Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-416/2024 09.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 12 oktyabr 2013-cü il tarixdə 127 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə laızmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdeh ilə 12 oktyabr 2013-cü ildə rəsmi nikah qedyiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 13 oktyabr 2014-cü ildə Jalə, 14 may 2017-ci ildə Hüseyn və 11 may 2024-cü ildə Validə adlı üç uşaqları doğulmuşdur. İddiaçı onunla Cavabdeh arasında 12 oktyabr 2013-cü il tarixdə 127 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 11 mart 2024-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 15 mart 2024-cü il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Göründüyü kimi, uşağın bir yaşı tamam olana qədər ərin arvada qarşı nikahın pozulması barədə iddia qaldırmaq hüququ qanunla məhdudlaşdırılmışdır və belə bir iddia vermək hüququ qadının razılığından asılı edilmişdir. Tərəflərin birgə nikahından 11 mart 2024-cü ildə uşaqları omuşdur. İddia qaldırılana qədər Cavabdeh razılığını bildirən və lazımı qaydada təsdiqlənmiş ərizə iddia ərizəsinə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Belə olan vəziyyətdə İddiaçı tərəfindən nikahın pozulması haqqında qaldırılmış iddiaya məhkəmədə baxılması qanunla yolverilən sayılmır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Ödənilmiş 45 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-416/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-416/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver