Məhkəmə qərarları › İş №2(030)-56/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-56/2024

22.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-56/2024 22.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əriəzçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 noyabr 2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu 16 noyabr 2004-cü il təvəllüdlü X6 anadangəlmə ruhi xəstə olmaqla ona əvvəllər müavinət, sonra isə İ qrup əlillik dərəcəsi təyin edimiş, ona ağır dərəcəli əqli gerilik İQ20 diaqnozu qoyulmuşdur. Oğlu öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Oğlu Aminə qəyyum təyin edilməsinə ehtiyac vardır. Qəyyumluq təyin edilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə müracaiət etsə də, ona bununla əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilən faktın məhkəmədən kənar qaydada təmin edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısınınm Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 noyabr 2004-cü ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində doğulmuşdur. Atası Ərizəçi, anası X3r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 05 iyul 2005-ci il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməısi barədə arayışdan görünür ki, 16 noyabr 2004-cü ildə doğulmuş X4 ağır dərəcəli əqli gerilik İQ20 diaqnozu qoyulmuş və birinci dərəcəli əllik verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının 06 oktyabr 2023-cü il tarixli 5-4212-751/2023 saylı məktubundan görünür ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edir. Qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçada (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, 16 noyabr 2004-cü il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik qulluq və müalicə təlbə olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 X2 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 avqust 2024-cü il tarixli 612 saylı rəyindən görünür ki, 16 noyabr 2004-cü ildə anadan olmuş X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. 16 noyabr 2004-cü ildə anadan olmuş X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. 16 noyabr 2004-cü ildə anadan olmuş X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edil ki, 16 noyabr 2004cü il təvəllüdlü X6 anadangəlmə ruhi xəstə olmaqla ona əvvəllər müavinət, sonra isə İ qrup əlillik dərəcəsi təyin edimiş, ona ağır dərəcəli əqli gerilik İQ20 diaqnozu qoyulmuş qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 X2 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 avqust 2024cü il tarixli 612 saylı rəyi ilə də təsdiq olunmuşdur ki, 16 noyabr 2004-cü ildə anadan olmuş X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT=10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. 16 noyabr 2004-cü ildə anadan olmuş X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT=10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. 16 noyabr 2004-cü ildə anadan olmuş X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı tələbi mülki qanunvericiliyinin tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə şərh olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını, o cümlədən işdə olan məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, 16 noyabr 2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 16 noyabr 2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar