Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-514/2023 01.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh X13 iştirakı ilə, İddiaçı cavabdeh X15 qarşı mirasın qəbul edilməsi və miras əmlak üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN Seriyalı KOD 50600068 olan Dövlət Aktına əsasən mərhum anası X1 miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,61 ha pay torpaq sahəsinə, valideynlərindən miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakın birinci növbədə vərəsə kimi qıəbul edilməsinin müəyyən eidlməsi və miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, xx xxxxx 1961-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu Çaxırlı kəndində anadan olmuşdur. X8, anası X9 olmuşdur. X8 ilə anası X9 1960-cı ildə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları, yəni o və bacısı X21 anadan olmuşdur. Onun və bacısının adına Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. X8 ilə anası X9 aralarındakı nikahı 05 fevral 1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qedyi ilə qeydə aldırmışlar. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar valideynləri Basarkeçər rayonu Çaxırlı kəndində yerləşən evlərini X10 məxsus olmuş, Daşkəsən rayonu Kəmərqaya (keçmiş Şarukar) kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə dəyişmişlər. Bununla bağlı X8 ilə X18 arasında 24 mart 1989-cu il tarixli 140/35 nömrəli icazə və 26 mart 1989cu il tarixli müqavilə bağlanmışdır. Bundan sonra valideynləri Ermənistan Respublikasından köçüb Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşmış, bu kənddə yaşayış yeri üzrə qeydiyyata düşüb vəfat edənədək orada yaşamışlar. Torpaq islahatı aparılan zaman Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1988-ci il tarixli 10 nömrəli qərarı ilə anası X4 Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisindən 0,61 ha pay torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN – 0014 Seriyalı KOD 50600068 nömrəli Dövlət Aktı yazılmışdır. Eyni zamanda, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1988-ci il tarixli 10 nömrəli qərarı ilə anası X4 Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisindən 0,12 ha həyətyanı sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 117A Seriyalı KOD 50600068 nömrəli Şəhadətnamə yazılmışdır. X8 21 iyun 1998-ci ildə, anası X9 02 mart 2017-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Valideynlərinin sağlığından ğlən bir günə kimi onlara baxmış, qayğısına qalmış, xəstəlindikləri zaman müalicə etdirmiş, dəfn və yas mərasimlərini keçirmiş, qəbirüstü baş daşını düzəltdirmişdir. O, valideynlərindən miras əmlaka sahiblik etmiş, qoruyub saxlamışdır. Valideynlərinin vəfatından xeyli müddət keçməsinə baxmayaraq, heç kim miras əmlakla maraqlanmamışlar. Hal-hazırda miras əmlakla bağlı cavabdeh olan bacısı ilə aralarında narazılıq yaranmışdır. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi mümkün olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətinə qlamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbi qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. X8 ilə anası X9 1960-cı ildə ailə qurmuşlar. Birgə yaşadıqları xx xxxxx 1961-ci ildə İddiaçı, xx xxxx 1966-cı ildə isə o, anadan olmuşdur. X8 ilə anası X9 aralarındakı nikahı 05 fevral 1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qedyi ilə qeydə aldırmışlar. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar valideynləri Basarkeçər rayonu Çaxırlı kəndində yerləşən evlərini X10 məxsus olmuş, Daşkəsən rayonu Kəmərqaya (keçmiş Şarukar) kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə dəyişmişlər. Bununla bağlı X8 ilə X18 arasında 24 mart 1989-cu il tarixli 140/35 nömrəli icazə və 26 mart 1989-cu il tarixli müqavilə bağlanmışdır. Bundan sonra valideynləri Ermənistan Respublikasından köçüb Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşmış, bu kənddə yaşayış yeri üzrə qeydiyyata düşüb vəfat edənədək orada yaşamışlar. Torpaq islahatı aparılan zaman Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1988-ci il tarixli 10 nömrəli qərarı ilə anası X4 Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisindən 0,61 ha pay torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN Seriyalı KOD 50600068 nömrəli Dövlət Aktı yazılmışdır. Eyni zamanda, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1988-ci il tarixli 10 nömrəli qərarı ilə anası X4 Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisindən 0,12 ha həyətyanı sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 117A Seriyalı KOD 50600068 nömrəli Şəhadətnamə yazılmışdır. X8 21 iyun 1998-ci ildə, anası X9 02 mart 2017-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. İddiaçı valideynlərinin sağlığından ğlən bir günə kimi onlara baxmış, qayğısına qalmış, xəstəlindikləri zaman müalicə etdirmiş, dəfn və yas mərasimlərini keçirmiş, qəbirüstü baş daşını düzəltdirmiş, valideynlərindən miras əmlaka sahiblik etmiş, qoruyub saxlamışdır. O, vaıideynlərindən miras qalmış əmlakdan ona düşən paydan İddiaçı xeyrinə imtina edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X5 arasında 05 fevral 1934-cü il tarixdə nikah bağlanmış və Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1961-ci ildə Ermənistan SSR Basarkeçər rayonunun Çaxırlı kəndində anadan olmuşdur. X8, anası X6r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 12 iyul 2023-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 xx xxxx 1966-cı ildə Ermənistan SSR Basarkeçər rayonunun Çaxırlı kəndində anadan olmuşdur. X8, anası X6r. Bu barədə Ermənistan SSR Basarkeçər rayonunun Çaxırlı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 04 mart 1966-cı il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X20 arasında 02 iyul 1985-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 57 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Səfərova soyadı verilmişdir. İşə əlavə edilmiş 24 marat 1989-cu il taroixli 148/35 nömrəli icazə və 26 mart 1989cu il tarixli müqavilənin surətindən görünür ki, X16 Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evini X10 məxsus olmuş, Daşkəsən rayonu Kəmərqaya (keçmiş Şarukar) kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 50 kv.metr olan, 2 otaqlı fərdi yaşayış evi ilə dəyişmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0014 Seriyalı Kod 50600068 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Daşkləsən rayonu Kəmərqaya kənd sakini X7 Daşkləsən rayonu Kəmərqaya kəndi ətrazisindən 0,61 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 iyun 1998-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən RİHB-nin Kəmərqaya kənd İƏDÜN-də ölüm haqqında akt qeydləri kitanbında 21 iyun 1998-ci il tarixdə 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 mart 2007-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən RİHB-nin Kəmərqaya kənd İƏDÜN-də ölüm haqqında akt qeydləri kitanbında 03 mart 2007-ci il tarixdə 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat ofisinin 17 fevral 2023-cü il tarixli 22 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbəli vərəsələr tələb olunur. İddiaçı doğum haqqında şəhadətnaməsi olmaması və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras payı faktiki qəbul edilməməsi və miras payın qəbulu üçün tələb olunan altı ay keçməsi səbəbindəın miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bvağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 26 oktyabr 2023-cü il tarixli 3- 16-5/8-xx-xx/2023 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 26 oktyabr 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yovlama aparılmış və 1934-cü ildə Ermənistan Respublikası Vardenis rayonu Bahar kəındində doğulmuş X2 ailə üzüvü qızı – xx xxxxx 1961-ci il təvəlüdlü İddiaçı aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli 3-21-3-33/5-8976/2023 saylı məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X9 adına Daşkəsən rayonu Kəmərqaya kəndində ləğv edilmiş DTXK-nin Daşkəsən rayon şöbəsi tərəfindənb 01 iyul 2004-cü il tarixdə Daşkəsən rayon X12 08 iyul 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən JN:0014, KOD 50600068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və JN;1017, KOD 50600068 nömrəli “Torğaın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. X16 adına 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, heç bir qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşə əlavə olunmuş X14 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddianı qəbul edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərfəli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1-152.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində sərəncam verməkl hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeüydiyyatı tarixindən əmələ gəlir. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qotunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyayadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi səhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, qrtım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə baxışında işə əlavə olunmuş sənədlər, habelə işin digər faktiki halları ilə müəyyən edildi ki, İddiaçı X8 ilə anası X9 1960-cı ildə ailə qurmuşlar. Birgə yaşadıqları xx xxxxx 1961-ci ildə İddiaçı, xx xxxx 1966-cı ildə Abbasova (Cəfərova) Əsli Şahlar qızı Ermənistan SSR Basarkeçər rayonunu Çaxırlı kəndində andan olmuşdur. İddisaçının X8 ilə anası X9 aralarındakı nikahı 05 fevral 1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kənd sovetində 03 nömrəli akt qedyi ilə qeydə aldırmışlar. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar iddiaçının valideynləri Ermənistan SSR Basarkeçər rayonu Çaxırlı kəndində yerləşən evlərini X10 məxsus olmuş, Daşkəsən rayonu Kəmərqaya (keçmiş Şarukar) kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 50 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi ilə dəyişmişlər. Bununla bağlı X16 ilə X18 arasında 24 mart 1989-cu il tarixli 140/35 nömrəli icazə və 26 mart 1989cu il tarixli müqavilə bağlanmışdır. Bundan sonra iddiaçının valideynləri Ermənistan Respublikasından köçüb Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşmış, bu kənddə yaşayış yeri üzrə qeydiyyata düşüb vəfat edənədək orada yaşamışlar. Torpaq islahatı aparılan zaman Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1988-ci il tarixli 10 nömrəli qərarı ilə X7 Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisindən 0,61 ha pay torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN Seriyalı KOD 50600068 nömrəli Dövlət Aktı yazılmışdır. Eyni zamanda, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1988-ci il tarixli 10 nömrəli qərarı ilə anası X4 Daşkəsən rayonu Kəmərqaya kəndi ərazisindən 0,12 ha həyətyanı sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 117A Seriyalı KOD 50600068 nömrəli Şəhadətnamə yazılmışdır. İddiaçının X8 21 iyun 1998-ci ildə, anası X9 02 mart 2017-ci ildə Daşkəsən rayonu Kəmərqaya kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli 3-21-3-33/5-8976/2023 saylı məktubundan göründüyü kimi 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X9 adına Daşkəsən rayonu Kəmərqaya kəndində ləğv edilmiş DTXK-nin Daşkəsən rayon şöbəsi tərəfindənb 01 iyul 2004-cü il tarixdə Daşkəsən rayon X12 08 iyul 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən JN:0014, KOD 50600068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və JN;1017, KOD 50600068 nömrəli “Torğaın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. X16 adına 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, heç bir qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı mərhum valideynlərindən miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın birinci növbədə vərəsə kimi qəbul etməyinin müəyyən olunması və miras əmlak üzərində vərəsəlik hüququnun tanınmasını tələb etsə də, qeyd edilən fərdi yaşayış evinin mərhum valideynlərindən qalmış miras kütləsinə daxil olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Odur ki, qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olaraq mirasın açıldığı vaxt 02 mart 2007-ci il, mirasın açılma yeri isə Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,61 ha pay və 0,12 ha həyətyanı torpaq sahəsi hesab olunur. AR MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilməmişdir. Ona görə də mübahisənin həllində qanun üzrə vərəsəliyi nizama salan maddi hüquq normaları tədbiq olunmalıdır. AR MM-nin 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan X3 birinci növbədə vərəsələri əri X16 21 iyun 1998-ci ildə vəfat etmişdir. Qızları – İddiaçı və Cavabdehdır. AR MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. AR MM-in 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki hallarından göründüyü kimi, miras qoyanın vərəsələrindən heç kim mirasın açıldığı vaxtdan üç ay ərzində mirası qəbul etməsi barədə ərizə ilə ərazi üzrə notariat kontoruna müraciət etməmişdir. Bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Ona görə də, mubahisənin həlli üçün mirası faktiki qəbul edən şəxslərin dairəsi müəyyən edilməlidir. AR MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, birinci növbə vərəsələrdən yalnız qızı İddiaçı miras qoyanla ümumi təsərrüfat aparmış, miras qoyanın hər cür qayğısına qalmış, miras qoyan vəfat edərkən dəfn və hüzür mərasiminin keçirilməsini təşkil etmiş, miras qoyanın vəfatından sonra da, miras əmlakı qoruyub saxlamış, ona sahiblik etməklə idarə etmişdir. Bununla da, İddiaçı mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mərhumun vərəsəsi Cavabdeh miras əmlakdan ona düşən paydan digər vərəsənin, yəni İddiaçı xeyrinə imtina etmişdir. Vərəsəlik haqqında münasibətləri nizama salan maddi hüquq normalarına uyğun olaraq mirası qəbul etməmiş vərəsənin miras əmlakdan imtina edib-etməməsi heç bir hüquqi nəticə doğurmasa da, məhkəmə hesab edir ki, sağ qalan digər vərəsələrin belə bir müraciəti mirası qəbul etmiş vərəsə İddiaçı xeyrinə olan müsbət münasibət kimi qiymətləndirilməlidir. Hazırda sözügedən daşınmaz əmlaka mülkiyyət və ya ondan pay hüququnu iddia edən başqa heç kəs yoxdur. Azərbaycan Respublikası MM-nin 245-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olub həmin sahədə yerləşən bina və ya qurguya mülkiyyət hüququ əldə edən başqa şəxs müvafiq torpaq sahəsinə də mülkiyyət hüququnu əldə etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2. maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 21.1. maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.3-cü maddələrinə müvafiq olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN – 0014 Seriyalı KOD 50600068 olan Dövlət Aktına əsasən mərhum X1 miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,61 ha pay torpaq sahəsinin və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 117A Seriyalı KOD 50600068 olan Şəhadətnaməyə əsasən mərhum X1 miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN – 0014 Seriyalı KOD 50600068 olan Dövlət Aktına əsasən mərhum X1 miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,61 ha pay torpaq sahəsinin və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 117A Seriyalı KOD 50600068 olan Şəhadətnaməyə əsasən mərhum X1 miras qalmış Daşkəsən rayonu Kəmərqaya kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-514/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-514/2023
01.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver