Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-595/2025 02.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X25 Hafiz oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayon notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən rayon notariat ofisinə qarşı ona vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia ərizəsinə əlavə və dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X9 və X2ndan miras qalmış Daşkəsən rayonu Zağalı kənd sovetinin 6 nömrəli təsərrüfatbaşına kitabının 480 nömrəli vərəqində qeyd edilmiş 0,25 ha torpaq sahəsinin və onun üzərində olan tikiliyə dair vərəslik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, xx xxxxxx 1973-cü ildə doğulmuşdur. X2, anası X12 olmuşdur. Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi mərhum babası Cəlil Süleymanova məxsus olmuş, babasının vəfatından sonra nənəsi X3 miras qalmışdır. X2 09 may 1991-ci ildə, nənəsi X9 isə 1995-ci ildə vəfat etmişdir. 50 ildir ki, qeyd edilən mülkdə yaşayır. Atasının vəfatından sonra mirası faktiki olaraq qəbul etmişdir. Hazırda miras əmlaka sahiblik və ondan istifadə edir. Bütün təsərrüfat xərclərini, torpaq üçün rüsumlar onun tərəfindən ödənilmişdir. Buna baxmayaraq, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bununla bağlı Daşkəsən rayon notariat ofisinə müraciət etsə də, imtina edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Daşkəsən rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməhyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X14 izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Atasından miras qalmış Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən qardaşı Mehman faktiki olaraq sahiblik və istifadə edir. Hazırda miras əmlakdan pay tələb edən heç kim yoxdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1973-cü ildə Kirovabad şəhərində doğulmuşdur. X2, anası X7r. Bu barədə Kirovabad şəhəri VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 23 noyabr 1973-cü ildə 3611 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09 may 1991-ci ildə Daşkəsən rayonu Zağalı kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon İHB-nin Zağalı İƏDÜN-də doğum haqqında akt qedyləri kitabında 19 iyul 1991-ci ildə 03 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon Dövlət arxivinin 24 oktyabr 2008-cimil tarixli 90 nömrəli arxiv arayışından görünür ki, Daşkəsən rayon Zağalı kənd sovetinin 1974-1990-cı illərə aid olan 6 nömrəli təsərrüfatbaşına kitabının 480 nömrəli vərəqində X1 adına tikili yaşayış evi və 0,25 ha torpağın olması qeyd olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən rayon Dövlət arxivinin 22 avqust 2022-ci il tarixli 100 nömrli arxiv arayışından görünür ki, Daşkəsən rayon Zağalı kənd sovetinin 1950-1953-cü illəri əhatə edən 7 nömrəli təsərrüfatbaşına kitabının 125 nömrəli şəxsi hesabında X10 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində doğulduğu, atasıın X16, anasının X13 olduğu qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon İHB-nin Zağalı İƏDÜN-nin 22 aprel 2024-cü il tarixli 5-41-17/2-142/24 nömrəli arayışından görünür ki, İddiaçı atası 09 may 1991-ci ildə ölmüşdür. Mərhumun ailə üzvüləri oğlanları İddiaçı və X11r. qalmışdır. İşə əlavə olunmuş Cavabdeh 01 avqust 2025-ci il tarixli 92 nömrəli məktubundna görünür ki, İddiaçı mərhum X6 miras qlamış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras payı faktiki qəbul etmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən birinci növbəli vərəsələri tələb olunur. Azərbaycan Кespublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras payın faktiki qəbul edilməməsi və miras payın qəbulu üçün tələb olunan altı ay müddətin keçməsi səbəbindən miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1973-cü ildə doğulmuşdur. X2, anası X12 olmuşdur. İddiaçının X2 09 may 1991-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı nənəsi X9 və X2ndan miras qalmış Daşkəsən rayonu Zağalı kənd sovetinin 6 nömrəli təsərrüfatbaşına kitabının 480 nömrəli vərəqində qeyd edilmiş 0,25 ha torpaq sahəsinin və onun üzərində olan tikiliyə dair vərəslik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Göründüyü kimi, ərizədə miras qoyan şəxs kimi qeyd edilmiş, iddiaçının X2 09 may 1991-ci ildə vəfat etmişdir. Onun anası X4 1995-ci ildə vəfat etmiş olması göstərilmişdir. 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 564-cü maddəsinə əsasən kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 530-cu maddəsinə görə aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs olan zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar. Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar cümlədən ovladlığa goturulənlər), ər (arvad) və ölənın valideynləri hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynlə ölmüş olsun. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərt ilə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mırası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun uzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı günda altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət kooperatıv və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüquq barədə ona şəhədətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtına vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanunu qüvvəyə minənənə minən vaxta qədər torpaq sahələri şəxslərin mülkiyyətinə verilməmiş, ancaq dövlət mülkiyyətində saxlanılmışdır. İddia ərizəsində miras qoyan şəxslər kimi göstərilənlər həmin vaxta qədər vəfat etmişlər. Ərizədə göstərilən torpaq sahəsi üzərində həmin şəxslərə məxsus hər hansı bir tikilinin möcudluğu isə sübutlarla təsdiqini tapmamışdır. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-595/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-595/2025
02.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver