Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-564/2023 20.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasın qəbul edilməsi və miras əmlak üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN – 155 Seriyalı KOD 50600038 olan Dövlət Aktına əsasən mərhum əri X2 miras qalmış Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,38 ha pay torpaq sahəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-174 olan Şəhadətnaməyə əsasən mərhum əri X2 miras qalmış Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın birinci növbədə vərəsə kimi qəbul etməyinin müəyyən olunması və miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1949-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan omuşdur. 1967-ci ildə X9 ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 5 övladları - xx xxxxxxxx 1968-ci ildə Cavabdeh1, xx xxxx 1970-ci ildə Cavabdeh2, xx xxxxxxx 1971-ci ildə X10, xx xxxx 1974-cü ildə Cavabdeh5 və xx xxx 1979-cu ildə Cavabdeh4 doğulmuşdur. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonu Quşçu kəndində məskunlaşmışdır. X9 ilə aralarındakı nikahı 08 aprel 1992-ci ildə Daşkəsən rayonu VVAQ şöbəsində 03 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1988-ci il tarixlio 09 nömrəli qərarı ilə X3na Daşkəsən rayonu Quşçu kəndi ərazisindən 0,38 ha pay torpaq sahəsi ayrılmış və “Torpağa mülkiyyət hüququna dair” JN-155 Seriyalı KOD 50600038 olan Dövlət Aktı verilmişdir. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1988-ci il tarixli 09 nömrəli qərarı ilə X3na Daşkəsən rayonu Quşçu kəndi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmış və “Torpağın mülkiyyət verilməsinə dair” JN-194F Seriyalı Şəhadətnamə verilmişdir. X3 12 dekabr 2016-cı ildə vəfat etmişdir. O, əri vəfat edənədək onunla birgə yaşamış, ona qulluq etmiş, vəfat etdikdə dəfnini təşkil etmiş, məzarının üstünü götürmüş və bununla bağlı bütün xərcləri təkbaşına çəkmişdir. Ərinin vəfatından sonra Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,38 ha pay torpaq sahəsinə və 0,03 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik açılmışdır. O, miras əmlaka sahiblik etmiş, qoruyub saxlamışdır. Ərinin vəfatından xeyli müddət keçməsinə baxmayaraq, övladlarından heç kim miras əmlakla maraqlanmamışlar. Hal-hazırda miras əmlakla bağlı cavabdeh olan övladları ilə aralarında narazılıq yaranmışdır. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi mümkün olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətinə qlamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 teleqramla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçıqulu qızı arasında 08 aprel 1992-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində nikhaın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 1968-ci ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. X1, anası İddiaçıqulu qızıdır. Bu barədə Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 1968-ci il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1970-ci ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. X1, anası İddiaçıqulu qızıdır. Bu barədə Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx xxxx 1970-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxxxxx 1971-ci ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. X1, anası İddiaçıqulu qızıdır. Bu barədə Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində doğum haqqında akt qeydləri kitabında 19 noyabr 1971-ci il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxx 1974-cü ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. X1, anası İddiaçıqulu qızıdır. Bu barədə Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx xxxx 1974-cü il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 xx xxx 1979-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. X1, anası İddiaçıqulu qızıdır. Bu barədə Ermənistan SSR Krasnoselo rayonu Cil kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx xxx 1979-cu il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 04 yanvar 1988-ci ildə Ermənistan SSR Çəmbərək rayonu Cil kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 29 iyul 2023-cü il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 12 dekabr 2016-cı ildə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən RİHB-nin Quşçu İƏDÜN-də ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2016-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 01 avqust 2023-cü il tarxili 3- 16-5/8-69-311/2023 saylı arayışının surətindən görünür ki, X9 01 iyul 1940-ci ildə Ermənistan Respublikası Çəmbərək rayonun Cil kəndində anadan olmuşdur. X5, anası X8r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində 01 avqust 2023-cü il tarixdə 04 nömrə ilə doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair JN-155 Seriyalı KOD 50600038 olan Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Aqrar islahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Daşkəsən rayonu Quşçu kənd sakini X6 Daşkəsən rayonu Quşçu kəndi ərazisindən 0,38 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzindəı Notariat ofisinin 05 noyabr 2022-ci il tarixli 2766 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edilməsi ilə açılır. Həmin Məcəllənin 1146 maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən, mirası ister qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəslər qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddətini keçirdiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbul faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 12 fevral 2023-cü il tarixli 8İ-5207 reyestr nömrəliu **********207 nömrəli ərizədən görünür ki, Cavabdeh1 Nürəddin oğlu 12 dekabr 2016-cı ildə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmiş, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş 1 saylı Sumqayıt regioanl “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 14 fevral 2023-cü il tarixli 8İ-5319 reyestr nömrəliu **********319 nömrəli ərizədən görünür ki, Cavabdeh2 Nürəddin oğlu 12 dekabr 2016-cı ildə vəfat etmiş X2 irs qalmış (yaşaış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüququndan ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023cü il tarixli 8İ-2263 reyestr nömrəliu **********263 nömrəli ərizədən görünür ki, Cavabdeh3 12 dekabr 2016-cı ildə vəfat etmiş X2 irs qalmış (yaşaış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüququndan ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. İşə əlavə edilmiş Gəncə şəhər 3 saylı notariat ofisində təsdiq edilmiş 02 mart 2023cü il tarixli 8İ-656 reyestr nömrəliu **********655 nömrəli ərizədən görünür ki, Cavabdeh5 12 dekabr 2016-cı ildə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmiş, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş Gəncə şəhər 3 saylı notariat ofisində təsdiq edilmiş 02 mart 2023cü il tarixli 8İ-549 reyestr nömrəliu **********549 nömrəli ərizədən görünür ki, Cavabdeh4 Nürəddin oğlu 12 dekabr 2016-cı ildə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmiş, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. Məhkəmə işdə olan sənədləri hərtərfəli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1-152.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində sərəncam verməkl hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeüydiyyatı tarixindən əmələ gəlir. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qotunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyayadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi səhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, qrtım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə baxışında işə əlavə olunmuş sənədlər, habelə işin digər faktiki halları ilə müəyyən edildi ki, İddiaçıqulu qızı ilə X9 faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları fövürdə xx xxxxxxxx 1968-ci ildə Cavabdeh1, xx xxxx 1970-ci ildə Cavabdeh2, 11 oktyuabr 1971-ci ildə X10, xx xxxx 1974-cü ildə Cavabdeh5 və xx xxx 1979-cu ildə Cavabdeh4 doğulmuşdur. 1988-ci ilin sonunda məlum hadisələrlə əlaqədar İddiaçıqulu qızı ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonu Quşçu kəndində məskunlaşmışdır. İddiaçıqulu qızı ilə X9 aralarındakı nikahı 08 aprel 1992-ci ildə Daşkəsən rayon VVAQ şöbəsində 03 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1988-ci il tarixlio 09 nömrəli qərarı ilə X6 Daşkəsən rayonu Quşçu kəndi ərazisindən 0,38 ha pay torpaq sahəsi ayrılmış və “Torpağa mülkiyyət hüququna dair” JN-155 Seriyalı KOD 50600038 olan Dövlət Aktı yazılmışdır. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1988-ci il tarixli 09 nömrəli qərarı ilə X6 Daşkəsən rayonu Quşçu kəndi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmış və “Torpağın mülkiyyət verilməsinə dair” JN-194F Seriyalı Şəhadətnamə yazılmışdır. X9 12 dekabr 2016-cı ildə vəfat etmişdir. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-174 olan Şəhadətnaməyə əsasən mərhum əri X2 miras qalmış Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın birinci növbədə vərəsə kimi qəbul etməyinin müəyyən olunması və miras əmlak üzərində vərəsəlik hüququnun tanınmasını tələb etsə də, qeyd edilən torpaq sahəsinin mərhum X6 məxsus olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Odur ki, qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olaraq mirasın açıldığı vaxt 12 dekabr 2016-cı il, mirasın açılma yeri isə Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,38 ha pay torpaq sahəsi hesab olunur. AR MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilməmişdir. Ona görə də mübahisənin həllində qanun üzrə vərəsəliyi nizama salan maddi hüquq normaları tədbiq olunmalıdır. AR MM-nin 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyan X4 birinci növbədə vərəsələri arvadı İddiaçı, oğlanları - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, qızları X11 və Cavabdeh5dır. AR MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. AR MM-in 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki hallarından göründüyü kimi, miras qoyanın vərəsələrindən heç kim mirasın açıldığı vaxtdan üç ay ərzində mirası qəbul etməsi barədə ərizə ilə ərazi üzrə notariat kontoruna müraciət etməmişdir. Bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Ona görə də, mubahisənin həlli üçün mirası faktiki qəbul edən şəxslərin dairəsi müəyyən edilməlidir. AR MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, birinci növbə vərəsələrdən yalnız arvadı İddiaçı miras qoyanla ümumi təsərrüfat aparmış, miras qoyanın hər cür qayğısına qalmış, miras qoyan vəfat edərkən dəfn və hüzür mərasiminin keçirilməsini təşkil etmiş, miras qoyanın vəfatından sonra da miras əmlakı qoruyub saxlamış, ona sahiblik etməklə idarə etmişdir. Bununla da, İddiaçı mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mərhumun vərəsələri Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4 və Cavabdeh5 miras əmlakdan onlara düşən paydan digər vərəsənin, yəni İddiaçı xeyrinə imtina etmişlər. Vərəsəlik haqqında münasibətləri nizama salan maddi hüquq normalarına uyğun olaraq mirası qəbul etməmiş vərəsənin miras əmlakdan imtina edib-etməməsi heç bir hüquqi nəticə doğurmasa da, məhkəmə hesab edir ki, sağ qalan digər vərəsələrin belə bir müraciəti mirası qəbul etmiş vərəsə İddiaçı xeyrinə olan müsbət münasibət kimi qiymətləndirilməlidir. Hazırda sözügedən daşınmaz əmlaka mülkiyyət və ya ondan pay hüququnu iddia edən başqa heç kəs yoxdur. Azərbaycan Respublikası MM-nin 245-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olub həmin sahədə yerləşən bina və ya qurguya mülkiyyət hüququ əldə edən başqa şəxs müvafiq torpaq sahəsinə də mülkiyyət hüququnu əldə etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2. maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 21.1. maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.3-cü maddələrinə müvafiq olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN – 155 Seriyalı KOD 50600038 olan Dövlət Aktına əsasən mərhum X2 miras qalmış Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,38 ha pay torpaq sahəsinin miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN – 155 Seriyalı KOD 50600038 olan Dövlət Aktına əsasən mərhum X2 miras qalmış Daşkəsən rayonu Quşçu kəndində yerləşən 0,38 ha pay torpaq sahəsinin miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-564/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-564/2023
20.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver