Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-556/2025 06.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X23 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı, Cavabdeh3 Məhəmməd qızı və Cavabdeh2 Muxtar qızına qarşı miras əmlakın fakitki qəbul olunması, vərəsəliyin müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı, Cavabdeh3 Məhəmməd qızı və Cavabdeh2 Muxtar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN 273 Seriyalı KOD 50605028 olan Dövlət Aktına əsasən 24 noyabr 2013-cü il tarixdə məhrum X4ndan miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi, vərəsəliyin müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş 0,46 ha həyətyanı torpaq sahəsinin və **********35-10301 reyestr nömrəli fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin mülklərə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxx 1976-cı ildə Daşkəsən rayonunda doğulmuşdur. X3 ilə anası Cavabdeh2 Muxtar qızı aralarındakı nikahı 14 aprel 1962-ci ildə Daşkəsən rayon Zağalı kənd sovetində 17 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Ailədə beş uşaq üç bacı, iki qardaş olmuşlar. X12 və Cavabdeh2 Muxtar qızının birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,46 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN 157A Seriyalı KOD 50605028 olan Şəhadətnamə yazılmışdır. X4 24 noyabr 2013-cü ildə, qardaşı X18 21 iyun 2024-cü ildə, bacısı X7 04 avqust 2024-cü ildə vəfat etmişdir. Atasından miras qalmış əmlakdan digər vərəsələr onlara düşən paydan onun xeyrinə imtina etmişdir. Miras əmlaka vərəsəlik hüququ əldə etmək üçün aidiyyəti orqana müraciət etdikdə qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün imtina edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 Məhəmməd qızı, Cavabdeh3 Məhəmməd qızı və Cavabdeh2 Muxtar qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X5 arasında 14 aprel 1962-cı il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Zağalı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-273 Seriyalı KOD 50605028 olan Dövlət Aktın surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X17 və Cavabdeh2 Muxtar qızının paylı mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,62 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-157A Seriyalı KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X12 və Cavabdeh2 Muxtar qızının birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,46 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 01 avqust 2018-ci il tarixli **********96 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, torpaq sahəsinə dair təqdim edilmiş bölgü planında olan ölçülərlə torpaq sahəsinin faktiki ölçüləri arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbbədən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 03 dekabr 2011-ci il tarixli 319 inventar nömrəli Fərdi Yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,18 ha torpaq sahəsində olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X10 adına **********35- 10301 reyestr nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əsas: Daşkəsən rayon DNK-nun xx.xx.2011-ci il tarixli 4Ə-2-234 və 4Ə-2-235 reyestr nömrəli alqı-satqı müqaviləsi. İşə əlavə edilmiş Daşkəsən rayon dövlət notariat kontorunda təsdiq edilmiş 10 iyul 2012-ci il tarixli 4Ə-1-128 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Gəncə Ərazi İdarəsinin 03 iyul 2012-ci il tarixdə verilmiş 846 nömrəli arayışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində mülkiyyətində olan “A” lit. Ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 30,4 kv.m, yardımçı sahəsi 46,1 kv.m olan 2 otaq, tövlə - ümumi sahəsi 117 kv.metrdən ibarət yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin 0,075 ha hissəsi X13 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 24 noyabr 2013-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 02 dekabr 2013-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 21 iyun 2024-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 16 iyul 2024-cü il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 avqust 2024-cü ildə Bakı şəhəri Xətai rayonunda ölmüşdür. Bu barədə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 26 avqust 2024-cü il tarixdə 965 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat ofisinin 08 aprel 2025-ci il tarixli 42 nömrəli məktubundan görünür ki, mərhum X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən miras payın faktiki qəbul edilməməsi və miras payın qəbulu üçün tələb olunan altı ay müddətin keçməsi səbəbindən miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 28 aprel 2025-ci il tarixli 8İ-5011 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 atası - X11 24 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmişdir. İşə əlavə edilmiş Gəncə şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 28 aprel 2025-ci il tarixli 8İ-5012 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh2 Muxtar qızı əri - X11 24 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibraət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN 273 Seriyalı KOD 50605028 olan Dövlət Aktına əsasən X17 və Cavabdeh2 Muxtar qızının mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,62 ha pay və Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-157A Seriyalı KOD 50605028 olan Şəhadətnaməyə əsasən X12 və Cavabdeh2 Muxtar qızının mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,46 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 adı “Məmməd” əvəzinə, səhvən “Məhəmməd” kimi qeyd olunmuşdur. Daşkəsən rayon dövlət notariat kontorunda təsdiq edilmiş 10 iyul 2012-ci il tarixli 4Ə-1-128 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X17 fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin 0,075 ha hissəsi X2. Məmməd Rzayev 24 noyabr 2012-ci ildə vəfat edərkən onun arvadı Cavabdeh2 Muxtar qızı, 2 oğlu X18 və İddiaçı, 3 qızı – Cavabdeh1, Cavabdeh3 Məhəmməd qızı və X7 vərəsə olmuşlar, mərhumun oğlu X18 21 iyun 2024-cü ildə, qızı X7 04 avqust 2024-cü ildə vəfat etmişdir. Onlardan heç birinin adına vəsiyyətnamə verilməmişdir. Miras qoyan Məmməd Rzayev vəfat edəndən sonra ona məxsus olmuş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,10 ha həyətyanı, 0,62 ha pay torpaq sahəsinə və fərdi yaşayış evinə oğlu İddiaçı sahib çıxaraq əmlakdan istifadə və təsərrüfatı idarə etməyi davam etdirmişdir. Sözügedən torpaq sahəsinə vərəsəlik, mirasdan pay və ya mülkiyyət hüququnu iddia edən başqa heç bir şəxs olmamış və yoxdur. İşdə olan ərizələrdən görünür ki, hal-hazırda sağ olan qanun üzrə birinci növbəli vərəsələr Cavabdeh2 və Dilarə Məmmədova miras əmlakdakı öz paylarından imtina etmişlər. Ərizəçi vərəsəlik hüququ şəhadətnamə almaq üçün Daşkəsən rayon Notariat ofisinə müraciət etmiş, ərizəçiyə qanunla müəyyən edilmiş müddət ötürdüyü üçün məhkəmə müraciət etməsi izah edilmişdir. Hazırda Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Yuxarıda istinad edilən Mülki Məcəllənin 1159.1.1-ci maddəsininn mənasına uyğun olaraq, konkret halda miras qoyan X8 Rzayev onun qanun üzrə birinci növbəli vərəsəsi hesab olunur. Onun oğlu İddiaçı mərhumdan miras qalmış əmlakı vərəsə kimi faktik olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən X14 məxsus olmuş ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 30,4 kv.m, yardımçı sahəsi 46,1 kv.m olan 2 otaqlı yaşayış evinin və onun yerləşdiyi 1050 kv.m torpaq sahəsinin miras kimi İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-556/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-556/2025
06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver