Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-446/2025 15.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X23 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X13 ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 023 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X13 tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxx 1970-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, X3 olmuşdur. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə atası X2 mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 023 A seriyalı KOD 50605028 olan şəhadətnamə yazılmışdır. X3 10 sentyabr 2000-ci il tarixdə, X1 17 aprel 2013-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra miras əmlaka vərəslik açılmışdır. Torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq üçün 3 saylı Gəncə ərazi idarəsinə müraciət etdikdə qeyd edilən Şəhadətnamədə atasının ata adının “Haqverdi” əvəzinə, səhvən “Allahverdi” yazıldığı müəyyən olmuş, bu səbəbdən də hüquq müəyyənedici sənəd verilməkdən imtina edilmişdir. Qeyd edilən yanlışlığın məhkəmədən kənar qaydada həlli mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X7 əmisidir. Daşkəsən rayonunda torpaq islahatı aparılan zaman, bütün kənd sakinləri kimi Teymur Qurbanova da torpaq sahəsi ayrılmış və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə yazılmışdır. Həmin şəhadətnamədə Teymur Qurbanovun ata adı “Haqverdi” əvəzinə, səhvən “Allahverdi” kimi qeyd edilmişdir. O, təsdiq edir ki, əmisi Teymur Qurbanovun atasının, onun isə babasının adı Haqverdi olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə həmkəndlidilər. Daşkəsən rayonunda torpaq islahatı aparılan zaman Teymur Qurbanova da torpaq sahəsi ayrılmış və mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Teymur Qurbanovun ata adı “Haqverdi” əvəzinə, səhvən “Allahverdi” kimi qeyd edilmişdir. O, təsdiq edir ki, Teymur Qurbanovun ata adı Haqverdi olmuşdur. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 20 aprel 2024-cü il tarixli 3- 16-5/8-62-252/2024 saylı arayışından surətindən görünür ki, X9 ilə X14 arasında 07 oktyabr 1963-cü il tarixdə nikah bağlanmış və Daşkəsən RİHB-nin Zağalı inzibati ərazi dairəsi üzrə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. Nikaha T.H.Qurbanovun 17 aprel 2013-cü ildə ölməsi (ölüm 19 aprel 2013-cü ildə 07 nömrəli akt qeydi ilə Daşkəsən rayon İHB-nin Zağalı İƏDÜN-də dövlət qeydiyyata alınmış), S.K.Qurbanovanın isə 10 sentyabr 2000-ci ildə ölməsi (ölüm 13 sentyabr 2000-ci ildə 08 nömrəli akt qeydi ilə Daşkəsən rayon İHB-nin Zağalı İƏDÜN-də dövlət qeydiyyata alınmış) ilə bağlı xitam verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1970-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X1, X3dır. Bu barədə Daşkəsən rayonu Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 06 aprel 1970-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-023 A KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakini X2 mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 aprel 2013-cü il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 19 aprel 2013-cü il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31 mart 2023-cü il tarixdə Şəmkir rayonu Könüllü kəndində ölmüşdür. Bu barədə Şəmkir rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 aprel 2023-cü il tarixdə 338 nömrə ilə qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci mаddəsinə əsаsən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 308-ci mаddəsinə əsаsən məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən еdə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq еdən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yахud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310-cu mаddəsinə əsаsən ərizədə həmin fаktın müəyyən еdilməsinin ərizəçiyə nə üçün lаzım оlduğu, hаbеlə lаzımi sənədləri ərizəçinin аlа bilməməsini, yахud itən sənədlərin bərpаsının mümkünsüzlüyünü təsdiq еdən sübutlаr gюstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair JN 023 A seriyalı KOD 50605028 olan şəhadətnamədə X4 ata adı “Haqverdi” əvəzinə, səhvən “Allahverdi” kimi yanlış qeyd olunması ərizəçinin izahatı və şahidlərin ifadələri, habelə işə əlavə olunmuş sənədlərlə, o cümlədən doğum və ölüm haqqında şəhadətnamələr ilə birmənalı təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 023 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,307-309 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 023 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-446/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-446/2025
15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver