Məhkəmə qərarları › İş №2(030)-554/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-554/2025

24.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-554/2025 24.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Həsənova (Cabbarova) Maral Qulu qızı və Cavabdeh9 qarşı miras əmlakın faktiki qəbul olunması, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Həsənova (Cabbarova) Maral Qulu qızı və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2004-cü ildə vəfat etmiş atasıX8 adına Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,52 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi, vərəsəliyin müəyyən edilməsi və həmin mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X4 ilə anası X5 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 10 övladları doğulmuşdur. Valideynləri 1992-ci ilə rəsmi olaraq boşanmışlar. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 01 saylı qərarı ilə Daşkəsən rayonu Xoşbulaq kənd sakini X8 mülkiyyətinə Xoşbulaq kəndi ərazisindən 0,52 ha pay torpaq sahəsi verilmiş və Qulu Həsənpovun adına “Torpağa mülkiyyət hüququna dair” JN- 0053 Seriyalı KOD 50605028 olan Dövlət Aktı yazılmışdır. X4 27 sentyabr 2004-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,52 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Atasının sağlığndan ölən bir günə kimi ona baxmış, qayğısına qalmış, xəstələndikdə müalicə etdirmişdir. 2015-ci ildə digər vərəsələr olan cavabdehlər onlara düşən miras paydan onun xeyrinə imtina etmişlər. Lakin sənədləri itirdiyi üçün məhkəməyə müraciət edə bilməmiş, qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bu səbəbdən də 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Digər vərəsələr miras əmlakdan onun xeyrinə imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh9 iddia tələbi qəbul edərək izahatında göstərmişdir ki, mərhum X4ndan miras qalmış əmlakdan qardaşı İddiaçı qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər, mirasla bağlı mübahisə mövcud deyildir. Məhkəmə iclasının yeri və vaxt barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Həsənova (Cabbarova) Maral Qulu qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası mülki prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0053 Seriyalı KOD 50605028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 01 saylı qərarı ilə Daşkəsən rayonu Xoşbulaq kənd sakini X8 mülkiyyətinə Xoşbulaq kəndi ərazisindən 0,52 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 11 noyabr 1956-cə ildə Xanlar rayonu Xoşbulaq kəndində doğulmuşdur. X4, anası X2r. Bu barədə Xanlar rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitablnda 24 iyun 1963-cü il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx xxxx 1984-cü ildə Kirovabad şəhərində doğulmuşdur. X4, anası X2r. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitablnda 04 aprel 1984-cü il tarixdə 838 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 21 oktyabr 2016-cı il tarixli 478970 nömrəli arayışından görünür ki, X12 və X5 ilə olan nikah ləğv edilmişdir. Bu barədə X3 Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 iyul 1992-ci ildə 163 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 sentyabr 2004-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVAQQ şöbəsində ölüm haqqında akt qeydləri kitablnda 19 sentyabr 2004-cü il tarixdə 708 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda 23 iyun 2015-ci ildə təsdiq edilmiş 7E-29469 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh7 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Ölümümndən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlkadan ona düşən payı nə ərziə nə də faktiki qəbul etməmişdir. Etmək fikri də yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda 23 iyun 2015-ci ildə təsdiq edilmiş 7E-29470 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlkadan ona düşən payı nə ərziə, nə də faktiki qəbul etməmişdir. Etmək fikri də yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda 23 iyun 2015-ci ildə təsdiq edilmiş 7E-29471 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh5 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlkadan ona düşən payı nə ərziə, nə də faktiki qəbul etməmişdir. Etmək fikri də yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş 1 saylı Gəncə regioanl “ASAN xidmət” mərkəzində notariat kontorunda 05 may 2015-ci ildə təsdiq edilmiş 8İ-12105 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh3 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Ölümündən sonra haradan yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlkadan ona düşən payı nə ərziə, nə də faktiki qəbul etməmişdir. Etmək fikri də yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş 1 saylı Gəncə regioanl “ASAN xidmət” mərkəzində notariat kontorunda 16 iyun 2015-ci ildə təsdiq edilmiş 8İ-15888 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh8 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Ölümündən sonra haradan yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlkadan ona düşən payı nə ərziə, nə də faktiki qəbul etməmişdir. Etmək fikri də yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş Rusiya Federasiyası Çelyabinski vilayəti MİAS şəhər notariusunda 06 avqust 2015-ci ildə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Mirasın qəbul edilməsi üçün müəyyən olunmuş altı aylıq müddət ərzində qeyd olunan ünvanda yaşamamışdır. Qanunla müəyyən olunmuş müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına ərizə ilə müraciət etməmiş və bu hal ondan asılı olmayan səbəblərdən irəli gəlmir. Bu səbəbdən atasının mirasını qəbul etməkdən imtina etmişdir. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda 19 may 2018-ci ildə təsdiq edilmiş 7E-20684 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh6 X4 27 sentyabr 2004-cü ildə ölmüşdür. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlkadan ona çatası miras payı qanununla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 fevral 2017-ci il tarixli 33 nömrəli arayışından görünür ki, İddiaçı mərhum atası X1 rayonu Xoşbulaq kəndində vəfat etdiyi günədək qeydiyyatda olmuş və JN 0053 seriyalı KOD50605028 nömrəli Dövlət Aktı ilə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkzəində notariat ofisinin 19 iyun 2025-ci il tarixli 1775 nömrəli məktubundan görünür ki, Azərbaycan respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, mirasın qəbul müddəti keçmişdir. Ona görə də, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş 11 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı X4 ilə anası X5 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 10 övladları doğulmuşdur. İddiaçının valideynləri arasındakı nikah 16 iyul 1992-ci il tarixdə ləğv edilmişdir. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 01 saylı qərarı ilə X8 mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,52 ha pay torpaq sahəsi verilmiş və Qulu Həsənovun adına “Torpağa mülkiyyət hüququna dair” JN- 0053 Seriyalı KOD 50605028 olan Dövlət Aktı yazılmışdır. X12 27 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra 10 övladı oğlanları - İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, qızları -Cavabdeh4, Cavabdeh7 və Həsənova (Cabbarova) Maral Qulu qızı vərəsə olmuşlar. Onlardan heç birinin adına vəsiyyətnamə verilməmişdir. İddiaçının qardaş və bacılar ailə qurduqdan sonra başqa yaşayış sahəsinə köçmüşlər. Miras qoyan vəfat edəndən sonra ona məxsus olmuş Xoşbulaq kəndində yerləşən 0,52 ha həyətyanı torpaq sahəsinə oğlu İddiaçı sahib çıxaraq əmlakdan istifadə və təsərrüfatı idarə etməyi davam etdirmişdir. Sözügedən torpaq sahəsinə vərəsəlik, mirasdan pay və ya mülkiyyət hüququnu iddia edən başqa heç bir şəxs olmamışdır. Birinci növbəli digər vərəsələrin notarial qaydada təsdiq edilmiş ərizələrinin məzmunundan göründüyü kimi mirası qəbul etməmişlər və yaxud miras əmlakdakı öz paylarından imtina etmişlər. Odur ki, miras əmlak olan torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilmiş olması təsdiqini tapmış olur. İddia tələbinin mülkiyyət hüququnun tanınması hissəsi dair məhkəmə qeyd edir ki, mülkiyyət hüququ bu barədə müvafiq sənədin verilməsi ilə rəsmiləşir. Hazırkı iş üzrə cavabdehlər mülkiyyət hüququnu təsdiq edən sənədin veerilməsində səlahiyyətli deyildirlər. Məhkəmənin müəyyən etdiyi hal vərəsə tərəfindən mirasın qəbul edilmiş olmasının müəyyən edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Yuxarıda istinad edilən Mülki Məcəllənin 1159.1.1-ci maddəsininn mənasına uyğun olaraq, konkret halda miras qoyan X6 Həsənov onun qanun üzrə birinci növbəli vərəsəsi hesab olunur. Onların oğlu İddiaçı mərhumdan miras qalmış əmlakı vərəsə kimi faktik olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3. kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0053 Seriyalı KOD 50605028 olan Dövlət Aktına əsasən X9 məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,52 ha pay torpaq sahəsinin miras kimi İddiaçı tərəfindən qəbul edilmiş olması müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar