Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-370/2024 16.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X35 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras əmlak üzərində payların müəyyən edilməsi, paylar üzrə vərəsə kimi tanınma, həmin hissələrə uyğun mülkiyyətçi kimi tanınma və payların naturada bölünməsi tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3nın mülkiyyətində olmuş mirasın (Daşkəsən şəhəri S.Vurğun küçəsi ev 6a, mənzil 6) ½ hissəsinə vərəsə kimi tanınmalarına, həmin hissənin ½ hissəsinə İddiaçı2, ½ hissəsinə İddiaçı1, ½ hissəsinə İddiaçı3 və ½ hissəsinə Cavabdeh mülkiyyətçi tanınmasına və payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən şəhəri S.Vurğun küçəsi 6 a saylı evin 6 saylı mənzili 1992-ci ildə iddiaçıların X5nın adına rəsmiləşdirilmişdir. İddiaçıların X5 20 dekabr 1995-ci ildə, X2 23 noyabr 2021-ci ildı vəfat etmişdir. Mənzilin ümumi sahəsi 100.kv.metr olmaqla 5 otaqdan ibarətdir. X11 övladları İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh vərəsə kimi tanınmaqla mənzil üzərində onların bərabər hissədə payları müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, mübahisəli mənzil mərhum qayınanası Maral Cəfərovaya məxsus olmuşdur. Onun özü 1993-cü ildə qeyd edilən mənzilə gəlin gəlmiş 2000-ci ilədək orada yaşmamış, uşaqları da həmin mənzildə yaşadıqları dövrdə doğulmuşdur. 2000-ci ildə özlərinə mənzil aldıqdan sonra ailəsi ilə birlikdə həmin mənzilə köçmüş və orada yaşamağa başlamışlar. 2013-cü ildən isə ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı2 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Digər İddiaçı1 Daşkəsən şəhərində özünə məxsus mənzili vardır. Əvvəllər tələb etmək istəməsələr də, son zamanlar aralarında yaranan narazılığa görə mirasdan onlara düşən payın ayrılmasını tələb edirlər. Cavabdeh uzun illərdir ki, qeyd edilən mənzildə yaşasa da, digər vərəsələrin də həmin mirasdan pay tələb etmək hüquqları vardır. Odur ki, mənzilin paylara bölünməsini tələb edir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh onların qardaşıdır. X2 ilə anaları X12 1967-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 1968-ci ildə Vüqar, 1970-ci ildə Vahid, 1971-ci ildə Zahid və 1975-ci ildə Tofiq adlı dörd uşaqları doğulmuşdur. Daşkəsən rayonu S.Vurğun küçəsi 6 a saylı evin 6 saylı mənzili 1992-ci ildə X5nın adına rəsmiləşdirilmişdir. X5 20 dekabr 1995-ci ildə, X2 23 noyabr 2021-ci ildə vəfat etmişdir. Atası vəfat etməmişdən çox əvvəl anasından ayrılmış və həmin evdən çıxmışdır. Hazırda onlar vərəsə kimi paylarına düşən hissəni istəyirlər, payın naturada verilməsi mümkün olmadıqda isə, paylarına düşən əmlakın dəyərində pulun verilməsini tələb edirlər. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdedh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə iddiaçılar nə qanunla nəzərdə tutlmuş müddətdə notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etmiş, nə də ki, faktiki sahiblik və istifadəni həyata keçirməmişlər. Sadəcə olaraq Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli vərəsəliklə əlaqədar olan plenum qərarından sonra hazırki iddianı qaldırılmasını əsaslı hesab etmişlər. Halbuki, köhnə münasibətlərə həmin vaxtı qüvvədə olan maddi hüquq normaları tətbiq edilir. Odur ki, hazırki mübahisəyə Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş (xx.xx.2000-cı il tarıxədək qüvvədə olmuş) Azərbaycan Mülki Məcəlləsinin maddələri tətbiq edilməlidir. İddiaçılar isə ərizələrində 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin vərəsəliklə bağlı 1159.1-ci və 1243-cü maddələrinə istinad etmişlər. Halbuki, hazırki vərəsəlik münasibətləri 1995-ci il tarixdə yarandığından mübahisəyə köhnə mülki məcəllənin müddəaları tətbiq edilməlidir. Həmin məcəlləyə əsasən məhkəməyə müraciət etmək üçün iddia müddəti 3 ildir və həmin müddətin keçməsi tərəfin verdiyi ərizə ilə deyil, məhkəmənin öz təşəbbüsü ilə müəyyən edilir. Hazırki iddia isə təxminən 30 ilə yaxın bir müddət keçəndən sonra qaldırılmışdır. Qeyd edilənlərlə bağlı məhkəməyə yazılı ərizə təqdim etmiş olduğunu bildirərək iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, o, Daşkəsən şəhəri S.Vurğun küçəsi 4 saylı evin 4 saylı mənizlində yaşayır. Tərəfləri tanıyır,onlarla qonşu olmuşlar. X3 vəfat etdikdən sonra oğlu Tofiq mübahisəli evdə yaşamışdır. Digər uşaqları ailə qurduqdan sonra köçüb başqa yaşayış sahəsinə getmişlər. Hal-hazırda da Tofiq ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Məhkəmə iclasında dindirilmiş şahid X19 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Onlarla qonşu olaraq yaşamışlar. X3 vəfat etdikdən sonra oğlu Tofiq mübahisəli evdə yaşamışdır. Digər uşaqları oradan köçüb getmişlər. Uzun illərdir ki, Tofiq ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Cavabdeh ilə qonşudurlar. X3 mübahisəli mənzildə yaşamışdır. Maral Cəfərovanın vəfatından əvvəl də, sonra da, Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Digər uşaqlar köçüb başqa yerə getmişlər. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 19 dekabr 1995-ci ildə Daşkəsən şəhərində ölmüşdür. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitablnda 23 dekabr 1995-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 ilə X9 arasında 12 iyun 1993-cü il tarixdə nikah bağlanmış və Daşkəsən rayonu VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon Dövlət Notariat Ofisinin 29 mart 2024-cü il tarixli 25 nömrəli məktubunda göstərilir ki, X3ndan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159cu maddəsinə əsasən birinci növbəli vərəsələrin razılıq ərizələri tələb olunur. İddiaçı3 müraciəti araşdırılarkən vərəsələr arasında bununla bağlı mübahisə olduğu müəyyən edilmişdir. Odur ki, miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüquq olduğu bildirilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X6 23 noyabr 2021-ci ildə Daşkəsən rayonu Mədənçilər qəsəbəsində ölmüşdür. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitablnda 24 noyabr 2021-ci il tarixdə 177 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 iyul 2024-cü il tarixli 3-21-3-33/2-7614/2024 saylı məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məhumatlarına və daşınmaz əmlakla bağlı “Qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabı”na istinadən, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili Daşkəsən rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 141 nömrəli qərarı əsasında X11 adına qeydiyyata alınmış və xx.xx.1993-cü il tarixli, 464 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, arxiv qovluğunda sözügedən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Qeyd olaraq göstərilmişdir ki, arxiv qovluğunda hüquqmüyyənedici sənədlər olmadan xx.xx.1993-cü ü tarixli Texniki X1 adına işləndiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatının 09 aprel 2024-cü il tarixli 5-42-20/2-355/2024 saylı arayışından görünür ki, Cavabdeh öz ailə üzvüləri X20, X15, X21 və X24 ilə bilrikdə Daşkəsən şəhəri Orxan Cəfərli (S.Vurğun) küçəsi ev 6, mənzil 6-da yaşayır. İşə əlavə edilmiş “Azəriqaz” X17 X29 İdarəsinin 16 aprel 2024-cü il tarixli 32 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında yaşayn Cavabdeh təbii qazdan sitifadə edir və abonent kodu **********10060 olmaqla Daşkəsən XS üzrə qeydiyyatdadır. Abonentin halhazırda təbii qazdan istifadəyə görə borcu yoxdur. İşə əlavə edilmiş 11 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, tərəflərin valideynləri X6 ilə X12 1967-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 1968-ci ildə İddiaçı2, 1970-ci ildə İddiaçı1, 1971-ci ildə İddiaçı3 və 1975-ci ildə Cavabdeh doğulmuşdur. Mübahisə predmetinə aid mənzil əvvəllər dövlət fonduna məxsus olmuşdur. Mənzilin X7 xüsusi mülkiyyətində olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 iyul 2024-cü il tarixli məktubunda göstərilənlərdən məlum olur ki, mənzilə Daşkəsən rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 141 nömrəli qərarı əsasında X11 adına xx.xx.1993-cü il tarixli, 464 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi müəyyən edilmişdir. Lakin, arxiv qovluğunda sözügedən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Göründüyü kimi, daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatını aparan orqanın rəsmi məktubunda mənzilin xx.xx.1992-ci il tarixli qərar əsasında xx.xx.1993-cü il tarixdə X11 adına qeydiyyat vəsiqəsinin verilməsi barədə məlumatlar yer almışdır. Tərəflərin mübahiəsli hüquq münasibətlərinin 1995-ci ildə yaranmış olması, yəni X11 19 dekabr 1995-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 1964-cü ıl 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş (xx.xx.1965-ci il tarixdən xx.xx.2000-cı il tarixədək qüvvədə olmuş) Mülki Məcəllənin 73-cü maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsində göstərilmişdir ki, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan dilməsi ilə açılır. Həmin Məcəllənin 530-cu maddəsinə görə aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs olan zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar. Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar cümlədən ovladlığa goturulənlər), ər (arvad) və ölənın valideynləri hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynlə ölmüş olsun. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərt ilə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mırası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun uzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı günda altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət kooperatıv və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüquq barədə ona şəhədətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtına vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mulki Məcəllənin 73-cü maddəsinə əsasən, üç illik iddia müddəti müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirilməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən isə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ, şəxsin öz hüququnun pozulmasının bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq, mübahisəyə tətbiq edilməli olan köhnə Mülki Məcəllə ilə iddia müddətlərinin məhkəmə tərəfındən tərəflərin bildirməsindən asılı olmayaraq tətbiqi nəzərdə tutulmuşdur. Məcəllənin 82-ci maddəsinə əsasən müddətin ötməsi halı iddianın rədd etmək üçün birbaşa əsasdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçıların X5nın 19 dekabr 1995-ci il tarixdə ölmüşdür. İddiaçı1 isə vərəsəliklə bağlı 29 mart 2024-cü il tarixdə Daşkəsən rayon dövlət notariat ofisinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi vərəsələrin notariusa və məhkəməyə müraciət etmələri X11 ölümündən 28 il sonra olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2000-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş əsas tələb miras əmlakı üzərində payların müəyyən edilməsidir. İddia tələbinin sonrakı hissələrinin həlli əsas tələbin həllindən asılıdır. Əsas tələb rədd edildiyi halda, onun həllindən asılı olan əlavə tələblər də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-370/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-370/2024
16.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver