Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-376/2025 14.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 1896 manat əsas borc və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərdimişdir ki, Daşkəsən rayonu “Mərkəzi bazarın” yaxınlığında ticarət obyekti işlədir. Onunla Cavabdeh arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli 32 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 600 manat olan 1 ədəd “Samsung A32” markalı mobil telefon satın almış və ilkin olaraq 50 manat ödəniş etmiş, 550 manat isə 6 ay müddətinə ödəmək şərti ilə razılaşmışlar. 29 noyabr 2022-ci il tarixli 43 nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 600 manat olan 1 ədəd “Samsung” markalı mobil telefonu və 6 ay ödəmək şərti ilə 46 manat dəyərində avtomobil ehtiyat hissələrini və 18 oktyabr 2023-cü il tarixli 23 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 700 manat olan 1 ədəd “Samsung 52” markalı mobil telefonu 4 ay müddətində 50 manat, sonra isə 100 manat ödəmək şərti ilə satın almışdır. Cavabdeh 1996 manat məbləğdən cəmi 100 manat ödəniş etmiş, qalıq 1896 manat isə hal-hazıradək ödənilməmiş qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli 32 nömrəli alqı-satqı müqaviləsidən görünür ki, Cavabdeh 600 manat dəyərində 1 ədəd “Samsung A32” markalı mobil telefonu satın almış, Cavabdeh tərəfindən 50 manat ilkin ödəniş edilmiş, qalıq 550 manat məbləği 6 ay müddətinə ödəmək şərti ilə razılaşamışlar. İşə əlavə edilmiş 29 noyabr 2022-ci il tarixli 43 nömrəli alqı-satqı müqaviləsidən görünür ki, Cavabdeh 600 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefon və 46 manat dəyərində avtomobil ehtiyat hissələrini 6 ay ödəmək şərti ilə satın almışdır. İşə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli 23 nömrəli alqı-satqı müqaviləsidən görünür ki, Cavabdeh 700 manat dəyərində 1 ədəd “Samsung 52” markalı mobil telefonu 4 ay müddətinə 50 manat, sonra isə 100 manat ödəmək şərti ilə satın almışdır. İşə əlavə edilmiş 13 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli 32 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 600 manat olan 1 ədəd “Samsung A32” markalı mobil telefon satın almış və ilkin olaraq 50 manat ödəniş etmiş, 550 manat isə 6 ay müddətinə ödəmək şərti ilə razılaşmışlar. 29 noyabr 2022-ci il tarixli 43 nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 600 manat olan 1 ədəd “Samsung” markalı mobil telefonu və 6 ay ödəmək şərti ilə 46 manat dəyərində avtomobil ehtiyat hissələrini və 18 oktyabr 2023-cü il tarixli 23 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 700 manat olan 1 ədəd “Samsung 52” markalı mobil telefonu 4 ay müddətində 50 manat, sonra isə 100 manat ödəmək şərti ilə satın almışdır. Cavabdeh 1996 manat məbləğdən cəmi 100 manat ödəniş etmiş, hazırda cavabdehin iddiaçıya 1896 manat məbləğində borcu qalmışdır. Cavabdehin iddia tələbinə qarşı etirazını bildirməməsi uyğun faltiki halın qəbul edilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1896 manat əsas borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəyə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1896 (bir min səkkiz yüz doxsan altı) manat əsas və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-376/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-376/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver