Məhkəmə qərarları › İş №2(030)-518/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-518/2024

12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-518/2024 12.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 038A kod 50605028 olan Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə adlar səhv yazıldığından həmin sənədin ona, yəni Ərizəçi və X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi ərizəsini təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib sübutlara hüquqi qiymət verib, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 10 sentyabr 2024-cü il tarixli 3-21-3-33/2-9254/2024 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin, faktiki torpaq sahəsinin yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan 6 kV-luq) elektrik xəttinin mühafizə zonasına düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi daşınmaz əmlakın qeydə alınmasından imtina Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən adların səhv yazılması ilə bağlı olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin imtina məktubunda göstərmiş olduğu məsələlər inzibati məhkəmənin icraatına xas olan mübahisənin predmetinə aiddir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ərizəçiyə izah olunur ki, yaranmış mübahisə ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar