Məhkəmə qərarları › İş №2(030)-438/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-438/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-438/2024 30.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X23 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Şəxsin eyniliyi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, X12 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, xx xxxxxx 1960-cı ildə Ermənistan SSR-in Amasiya rayonu Düzkəd kəndində doğulmuşdur. 1982-ci ildə X16 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 02 avqust 1983-cü ildə X13 doğulmuşdur. Ailə qurandan sonra ərinin soyadına uyğun olaraq “Alıyeva” soyadına keçmişdir. X15 rəsmi qaydada boşanmışdır. 1988-ci ildə X2 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Aralarındakı nikahı 31 may 1988-ci ildə Erməınistan SSR, Amasiya rayonu Əzizbəyov kənd sovetində 2 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Nikaha daxil olduqda ərinin soyadına uyğun olaraq “Məhərrəmova” soyadı qəbul etmişdir. Bu nikahdan da uşaqları doğulmuşdur. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana gəlib həmin vaxtdan Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış, bu kənddə yaşayış yeri üzrə qeydiyyata düşüb hal-hazıra kimi orada yaşayır. O, əvvəllər sosial müavinət alsa da, sonradan ona sosial müavinət dayandırılmışdır. O, bununla əlaqədar olaraq DSMF-nun Daşkəsən rayon şöbəsinə müraciət etmiş, ona qızı X4 adına verilmiş doğum haqqında şəhadətnamədə onun soyadının Alıyeva digər sənədlərdə isə Məhərrəmova yazılıdğı və bu səbbədən də sosial müavinətin dayandıldığını bildirilmişdir. O, nikah və nikahın pozulması haqqında arayış verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ilkin akt qeydləri Ermənistan SSR, Amasya rayonunun Əzizbəyov kənd soveti tərəfindən aparıldığı və məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilən faktın məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1960-cı ildə Ermənistan SSR Amasiya rayonu Düzkəd kəndində doğulmuşdur. X1, anası X14r. Bu barədə Ermənistan SSR Amasiya rayonu Düzkəd kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1960-cı ildə 56 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş AZE Seriyalı ******** №-li vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1960-cı il təvəllüdlü Ərizəçi Daşkəsən rayonu Bayan kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 02 avqust 1983-cü ildə Ermənistan SSR Amasiya rayonu Düzkəd kəndində doğulmuşdur. X5, anası X7r. Bu barədə Ermənistan SSR Amasiya rayonu Düzkəd kənd sovetində doğum haqqında akt qeydləri kitabında 29 avqust 1983-cü ildə 12 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X10 arasında 31 may 1988-ci il tarixdə nikah bağlanmış və Ermənistan SSR Amasiya rayonu Əzizbəyov kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 08 avqust 1992-ci ildə Daşkəsən rayonu Bayan kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən rayonu Bayan kənd sovetində ölüm haqqında akt qeydləri kitabında 08 oktyabr 1992-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 08 may 2024-cü il tarixli 3-16/8-M-1-201/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq v əziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxiv kitablarında yoxlama aparılmış,lakin sizin barənizdə nikah və nikahın pozulması haqqında akt qeydləri aşkar edilməmişdir. Bu səbəbdən Ərizəçi müraciəti təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabietinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qelydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13 və 14-cü bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının Qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum. nikahın bağlanması, nikahın pozulması övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər oluğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etməyi tovsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək, müraciətin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlarında müəyyən edilməsi faktlarına baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin faktiki halları ilə müəyyən edildi ki, Məhərrəmova (Abbasova) Zəhra Novruz qızı xx xxxxxx 1960-cı ildə Ermənistan SSR-in Amasiya rayonu Düzkəd kəndində doğulmuşdur. 1982-ci ildə X16 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 02 avqust 1983-cü ildə X13 doğulmuşdur. Ailə qurandan sonra Ərizəçi ərinin soyadına uyğun olaraq “Alıyeva” soyadına keçmişdir. Sonradan Ərizəçi Ənvər Alıyevdən rəsmi qaydada boşanmışdır. Məhərrəmova (Abbasova) Zəhra Novruz qızı X2 ilə ailə qurmuş və aralarındakı nikahı 31 may 1988-ci ildə Erməınistan SSR, Amasiya rayonu Əzizbəyov kənd sovetində 2 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Nikaha daxil olduqda ərinin soyadına uyğun olaraq “Məhərrəmova” soyadı qəbul etmişdir. Bu nikahdan Ərizəçi ilə Camal Məhərrəmovun uşaqları doğulmuşdur. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar Ərizəçi ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış, bu kənddə yaşayış yeri üzrə qeydiyyata düşüb hal-hazıra kimi orada yaşayır. Ərizəçi əvvəllər sosial müavinət alsa da, sonradan ödənişlər dayandırılmış, Ərizəçi qızı 02 avqust 1983-cü il təvəllüdlü X4 adına verilmiş doğum haqqında şəhadətnamədə Ərizəçi soyadının “Alıyeva” digər sənədlərdə isə “Məhərrəmova” yazılıdğını və bu səbbədən də sosial müavinətin dayandıldığını bildirilmişdir. Ərizəçi nikah və nikahın pozulması haqqında arayış verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ilkin akt qeydləri Ermənistan SSR, Amasya rayonunun Əzizbəyov kənd soveti tərəfindən aparıldığı üçün məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi mümkün olmamışdır. Hazırda ərizəçi X12 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsini tələb etmişdir. Beləliklə ərizəçinin şəxsiyyət vəsiqəsində “Məhərrəmova” soyadı, 19 avqust 1983cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə “Alıyeva” soyadı ilə göstərilmiş olmasının hüquqi əsasları mövcuddur. X4 doğum haqqında şəhadətnaməsi ona məxsus sənəd olsa da, həmin sənəd ərizəçinin qohumluq əlaqəsini valideylik hüquqlarını da müəyyən edir. Beləliklə, X13 əxsiyyət vəsiqəsindən “Məhərrəmova” soyadı, 19 avqust 1983-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə işdə olan sübutlardan məlum olur ki, X19 ilə Ərizəçi eyni şəxsdir. Azərbaycan Respuiblikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. 29 avqust 1983-cü il tarixli 12 nömrəli akt qeydi əsasında verilmiş İV-CL 315214 №li doğum haqqında şəhadətnamədə göstərilən “Alıyeva (Məhərrəmova) Zəhra Novruz qızı” adlı şəxslə “Ərizəçi” adlı şəxsin eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar