605028 olan şəhadətnamə yazılmışdır. X1 vəfatından sonra qeyd edilən torpaq sahəsinə vərəsəlik açılmışdır. Torpaq sahəsinə dair çıxarış almaq üçün 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 457 A seriyalı KOD 50605028 olan şəhadətnamədə Ərizəçi əvəzinə, səhvən X12 yazılmışdır. Bu səbəbdən də, hüquq müəyyənedici sənəd verilməkdən imtina edilmişdir. Qeyd edilən yanlışlığın məhkəmədən kənar qaydada həlli mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində göstərmişdir ki, Ərizəçi və X10 ilə qonşudurlar. X13 ilə X3 birgə nikahından Etibar və Nuranə adlı iki uşağı doğulmuşdur. X9 adında uşağı olmamışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X14 ifaədisndə göstərmişdir ki, Ərizəçi xalası oğlu, X10 isə xalasıdır. Zəminə Abdullayevanın birgə nikahından Nuranə və Etibar adlı iki uşağı doğulmuşdur. Xalasının Turanə adında uşağı olmamışdır. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-457A KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X13, X10, X11 və X4 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,37 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1306 aprel 2024-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində ölmüşdür. Bu barədə Göygöl rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 09 aprel 2024-cü il tarixdə 129 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli 3-21-3-33/2-A-00xx-xx/2025 saylı məktubundan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-457A KOD 50605028 olan Şəhadətnamədə hüquq sahiblərindən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X4” eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, sənəd üzrə torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi arasında uyğunsuzluq aşkar edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məhkəmə ərizəçnin izahatını, şahidlərin ifadələrin dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci mаddəsinə əsаsən məhkəmə fiziki вə hüquqi şəхslərin şəхsi вə yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, хitаm веrilməsinin аsılı оlduğu fаktlаrı müəyyən еdir. Həmin Məcəllənin 307.2.2 Mящкямя бахышы заманы ərizəçinin izahatını, habelə işə əlavə olunmuş sənədlərlə мцяййян едилди ки, Ərizəçi xx xxxxxxxx 1995-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X2, anası X6r. Valideynlərimin birgə nikahından iki övladları X11 və Ərizəçi doğulmuşdur. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X13, X10, X11 və X4 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,37 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN 457 A seriyalı KOD 50605028 olan şəhadətnamə yazılmışdır. Ərizəçi torpaq sahəsinə dair rəsmi qaydada olaraq Çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciət etdikdə, qeyd edilən sənəddə ərizəçi “Ərizəçi” əvəzinə, səhvən “X12” yazıldığı müəyyən edilmiş, bu səbəbdən də müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 308-ci mаddəsinə əsаsən məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən еdə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq еdən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yахud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310-cu mаddəsinə əsаsən ərizədə həmin fаktın müəyyən еdilməsinin ərizəçiyə nə üçün lаzım оlduğu, hаbеlə lаzımi sənədləri ərizəçinin аlа bilməməsini, yахud itən sənədlərin bərpаsının mümkünsüzlüyünü təsdiq еdən sübutlаr gюstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair JN 457A seriyalı KOD 50605028 olan şəhadətnamədə “Ərizəçi” əvəzinə, səhvən “X12” kimi yanlış qeyd olunması ərizəçinin izahatı və şahidlərin ifadələri, habelə işə əlavə olunmuş sənədlərlə birmənalı təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X13, X10, X11 və X4 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 457A seriyalı KOD 50605028 olan şəhadətnamənin X5 dair hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,307-309 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X13, X10, X11 və X4 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 457A seriyalı KOD 50605028 olan şəhadətnamənin X5 dair hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar