Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-58/2025 24.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X42 Hafiz oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, X23, X20 və X26) Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzilinə dair verilmiş Daşkəsən rayon Notariat kontorunun 06 fevral 2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 21 fevral 2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakın 1/3 hissəsinə payın tanınması, miras əmlakın təmirinə xərclədiyi 5000 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, X12, X23, X13 və X26) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Notariat kontorunun 06 fevral 2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X14 mənzildən ona düşən payının X15 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 21 fevral 2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlaka onun və cavabdehlər arasında 1/3 payla paylarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia tələbində dəyişiklik edərək Cavabdeh qarşı (üçüncü şəxslər Daşkəsən rayon notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, X23, X20 və X26) iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayon Notariat kontorunun 06 fevral 2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X14 mənzildən ona düşən payının X15 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 21 fevral 2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakın onun və cavabdehlər arasında 1/3 payla paylarının tanınması və miras əmlakın təmirinə xərclədiyi 5000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın yerləşdiyi ünvanı ünvan 1clasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili mərhum atasının adına olmuşdur. X5 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra miras əmlaka vərəslik açılmışdır. 06 fevral 2013-cü ildə mərhum atasının adına olan miras əmlaka dair anası X22 və Cavabdeh qanun üzrə vərəslik hüququ haqqında şəhadətnmə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mirasdan ona düşən payını X27 Cavabdeh bağışlamış, Cavabdeh da mənzilə dair öz adına çıxarış almışdır. Vərəsəlik şəhadətnaməsi alınan zaman onun adı notariusa təqdim edilmiş arayışlarda gizlədilmiş, bu da qanun üzrə vərəsə kimi hüququnu kobud şəkildə pozmuşdur. O, müəyyən illərdə İsraildə yaşamış olsa da, valideynlərinin yas mərasimlərinin təşkilində iştirak etmiş, pul vəsaiti xərcləmişdir. Həmçinin mənzilin təmirinə 5000 manat məbləğində pul xərcləmişdir. Valideynlərinin vəfatından sonra həmin mənzildə cavabdeh yaşamış olsa da, həmin vaxt münasibətləri yaxşı olduğundan buna etiraz etməmişdir. Lakin, mənzilin onun adına keçməsindən məlumatı olmamışdır. Şəhərdə yerləşən çayxana ilə aralarında mübahisə yarandıqdan sonra məlumatı olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, atası və anası ilə birgə daimi olaraq həmin mənzildə yaşamışdır. Onların vəfatından sonra da həmin mənzildə öz ailəsi ilə birgə yaşayır. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X20 izahatında göstərmişdir ki, tərəfələr onun doğma qardaşlarıdır. Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili mərhum atası Məmməd Cəfərova məxsus olmuş, atası vəfat etdikdən sonra qeyd edilən mənzilə dair anası Minayə Cəfərova və qardaşı Cavabdeh adına vərəsəlik açılmış, anası Minayə Cəfərova, o və digər bacı-qardaşlarına onlara düşən paydan imtina etmişlər. Sonradan anası qeyd edilən mənzili qardaşı Anara bağışlamışdır. Onun bu işlərdən məlumatı olmuşdur. Anası vəfat etdikdə qardaşı İddiaçı xarici ölkdə olmuş, dəfn üçün pul vəsaiti göndərmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X2 Ofilə Məhəmməd qızı ilə oxşar məzmunlu izahat verərək bildirmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili mərhum atası Məmməd Cəfərova məxsus olmuş, atası vəfat etdikdən sonra qeyd edilən mənzildə cavabdeh yaşasa da onların da mənzilin onun adına sənədləşməsi qanunsuz olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi və X26 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İşə əlavə olunmuş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X30 arasında 03 dekabr 1956-cı il tarixdə nikah bağlanmış və bu barədə Daşkəsən rayonu Çanaxçı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 may 1960-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X16r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 14 may 1960-ci ildə 225 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 10 avqust 1962-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X16r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 22 avqust 1962ci ildə 368 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 27 mart 1967-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X16r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 04 aprel 1967-ci ildə 103 nömrə iləı qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 23 fevral 1971-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X16r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 01 mart 1971-ci ildə 48 nömrə iləı qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1976-cı ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X16r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 28 noyabr 1976-cı ildə 384 nömrə iləı qeyd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2-463 reyestr nömrəli, 463 inventar nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 18 iyun 1993-cü il tarixli 257 nömrəli sərəncamına əsasən Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi bina 29 saylı binanın ümumi sahəsi 47,9 kv.m, yaşayış sahəsi 66,7 kv.m olan 3 otaqlı 15 saylı mənzili mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında sənədlərdən surətindən görünür ki, X10 10 iyul 2012-ci ildə, X27 xx.xx.2013-cü ildə vəfat etmişlər. İşə əlavə olunmuş Daşkəsən rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş 06 fevral 2013-cü il tarixli 2V-1-63 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2012-ci ildə vəfat etmiş X4 vərəsələri Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi ev 29, mənzil 15-də yaşayan – arvadı X27 və Cavabdehdur və onlar hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Daşkəsən rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1993-cü il tarixli 2-463 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 19 yanvar 2013-cü il tarixli 457 nömrəli arayışına əsasən Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 nömrəli binada yerləşən ümumi sahəsi 66,7 kv.m, yaşayış sahəsi 47,9 kv.m, yardımçı sahəsi 18,8 kv.m olan 3 otaqlı 15 nömrəli mənzildən ibarətdir. İşə əlavə olunmuş X27 tərəfindən Daşkəsən rayon Notariat kontoruna ünvanladığı ərizənin surətindən görünür ki, əri X6 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzilindən ibarətdir. Ondan başqa Məhəmməd Cəfərovun vərəsələri – oğlanları Cavabdeh, X23, X26, qızları X13 və X8r. İşə əlavə olunmuş Cavabdeh tərəfindən Daşkəsən rayon Notariat kontoruna ünvanladığı ərizədənin surətindən görünür ki, X1 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzilindən ibarətdir. Ondan başqa Məhəmməd Cəfərovun vərəsələri – arvadı X27, oğlanları X23, X26, qızları X13 və X8r. İşə əlavə olunmuş X12, X13, X23 və X17 ərizələrindən görünür ki, mərhum ataları X6 10 iyul 2012-ci ildə vəfat etmişdir. Onun Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı binanın 15 saylı mənzili miras qalmışdır. Onlar həmin ünvanında qeydiyyatda deyillər, yaşamırlar, qanunla müəyyən edilmiş müddət ərzində onlara çatası miras payı qəbul etməmişlər. Odur ki, gələcəkdə müddətin bərpası ilə bağlı məhkəmə qaydasında iddiaları olmayacaqdır. İşə əlavə olunmuş Daşkəsən rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş 06 fevral 2013-cü il tarixli 3M-1-2 reyestr nömrəli miras payın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı binaın 15 saylı mənzilində yaşayan X27 və Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı binaın 15 saylı mənzilində yaşayan Cavabdeh həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: X3 rayon DNK-nun xx.xx.2013-cü il tarixli 2V-1-63 saylı şəhadətnaməsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Əİ-nin xx.xx.2013-cü il tarixli 457 nömrəli arayışına əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 nömrəli binada yerləşən ümumi sahəsi 66,7 kv.m, yaşayış sahəsi 47,9 kv.m, yardımçı sahəsi 18,8 kv.m olan 3 otaqlı 15 nömrəli mənzildə ona məxsus miras payını oğlu Cavabdeh bağışlamışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********83-05101-093025 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhrum X10 10 iyul 2012-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci tarixdən sonra qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi məsələsi mirasla bağlı yaranan hüquq münasibətlərində mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də, vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona pay bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Miras qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərədə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya ənlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirir. İşin halları ilə müəyyən olunur ki, miras qoyan X4 10 iyul 2012-ci il tarixdə vəfatından sonra onun oğlu Cavabdeh və arvadı X3 şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili olan miras mülkdə yaşayaraq mirası faktiki olaraq qəbul etmiş, eyni zamanda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş qaydada notariat kontoruna mirasın qəbulu ilə bağlı yazılı müraciət etmişlər. İddiaçı isə miras qalmış mənzildən ibarət əmlakı nə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmiş, bununla da mirasdan pay almaq hüququna malik olmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, bir halda ki iddiaçı mirası qəbul etməmiş və mirasdan pay almaq hüququna malik olmamışdır, belə olan vəziyyətdə o, həmin mənzil ilə bağlı olaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, təsdiqlənmiş bağışlama müqaviləsini, həmçinin mənzil üzərində qeydə alımış hüquqlar barədə çıxarışı mübahisələndirməkdə subyektiv hüquqa malik deyildir. Çünki, iddiaçı əmlak üzərində hüquqlara sahib olmadığından həmin əmlakla bağlı müqavilənin bağlanması və digər sənədlərin verilməsi onun hüquqlarının pozulmasına səbəb ola bilməzdi. Belə ki, öncə hüquq yaranmalı və mövcud olmalıdır ki, onun pozulması halı da baş vermiş olsun. Mövcud olmayan hüququn pozulmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin iddiaçının mübahisə predmetinə aid mənzilin təmirinə hər hansı məbləğdə xərc çəkmiş olması da sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3-cü maddəsinin tələbinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-58/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-58/2025
24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver