Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-573/2023 15.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Daşkəsən rayon Dövlət Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Daşkəsən rayon Dövlət Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası Daşkəsən Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 03 noyabr 2003-cü il tarixli 04 reyestr nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mərhum X6 miras qalmış Daşkəsən rayonu Gədəmiş kəndində yerləşən 35,6 kv.metr yaşayış və 19,0 kv.metr örtülü eyvanı olan fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1964-cü ildə Daşkəsən rayonu Gədəmiş kəndində anadan olmuşdur. X3, anası X11 olmuşdur. Əmisi X1 Zərəngiz Adil qızı ilə ailə qurmuş, birgə nikahlarından uşaqları olmamışdır. Daşkəsən rayonu Gədəmiş kəndində yerləşən fərdi yaşayış evi əmisi arvadı X9 məxsus olmuşdur. Azərbaycan Respublikası Daşkəsən Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 03 noyabr 2003-cü il tarixli 04 nömrəli reyestr nömrəli Qeydiyyat Vəsiqəsinə və 03 noyabr 2003-cü il tarixli 17 inventar nömrəli, 4-1511 qeydiyyat nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna” əsasən Daşkəsən rayonu Gədəmiş kəndində 35,6 kv.metr yaşayış, 19,0 kv.metr örtülü eyvandan ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. X8 övladı olamdığı üçün sağlığından ölən bir günədək onunla birgə yaşamışdır. O, Zərəngiz Abbasovanın qulluq etmiş, xəstələndiyi zaman müalicə xərclərini çəkmişdir. X10 20 dekabr 2001-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zinzahal inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş vəsiyyətnamə ilə özünə məxsus fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və digər əmlaklarını ona vəsiyyət etmişdir. X10 15 aprel 2017-ci ildə vəfat etmişdir. Zərəngiz Abbasovanın dəfnini təşkil etmiş, yas mərasimini keçirmiş, bununla bütün xərcləri tək başına çəkmişdir. Fakitkli olaraq miras əmlakı qəbul etmiş, qoruyub-saxlamış, əkib-becərmişdir. Miras əmlaka dair vərəsəlik hüququ əldə etmək üçün Daşkəsən rayon dövlət notariat ofisinə müraciət etməsinə baxmayaraq, qanunla təyin olunmuş iddia müddətini ötürdüyü üçün imtina edilmişdir. Qeyd olunan mübahisənin məhkəmədən kəınar qaydada həll edilməsi münük olmamışdır. Odur ki, yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İş üzrə Ərizəçi mərhum X6 miras qalmış Daşkəsən rayonu Gədəmiş kəndində yerləşən 35,6 kv.metr yaşayış və 19,0 kv.metr örtülü eyvanı olan fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, mərhum X8 ikinci növbəli vərəsəsi olan bacıları və qardaşlarının sag olub-olmaması, onların və övladlarının miras əmlakı qəbul edib-etməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılımalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Ərizəçi oğlu tərəfindən 25 avqust 2023-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə Ərizəçi oğluna qaytarılmalıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Daşkəsən rayon Dövlət Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-573/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-573/2023
15.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver