Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-446/2024 22.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X23 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X3nın 10 yanvar 1912-ci il tarixdə Daşkəsən rayonu Zinzahal kəndində anadan olması və 20 oktyabr 1979-cu il tarixdə Daşkəsən rayonu Kollu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx xxxx 1939-cu il tarixdə Daşkəsən rayon Kollu kəndində anadan olmuşdur. X10, X2 olmuşdur. X2 10 yanvar 1912-ci il tarixdə Daşkəsən rayonu Zinzahal kəndində doğulmuş və 20 oktyabr 1979-cu il tarixdə Daşkəsən rayonu Kollu kəndində vəfat etmişdir. X10 13 may 1912-ci il tarixdə Daşkəsən rayon Zinzahal kəndində doğulmuş və 18 aprel 1993-cü ildə Daşkəsən rayon Kollu kəndində vəfat etmişdir. X4 vəfatından sonra Daşkəsən rayon Kollu kəndində yerləşən 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə dair vərəsəlik açılmışdır. Qeyd edilən əmlak üzərində vərəsəlik hüququ əldə etmək üçün aidiyyəti orqana müraciət etdikdə ona mərhum X3nın doğumu və ölümü haqqında şəhadətnaməsi tələb edilmişdir. X1 doğumu və ölümü haqqında ilkin akt qeydləri aparılmadığı üçün qeyd edilən akt qeydinin əldə edilməsi mümkün olmamışdır. Akt qeydinin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, ölüm və doğum haqqında akt qeydi aşkar edilmədiyi üçün imtina edilmişdir. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi isə qeyrimümkündür. Odur ki, yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun illər Daşkəsən rayonu Kollu kəndində kolxoz sədri vəzifəsində işləmişdir. X7 və X8 tanımışdır. Hilal Abbasov kolxozda naxırçı, Zəhrə Abbasova isə sağıcı işləmişdir. X11 20 oktyabr 1979-cu il tarixdə Daşkəsən rayon Kollu kəndində, X16 18 aprel 1993-cü ildə Daşkəsən rayon Kollu kəndində vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında dindirilən şahid X15 ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu Kollu kəndində yaşayır. X7 və X8 tanımışdır. X11 20 oktyabr 1979-cu il tarixdə Daşkəsən rayon Kollu kəndində, X16 1993-cü ildə Daşkəsən rayon Kollu kəndində vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu Almalı kəndində yaşayır. Hal-hazırda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zinzahal ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi işləyir. X7 və X8 tanımışdır. X11 1979-cu il tarixdə payız ayında Daşkəsən rayon Kollu kəndində, X16 1993cü ildə Daşkəsən rayon Kollu kəndində vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1939-cu ildə Daşkəsən rayonu Kollu kəndində anadan olmuşdur. X10, X2dır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 31 yanvar 1962-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 18 aprel 1993-cü ildə Daşkəsən rayonu Kollu kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zinzahal inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 21 aprel 1993-cü il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 10 avqust 2024-cü il tarixli 3-16-5/8-69-513/2023 saylı məktubundan görünür ki, X11 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsasən ərizəniz tərəfimizdən təmin edilə bilməz. Bununla bağlı tərəfimizdən Sizə hüquqi yardım təklif edilərək ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 31 yanvar 2023-cü il tarixli 3-48- BRA/2-A-23-8/2023 saylı arxiv çıxarışından görünür ki, Daşkəsən rayon Zinzahal kənd İƏDÜN-nin 1986-1990-cı illəri əhatə edən Kollu kəndinə dair 88 saylı təsərrüfatbaşına kitabının 182 nömrəli şəxsi hesabından Ərizəçi atası mərhum 13 may 1912-ci il təvəllüdlü X14 adına ailə başçısı kimi Daşkəsən rayonu Kollu kəndində 0,19 ha torpaq sahəsi və 1961-ci ildə inşa edilmiş 36 kv.metr fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat Ofisinin 08 fevral 2023-cü il tarixli 17 nömrəli məktubundan görünür ki, X7ndan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras payı faktiki qəbul etmiş Azərbaycan Respublikası Maki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbəli vərəsələri tələb olunur. Ərizəçi müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mıras pay faktiki qəbul edilməmiş və miras payın qəbulu üçün tələb olunan altı ay müddət buraxılmışdır.Odur ki,miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır. İşə əlavə edilmiş Maraqlı şəxs 08 fevral 2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, X11 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsasən ərizəniz tərəfimizdən təmin edilə bilməz. Bununla bağlı ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs 08 fevral 2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, akt qeydi kitabları Maraqlı şəxs arxivində 1948-ci ilədək saxlanılmır və ərizəyə müvafiq olaraq Daşkəsən rayon İHB-nın Zinzahal İƏDÜN-nın Qeydiyyat şöbəsinin arxiv kitablarında, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində X11 barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarının “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda,vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən ərizə təmin edilə bilməz. Məhkəməyə müraciət etməsi tövsiyyə edilmışdir. İşə əlavə edilmiş qəbirüstü başdaşından çəkilmiş fotoşəkildən görünür ki, qəbir daşının üzərində əks olunmuş fotoşəkilin aşağı hissəsində X11, 1912-1979 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi xx xxxx 1939-cu il tarixdə Daşkəsən rayon Kollu kəndində anadan olmuşdur. X10, X2 olmuşdur. X3 10 yanvar 1912-ci il tarixdə Daşkəsən rayon Zinzahal kəndində doğulmuş və 20 oktyabr 1979-cu il tarixdə Daşkəsən rayon Kollu kəndində vəfat etmişdir. X10 13 may 1912-ci il tarixdə Daşkəsən rayon Zinzahal kəndində doğulmuş və 18 aprel 1993-cü ildə Daşkəsən rayon Kollu kəndində vəfat etmişdir. Ərizəçinin atasının vəfatında sonra Daşkəsən rayonu Kollu kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 36 kv.metr fərdi yaşayış evinə dair vərəslik açılmışdır. Ərizəçi X7ndan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Daşkəsən rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyü üçün imtina edilmişdir. Ərizəçi mərhum X1 doğumu və ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, X6 doğum və ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin doğum və ölüm haqqında akt qeydi aşkar edilməmiş, bu səbəbdən də, mərhum Zəhrə Abbasovanın adına doğum və ölüm haqqında akt qeydinin verilməsindən imtina edilmişdir. Bu səbəbədən də Ərizəçi anası Zəhrə Abbasovanın 10 yanvar 1912-cı il tarixdə Daşkəsən rayonu Zinzahal kəndində anadan olması və 20 oktyabr 1979-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarının İİ hissəsinin 16-cı bəndində əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşə əlavə edilmiş qəbirüstü başdaşından çəkilmiş fotoşəkildən göründüyü kimi, qəbirüstü başdaşından üzərində əks olunmuş fotoşəkilin aşağı hissəsində X11, 1912-1979 yazılmışdır. Məhkəmə X6 10 yanvar 1912-ci il tarixdə Daşkəsən rayon Zinzahal kəndində anadan olması faktının müəyyən edilməsinə münasibət olaraq qeyd edir ki, ərizənin şəxsin vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədin əldə edilməsi ilə bağlı olduğundan ölümlə bağlı sənədin verilməsi ərizəçinin maraqlarına uyğundur. Bundan başqa, işə əlavə edilmiş Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 31 yanvar 1962-ci il tarixdə 27 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə ilə X6 Ərizəçi Nilal oğlunun anası olduğu təsdiq edilmişdir. Şəxsin doğulduğu ayı, günü və yeri konkret olaraq müəyyən etmək mümkün olmasa da, bu sənəd onu deməyə əsas verir ki, X11 1962-ci ildə analıq hüququna malik olmaqla yaşına çatmış şəxs olmuşdur. Bu fakt onun 1912-cı ildə doğulmuş olmasına kifayət qədər əsas verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, Ərizəçi X1 doğumu ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, X6 1912-ci ildə Daşkəsən rayonu Zinzahal kəndində doğulması və 20 oktyabr 1979-cu il tarixdə Daşkəsən rayonu Kollu kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 1912-ci ildə Daşkəsən rayonu Zinzahal kəndində doğulması və 20 oktyabr 1979cu il tarixdə Daşkəsən rayonu Kollu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-446/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-446/2024
22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver