Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-584/2023 06.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin məcburi icra edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 04 iyul 2022-ci il tarixli 19335 nömrəli barışıq sazişinin məcburi icrası ilə bağlı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahat verib göstərmişdir ki, cavabdeh Maraqlı şəxs ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 14 aprel 2009-cu ildə Elbəy, 27 iyun 2011-ci ildə Səma və 11 sentyabr 2012-ci ildə Elnur adlı üç uşaqları anadan olmuşdur. Aralarındakı nikahı 02 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 100 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. 2021-ci ildən fakitki olaraq ayrılmışlar. Aralarında olan narazılığa görə ayrılmışılar. Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-386/2022 ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. “Aliment tələbi” ilə Mediasiya Şurasına müraciət etmiş, onunla cavabdeh Maraqlı şəxs ilə arasında 19 aprel 2009-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, 27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3 onun yanında qalması və 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05 tarixində azyaşlı uşaqların yetkinlik yaşına çatanadək (27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3) hər bir uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəcəyi barədə razılıq əldə olunmuş, bu barədə 04 iyul 2022-ci il tarixli 19335 nömrəli “Barışıq sazişi” bağlanmışdır. Lakin saziş bağlandığı gündən hal-hazıradək cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. “Barışıq sazişi” 04 iyul 2022-ci il tarixdə bağlanmış, sazişin könüllü icrası üçün müəyyən olunmuş müddət keçməsinə baxmayaraq, aliment ala bilməmişdir. Maddi imkanı aşağı olduğundan uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş emtişdir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi qəbul edərək izahatında göstərmişdir ki, Ərizəçi ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 14 aprel 2009-cu ildə Elbəy, 27 iyun 2011-ci ildə Səma və 11 sentyabr 2012-ci ildə Elnur adlı üç uşaqları anadan olmuşdur. Aralarındakı nikahı 02 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 100 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. 2021-ci ildən fakitki olaraq ayrılmışlar. Aralarında olan narazılığa görə ayrılmışılar. Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-386/2022 -ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ərizəçi aliment tələbi ilə ilkin mediasiya sessiyasına müraciət etmiş, aralarında olan razılaşmaya əsasən 04 iyul 2022-ci il tarixli 19335 nömrəli “Barışıq sazişi” bağlanmış, Barışıq sazişinə əsasən onunla cavabdeh Maraqlı şəxs ilə arasında 19 aprel 2009-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, 27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3 onun yanında qalması və 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05 tarixində azyaşlı uşaqların yetkinlik yaşına çatanadək (27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3) hər bir uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəcəyi barədə razılıq əldə olunmuş, bu barədə 04 iyul 2022-ci il tarixli 19335 nömrəli “Barışıq sazişi” bağlanmışdır. Məhkəmədən barışıq sazişinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X6 19 aprel 2009-cu ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 02 dekabr 2014-cü il tarixdə 314 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 27 iyun 2011-ci ildə Daşkəsən rayonu Qaraqollar kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 02 dekabr 2014-cü il tarixdə 315 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 11 sentyabr 2012-ci ildə Daşkəsən rayonu Qaraqollar kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 02 dekabr 2014-cü il tarixdə 316 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş 04 iyul 2022-ci il tarixli 19335 nömrəli “Barışıq sazişi”ndən görünür ki, Barışıq sazişinin 1-ci maddəsi, mübahisənin qısa təsviri, nikahıln pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair. 2.1-ci maddəsi barışığın şərtləri,, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, 02 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 100 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına tərəflər qarşılıqlı razılıq əldə etmişlər. 2.2-ci maddəsinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs 19 aprel 2009-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, 27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3 anaları Ərizəçi yanında saxlanılmasına tərəflər qarşılıqlı razılıq əldə etmişlər. 2.3-cü maddəsinə əsasən, X1 imlanadıqdan sonra 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05 tarixində azyaşlı uşaqların yetkinlik yaşına çatanadək (27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3) hər bir uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment məbləğini Ərizəçi ödəyəcəyini öz öhdəsinə götürmüşdür. 2.4-cü maddəsinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs saziş imzalandıqdan sonra 19 aprel 2009-cu il təvəllüdlü X2 anası Ərizəçi ilə, 27 iyun 2011-ci il təvəllüdlü X5 və 11 sentyabr 2012-ci il təvəllüdlü X3 ataları Maraqlı şəxs ilə istənilən vaxt sərbəst şəkildə ünsiyyətdə olmaq hüququnun olması haqda tərəflər qarşılıq razılıq əldə etmişlər. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-386/2022 -ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, 02 dekabr 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 100 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah edilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 04 iyul 2022-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 5-dən olmaqla, 05 iyul 2022-ci il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs, həmçinin mediator X4 iştirakı ilə bağlanılmış 04 iyul 2022-ci il tarixli 19335 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Maraqlı şəxs 27 iyun 2011-ci ildə anadan olmuş X5 və 11 sentyabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək 05 iyul 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Mustafa Mustafayev