Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-594/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, X3 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında M- 00177 nömrəsi ilə qeydə alınan mediator X4 iştirakı ilə mediasiya prosesində bağlanmış 21 noyabr 2022-ci il tarixli 2021-006603 nömrəli barışıq sazişinin təsdiq edilib, Maraqlı şəxs 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa 40 manat olmaqla, cəmi 80 manat məbləğində aliment tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəsini müdafiə edərək, izahat verib göstərmişdir ki, onunla cavabdeh Maraqlı şəxs arasında mediator X4 iştirakı ilə mediasiya prosesində 21 noyabr 2022-ci il tarixli 2021-006603 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən nikahlarının məhkəmə qaydasında pozulması, 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014-cü il təvəllüdlü X5 onun himayəsində saxlanılması, Maraqlı şəxs birgə nikahlarından doğulmuş 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hər ayın 1-dən 10-dək hər uşağa 40 manat olmaqla, cəmi 80 manat aliment tutulub öna ödəməyi öhdəsinə götürməsi, Maraqlı şəxs uşaqları ilə uyğun olan vaxtda məhdudiyyətsiz görüşməsi və ünsiyyətdə olması barədə qarşılıqlı razılığa gəlmişlər. Lakin cavabdeh tərəfindən barışıq sazişinin şərtlərim pozulmuş, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Sazişin könüllü icrası üçün müəyyən olunmuş müddət keçməsinə baxmayaraq, aliment ala bilməmişdir. Maddi imkanı aşağı olduğundan uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç b ir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X6 24 iyun 2012-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 iyul 2012-ci il tarixdə 166 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X8 24 sentyabr 2014-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən RİHB-nin Yuxarı Daşkəsən İƏÜN-də doğum haqqında akt qeydləri kitabında 10 oktyabr 2012-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş 21 iyul 2022-ci il tarixli 2021-006603 nömrəli “Barışıq sazişi”ndən görünür ki, mübahisənin predmeti nikajhın pozulması, uşaqların himayədə qalması, aliment, uşaqla ünsiyyət tələblərinə dair. Barışıq sazişinin 1-ci maddəsi, tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə razılığa gəlmişlər. 2-ci maddə barışığın şərtləri, tərəflərin birgə nikahında doğulmuş 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014-cü il təvəllüdlü X8 birinci tərəf Ərizəçi himayəsində saxlanılır. 3-cü maddə barışığın şərtləri, ikinci tərəf Maraqlı şəxs övladları 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat, cəmi 80 manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi hər ayın 1-dən 10-dək ödəməyi öhdəsinə götürür. 3-cü maddə barışığın şərtləri, birinci tərəf Ərizəçi övladları 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası yəni, Maraqlı şəxs ilə hər iki tərəfə uyğun olan vaxtda məhdudiyyətsiz görüşüb ünsiyyətdə olmasına şərait yaradılacağını öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 21 noyabr 2022-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 2022-ci ilin noyabr ayından başlayaraq hər ayın 1-dən, 01 noyabr 2022-ci il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Vəliyeva (Məmmədova) Tünzalə Saleh qızı və Maraqlı şəxs, həmçinin mediator X4 iştirakı ilə bağlanılmış 21 noyabr 2022-ci il tarixli 2021-006603 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Maraqlı şəxs övladları 24 iyun 2012-ci il təvəllüdlü X6 və 24 sentyabr 2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək maddi təmiantı üçün 01 noyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay hər uşağa görə 40 (qırx) manat olmaqla, cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq Vəliyeva (Məmmədova) Tünzalə Saleh qızına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Mustafa Mustafayev