Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-546/2024 14.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1nə qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəylik bələdiyyəsi ilə X1 arasında bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 07 oktyabr 2013-cü il tarixli 02 nömrəli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və Yuxarı-Daşkəsən bələdiyyəsi ilə X1 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 13 may 2013-cü il tarixli 02 nömrəli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işin başqa vaxta təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İşə əlavə edilmiş 30 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 100 manat dövlət rüsumu ödəməli olduğu halda, 20 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında dövlət rüsumunun ödənilməmiş 80 manat hissəsinin növbəti məhkəmə iclasınadək, yəni xx.xx.2024-cü il tarixədək ödəməli olması iddiaçının nəzərinə çatdırılmışdır. Həmin tarixə təyin olunmuş məhkəmə iclasına iddiaçı gəlməmiş, ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İddiaçı təkrarən məhkəməyə gəlməyərək və teleqramla məhkəməyə müraciət edərək işin başqa vaxta təyin olunmasını xahiş etmişdir. Lakin, iddiaçı bu vaxta qədər dövlət rüsumunun ödənilməmiş hissəsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Possesual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci ərizəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Possesual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: imKənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-546/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-546/2024
14.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver