Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-386/2025 03.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X27 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı miras əmlakın faktiki qəbul olunması, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2009-cu il tarixdə vəfat etmiş X3 və 18 yanvar 2009-cu il tarixdə vəfat etmiş X2nın adına olan Azərbaycanm Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Yolqullar kəndində yerləşən 0,24 ha həyətyanı topaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakın birinci növbədə vərəsə kimi qəbul edilməsinin müəyyən olunması və miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X3 ilə X2 aralarındakı nikahı 20 fevral 1946-cı il tarixdə Daşkəsən rayon Zinzahal kənd sovetliyində 02 nömrəli akt qeydi ilə qeydiyyata aldırmaqla ailə qurmuşlar. Ailədə iki bacı və dörd qardaş olmuşlar. Qardaş və bacıları ailə quraraq başqa yaşayış sahəsinə köçüb getmişlər. X1 30 dekabr 2001-ci ildə, X5 isə 04 yanvar 2016-cı ildə vəfat etmişlər. Daşkəsən rayonu Yolqullar kəndində yerləşən 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi onun, X2nın və X3nun adına ümumi birgə mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. X2 18 yanvar 2009-cu il tarixdə, X3 isə 08 aprel 2009-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair vərəsəlik açılmışdır. Valideynlərinin sağlığndan ölən bir günə kimi onlara baxmış, qayğılarına qalmışdır. Dəfn və yas mərasimini keçirmiş, qəbir üstü baş daşını düzəltdirmişdir. O, qeyd edilən evdə doğulub, boya-başa çatmış, qeyd edilən evə sahiblik və ondan istifadə etməklə faktiki olaraq miras əmlakı qəbul etmişdir. Buna baxmayaraq, qanunla müəyyən edilmiş müddəti ötürdüyü və cavabdehlərlə qeyd edilən miras əmlakla bağlı aralarında mübahisə yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prossesinin gedişində ümumi razılığa gələrək cavabdehlər miras əmlakdan onun xeyrinə imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, valideynlərindən miras qalmış əmlakla bağlı onunla iddiaçı arasında müəyyən narazılıq olmuş, hal-hazırda da iddiaçı ata yurduna nəzarət etməklə qoruyub saxladığını nəzərə alaraq, bütün miras əmlakın qardaşı İddiaçı verilməsinə raıdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 digər Cavabdeh2 ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X17 arasında 20 fevral 1946-cı il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Zinzahal kənd sovetliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxx 1956-cı ildə Daşkəsən rayonu Yolqullar kəndində doğulmuşdur. X8, anası X15r. Bu barədə Daşkəsən rayon Çanaxçı kənd sovetliyində doğum haqqında akt qeydləri kitablnda xx xxx 1956-cı il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 1958-ci ildə Daşkəsən rayonu Yolqullar kəndində doğulmuşdur. X3, X2dır. Bu barədə Daşkəsən rayon Çanaxçı kənd sovetliyində doğum haqqında akt qeydləri kitablnda 15 dekabr 1958-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1970-ci ildə Daşkəsən rayonu Yolqullar kəndində doğulmuşdur. X3, anası X6r. Bu barədə Daşkəsən rayon Zinzahal kənd sovetliyində doğum haqqında akt qeydləri kitablnda 08 mart 1970-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1975-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. X3, X2dır. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsənə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitablnda 01 oktyabr 1975-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X11 30 dekabr 2001-ci ildə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində ölmüşdür. Bu barədə Daşkəsən rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitablnda 01 yanvar 2002ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X17 18 yanvar 2009-cu ildə Daşkəsən rayonu Yolqular kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zinzahal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitablnda 19 yanvar 2009-cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş surətindən görünür ki, X18 08 aprel 2009-cu ildə Daşkəsən rayonu Yolqular kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zinzahal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitablnda 10 aprel 2009-cu il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X5 04 yanvar 2016-cı ölüm haqqında şəhadətnaməni ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitablnda 19 yanvar 2016-cı il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 sentyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Yolqular kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 44,40 kv.metr fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı, X17 və X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, **********04- 10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”unun surətindən görünür ki, Daşkəsən rayonu Yolqular kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Daşkəsən rayon Dövlət Notariat ofisinin 07 may 2025-ci il tarixli 62 nömrəli məktubundan görünür ki, mərhumlar X17 və X7 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras payın qəbul edilməməsi və miras payın qəbulu üçün tələb olunan altı ay müddətin keçməsi səbəbindən miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı X3 ilə X2 aralarındakı nikahı 20 fevral 1946-cı il tarixdə Daşkəsən rayon Zinzahal kənd sovetliyində 02 nömrəli akt qeydi ilə qeydiyyata aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından altı övladları doğulmuşdur. Daşkəsən rayonu Yolqullar kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 44,40 kv.metr fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı, X17 və X12 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. X17 18 yanvar 2009-cu il tarixdə, X18 isə 08 aprel 2009-cü il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra 3 oğlu X5, Cavabdeh2 və İddiaçı, 2 qızı – Cavabdeh1 və Cavabdeh3 Həsə qızı vərəsə olmuşlar, mərhumların oğlu X11 onlardan əvvəl 30 dekabr 2001-ci ildə vəfat etmişdir. Onlardan heç birinin adına vəsiyyətnamə verilməmişdir. İddiaçının qardaşı X5 04 yanvar 2016-cı ildə vəfat etmişdir. Sağ qalan qardaş və bacılar ailə qurduqdan sonra başqa yaşayış sahəsinə köçmüşlər. Miras qoyanlar vəfat edəndən sonra onlara məxsus olmuş Yolqular kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 44,40 kv.metr fərdi yaşayış evinə oğlu iddiaçı Eyva Məmmədov sahiblik edərək əmlakdan istifadə və təsərrüfatı idarə etməyi davam etdirmişdir. Sözügedən torpaq sahəsinə vərəsəlik, mirasdan pay və ya mülkiyyət hüququnu iddia edən başqa heç bir şəxs olmamışdır. Hazırda sağ olan qanun üzrə birinci növbəli vərəsələr Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras əmlakdakı öz paylarından imtina etmişlər. İddiaçı vərəsəlik hüququ şəhadətnamə almaq üçün Daşkəsən rayon Notariat ofisinə müraciət etmiş, iddiaçıya qanunla müəyyən edilmiş müddət ötürdüyü üçün məhkəmə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Yuxarıda istinad edilən Mülki Məcəllənin 1159.1.1-ci maddəsininn mənasına uyğun olaraq, konkret halda miras qoyanlar Səkinə Cəfərova və X9 Məmmədov onun qanun üzrə birinci növbəli vərəsəsi hesab olunur. Onların oğlu İddiaçı notariat orqanına müraciət eməməsinə baxmayaraq valideynlərdən miras qalmış əmlakı vərəsə kimi faktik olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 sentyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla birgə mülkiyyət hüququ ilə X17 və X16 məxsus Daşkəsən rayonu Yolqullar kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakları vərəsə olaraq İddiaçı tərəfindən qəbul edilmiş olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-386/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-386/2025
03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver